Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağım söyüş söyür!
Uşağım söyüş söyür!
Göndərən: Barbaris
Şərhlər: 3
Baxılıb: 384
Səs ver:
Bəzən uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir etdiyini, söyüş söydüyünü görürük. Elə isə nə etməli? Bunun qarşısını almaq üçün hansı addımları atmalı?…

Bu məsələdə yol verdiyiniz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir:

“Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm”, “Bu sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə düşməyəcəksən”, “Sən bu bu sözləri bağçada öyrənmisən?” və s. Bu sözlər, bəlkə də problemin müvəqqəti həll etməyə kömək edə bilər. Ancaq uşaq valideynin yanında söyüş söyməsə də, buna mane olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə davam edəcək. Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək.

Hər şeydən əvvəl uşağı söyüş söyməyə və ya ümumiyyətlə pis söz danışmağa sövq edən səbəblər araşdırımalıdır. Buna səbəb dostlardırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa sadəcə olaraq ona maraqlı olduğu üçün söyür?…

Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində alternativ “dostlar” təklif edin və ya uşağınızın vaxt keçirmək imkanlarını artıraraq “mühitini” dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq.

Səbəbin diqqəti cəlb etmək üçün olduğunu düşünürsünüzsə, uşağınız söyüş söyərkən sərt reaksiya verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və söyüşlərinin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı uşağınızın söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla bərabər uşağınızın söyüş söymədiyi vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi artırın. Hər dəfə nəsihət vermək əvəzinə onunla söyüşə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün. Əgər uşağınızın söyüş söyməsinin səbəblərini bilmirsinizsə, və ya müəyyən etdiyiniz səbəbin qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.


Şərhlər: 3
Baxılıb: 384
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Əlbəttə uşağın etdiyi seçimlərə valideynin bir yön verməsi vacibdir. Çünki uşaq etdiyi əməlin yaxşı və pis olmasını dərk etmədən icra edir. Buna görədə valideyn zorakı deyil daha yumşaq formada düzgün olanı anlatmalı və başa salmalıdır. Zorakı formada isə əksinə daha da "kömək" etmiş olar onun yanında danışmasa belə mütləq ki, hardasa ,kiminsə yanında danışacaqdır bu da sadəcə qorxuya görə qısa müddətli tərgitməkdən başqa bir şey deyil təbii ki,..
18 iyun 2016 14:55
# 3
vipbetul
lazimli melumatdir ilk onge gerek usaq soyus oyredilmesin ele valideyinler varki soyus oyredir sanki yaxsi isdir kimi birde usaqinda yaninda danisarken her soz fikir verilmelidir usaq beyni aq vereqdir ne deyilse hamisini goturur yaddasa
18 iyun 2016 12:15
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canim Incim
Mence usagin soyus ve ya pis soz demesi esas valdeyinlerinden asilidir.usaq gorduyun esitdiyin goturer.eger evde valideyinlerinin pis danisdigini gorerse usaq da ele hereket etmeye baslayir.usaga terbiyye vermek isteyirikse birinci oz danisigimizi terbiyye etmeliyik ki usaq da bizden terbiyye gotursun
18 iyun 2016 10:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz