Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərs oxumayan uşaqla necə davranmalı?
Dərs oxumayan uşaqla necə davranmalı?
Göndərən: Ayten Melek
Şərhlər: 5
Baxılıb: 298
Səs ver:
Uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər. Mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi diqqət əskikliyidir.

Müşahidələr göstərir ki, əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa, burada nəsə bir çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq, yazı masasında oturmursa və ya oturduqdan sonra qələm, pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək kimi bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə, bu zaman məktəbdə müəllimi ilə danışmalı, onun davranışını, diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməliyik. Əgər ciddi bir problem varsa, mütləq bu sahə üzrə mütəxəssislə görüşmək lazımdır.
Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf mühitin rolu danılmazdır. Dərs oxumaq üçün nəzərdə tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız dərs vəsaiti qoyulmalıdır. Ən vacibi, əgər mümkünsə, yazı masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.

Xüsusilə ibtidai sinifdə evə verilən tapşırıqları çox vaxt valideynlər həll edir. Bu halla hər birimiz qarşılaşmışıq. Bəs bu, doğru hərəkətdirmi? Yox, əsla. Əslində valideynlər sadəcə dəstək olmalıdırlar. Məsələn: "dərs oxumaq vaxtın gəldimi?”, "dərsin başlamasına 10 dəqiqə qalıb, hazırlaş” deyərək uşaqları sınamaq olar. Valideyn ev tapşırıqlarının yerinə yetirilməsinə yalnız nəzarət edə bilər, prosesdə iştirak edə bilməz.

Statistikaya görə, məktəbə tez getməyə başlayan uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir. Bunun üçün də müəllimlər tapşırıqları uşaqların yaş və qavrama səviyyəsinə uyğun verməlidirlər.


Şərhlər: 5
Baxılıb: 298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaqlari heveslendirmek kitabi dersi sevdirmek lazimdir
12 sentyabr 2016 15:10
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Oğlumda birinci sinifə gedir və çox həvəslidi, bəzən çox vaıdeynlər uşaqlarını səhərlər durğuzmaya çətinlik çəkirlər amma məndə tam əksinə hər gün öz vaxtında özü durub dərsə getməliyəm mama deyir :) İlk günlər dərslər verilmirdi amma artıq bir iki gündü evə dərslərini həll etməsi üçün tapşırıqlar verilir, övladımın yerinə mən dərs etmirəm, amma dərslərinin hansını etməsi üçün dəftərlərini kənara yığıram və başı üstündə qalaraq nəzarət edirəm, fikir verdiyim ilk növbədə xəttidi və səliqəli yazmasıdı, çünki yazmağa başladığı ilk andan necə oldusa yazıları, sonuna qədər elədə davam edəcəkdi, o qədər səliqəli yaz, xəttdən çıxma demişəm ki, artıq istədiyim nəticəni əldə etmişəm, çox gözəl yazır, düzgün səliqəli yazısına görə müəllimindən dəfələrnən tərif eşidib) Bir neçə saata arxa arxaya dərs eləsə yorulur buda təbiidi, hələ dərs mühitinə tam öyrəşməyib, məndə yormuram onu məcbur etmirəm, biraz ara verirəm, multikinə baxır oynayır və sonradan yenidən davam edirik. Hələki şükür yaxşıdı inşallah sonacan belə davam edər. Təşəkkürlər faydalı məlumat oldu.
11 sentyabr 2016 19:51
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Günel
mende ele düsünürem
11 sentyabr 2016 17:44
# 3
QUSLARİN SENİN YANİNDAN KECDİYİNİ BİLSEYDİM SENE UC SOZ GONDERERDİM SEVGİLİM HEYAT SENSİZ HESDİR
Efsuw2016
Statistikaya görə, məktəbə tez getməyə başlayan uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir. Amma nece hec de ele deyil 3yasindan baxca 3il usagi oxumaqa hazilaadirir sonrayasindan hazirluq 1il usaqlari artiq oxuya bilmir ve nehayetinde usaqlari 7yasdn mekdebi derk edr ve hevesle aglamadan mektebe gedr
11 sentyabr 2016 17:34
# 2
Ailemi sevirem
Cindrella
Usagin yerine tapsiriq hell etmek cox yalnisdir.Usaq serbest hell etmelidir.Valideynlerde gerek usaqlari derse heveslendirsinler.
11 sentyabr 2016 17:28
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz