Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınızı belə tərbiyə edin - 3 qızıl qayda
Uşağınızı belə tərbiyə edin - 3 qızıl qayda
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 858
Səs ver:
"Narınc" Uşaq Psixologiya mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmovanın məqaləsini təqdim edirik.

Həmişə kiminsə uşağının eqoistlik, ərköyünlük etdiyini görərkən öz-özümüzə "mənim uşağım olsa, mən belə etməzdim", "uşağı belə tərbiyə eləməzlər!" kimi düşünürük. Bəs yaxşı, uşağa necə tərbiyə verməli? Sərgilədiyi davranışları necə korreksiya etməliyik?

İstərdim ki, mövzumuza islam dininin sonuncu peyğəmbəri (s.ə.s) Məhəmməd peyğəmbərimizin hədislərindən biri ilə başlayım. Yəqin ki, çoxlarımız bunu bilir. "Bir ailə təzə dünyaya gəlmiş 41 günlük körpəsini peyğəmbərimizin yanına gətirib ondan məsləhət almaq istəyir.

- Ey Allahın sevimli, seçilmiş bəndəsi, bu körpə bizim ailəmizə şənlik gətirib. Hamımız bu balanın vətənə, ailəyə faydalı övlad olmasını istəyirik. Sizcə, biz bu balanı necə tərbiyə edək?

Peyğəmbərimiz isə:

- Ey dost, artıq gecikmisən, deyə cavab verir...

Ona görə ki, ailə körpənin tərbiyəsində 258 günü (ana bətnində 3-cü ayından etibarən) arxada buraxıb. Allah ana bətnindəki uşağa 10 həftəliyində ruh verir. Ona görə də hər bir valideyn övladının tərbiyəsi ilə ana bətnindən -10 həftəliyindən başlamalıdır".

Gözəl hədisimizdən də görüldüyü kimi, ana hamiləlik zamanı övladının fiziki inkişafı ilə bərabər psixo-nevroloji inkişafını da nəzarətdə saxlamalıdır. Hər bir uşağın daşıdığı genlərin onun həyatında rolu 7-10%-dən artıq deyildir. Yəni uşağın gələcəkdə şəxsiyyətinin düzgün formalaşmasında genlərdən də önəmli ona verilən tərbiyədir. Təbii, tərbiyəyə sosial mühit və ailə daxildir. Amma burada əsas yeri ailə tutur.

Tərbiyədə 3 əsas qızıl qayda:
1. Nümunə olmayan davranışlar uşaqların yanında sərgilənməməlidir
Biz nəzər salsaq, görərik ki, 1 yaşlı uşağa öyrədilmədiyi halda ona verilən sadə tapşırıqları (gözünü qırp, ananı öp, sağollaş, salam ver) yerinə yetirir, onlar ətrafında cərəyan edən hər şeyin fərqindədir. Uşaq hər şeyi müşahidə edir və onları yamsılamağa başlayır. Bəzən valideynlər mübahisələrini və ya düzgün olmayan davranışlarını uşağın səlis danışmadığına görə anlamazlar deyə düşünərək sanki bir müqəvva kimi yanlarında sərgiləyirlər.

2. Baş vermiş hər hansı bir hadisəni uşaqlara şərt kəsilərək həll edilməməlidir!
Ana uşaqla mağazaya evə çörək almağa girir. Uşaq isə rəfdə gördüyü şokoladın yanına yaxınlaşıb onu istəyir, ana isə uşağın inadkarlığını qıra bilmir. Uşaq ağlayır, qışqırır və hətta anasını yumruqlamaya başlayır. Əksər belə situasiyalarda analar ətrafı neqativ formada narahat etməsin deyə ya uşağın istədiyini edir, ya da "evə gedək, sənə kompüterdə oynamağa icazə verəcəyəm", "özünü yaxşı aparsan, ana sənə evdə hədiyyə verəcək" və s. buna bənzər şərtlər kəsir. Bu zaman uşaq anasının zəif nöqtəsini tutaraq kiçik manipulyator kimi ona təsir etməyə çalışır və zaman keçdikcə valideynlərinə qarşı özü şərt kəsir. "Yemək yeyirəm, ancaq axşam gəzməyə gedəcəyik", "dərsimi oxuyacam, ancaq mənə maşın alacaqsan!"

3. Uşaqlar başqalarının yanında tənqid olunmamalıdır!
Valideynlər bəzən uşaqları utandıraraq, bu yolla onları tərbiyə etdiklərini düşünürlər və zaman keçdikcə əksinə, uşaqlar utanaraq, xoş olmayan davranışları azaltmaq əvəzinə, uğursuz olduqlarını düşünərək, daha da uyğun olmayan davranışlar sərgiləyirlər. Əgər sizə qonaq gəlibsə, onun necə səliqəsiz olduğundan, oyuncaqları ilə oynadıqdan sonra yığışdırmadığından, televizora çox baxdığından şikayət etmək doğru deyil. Uşaqlar hansı otaqda olmasından, etdiklərindən asılı olmayaraq, valideynlərinin danışdıqlarını, xüsusən, onlar barəsində danışdıqlarını dinləyirlər.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, uşağı necə tərbiyə edəcəyinizi təyin etdikdən sonra övlad sahibi olmağa qərar verin. Uşaq dünyaya gələrkən onun valideyn üçün hüquqi, maddi hazırlığı olmaqla bərabər mənəvi hazırlığı da önəmlidir!


Şərhlər: 5
Baxılıb: 858
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Cooooox cetindi duzgun terbiye vermek.DUZGUN
31 iyul 2016 23:06
# 5
Her şeye gore şukur
HAPPY_EYES
indiki zamanede coxu usaqlari doymekle ele bilirler ki, terbiye edirler, amma duzgun deyil
31 iyul 2016 21:04
# 4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
.::ReGiNa::.
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 18:47
# 3
Geтмe Qαl Deyeɴ Sevɢιlιмιz Olмαѕαdα Seɴ Cαɴιɴ,
- Qαl Bιrαzdα Zeнleмιzι Toĸ Deyeɴ Doѕтlαrιмιz Vαr ...!(
vipbetul
doqru qeydler olunub

doqru qeydler olunub
31 iyul 2016 18:29
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Peygemberimiz maraqli cavab deyib
31 iyul 2016 17:19
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz