Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kiçik idarəedicilər: uşağın çaldığı hava ilə oynayan valideynlərə məsləhət
Kiçik idarəedicilər: uşağın çaldığı hava ilə oynayan valideynlərə məsləhət
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 362
Səs ver:
Demokratik tərbiyə təcrübəsindən yararlanan valideynlər zaman-zaman uşaq manipulyasiyasının qurbanı olduqlarını etiraf edirlər. Ərköyün uşaqlar valideynlərinin boynunda oturaraq hər şıltaqlıqlarının yerinə yetirilməsini tələb edirlər. Lakin, ən ciddi valideynlər də belə "oyunlardan” sığortalanmayıb. Əgər sizin ailədə manipulyator varsa bu səhvləri buraxmayın:
Səhv 1: valideynlərin uşağın manipulyasiya cəhdlərini gec anlaması.
Əksər valideyinlər eyni səhvi buraxırlar: övladlarının onları idarəetmə cəhdlərini ilk vaxtlar anlamır və ya buna xüsusi diqqət ayırmırlar. Bildiyimiz kimi isə, axıra qədər müalicə olunmayan xəstəlik fəsadlara səbəb olur. Belə də uşaqların zərərli vərdişləri.
Körpələrin ətrafdakıları manipulyasiya etməsi mümkün deyil. Kiçik yaşlılar sərbəst hərəkət edə bilmədikləri üçün çətin anlarında analarını köməyə çağırırlar. Məktəbəqədər uşaqlar və kiçik məktəblilər isə istədiklərinə asanlıqla çatmaq üçün şüurlu şəkildə ətrafdakıları manipulyasiya etməyə çalışırlar. "İdarəetməni” bir neçə "metodun” vasitəsi ilə: ayaqların yerə döyüb ağlayaraq; dəfələrlə eyni sözü təkrar edərək; yaltaqlıq və ya əsəbi və aqressiv davranırlara həyata keçirmək istəyirlər. Bir dəfə istəyinə çatan uşaq yaranan bütün çətinliklər zamanı seçdiyi "metoddan” istifadə edir.
Manipulyasiyanı uşaqda inkişaf etdirməmək üçün, "hücumun” ilk cəhdlərini hiss etmək lazımdır və uşağa bunun işləmədiyini ciddi şəkildə göstərmək lazımdır. İlkin mərhələdə Siz səbr və diqqətlə hansı hallarda manipulyasiyanın təkrar olunmasını qeyd etməlisiniz. Və ya birbaşa olaraq övladınızdan nəyi istədiyini və bunu niyə istədiyini soruşun.
Səhv 2: pis nümunə.
Bəzən valideynlər uşaqların istədiklərinə çatması üçün manipulyasiya etməsinə şərait yaradırlar.
Bəzən isə yaranmış manipulyasiyanı möhkəmləndirərək səhv addım atırlar. Manipulyasiyanı möhkəmləndirmək – uşağın istədiyini etmək deməkdir.
Ən ağır halda valideyn övladı ilə dialoqlarını və tələblərini manipulyasiya şəklində quran zaman olur. (Məs., mən bu kitabı 2- ci sinifdə oxumuşdum, sən 5-ci sinifdə oxuyursan. Mən qəbul imtahanında bütün suallara cavab vermişdim. Bizim ailədə hamı həkim olub, mən də səni ağ xalatda görmək istəyirəm və s.).
Səhv 3: təslim olmaq və güzəştə getmək.
Həqiqətən, bəzən güzəştə getmək uşaqdan "xilas” olmaq üçün ən asan çıxış yolu sayılır. Əsasən valideynlər ictimai yerlərdə: marketdə, məktəbdə, qonaq gedərkən, xəstəxanada uşaqların manipulyasiyasına göz yumurlar (məs.,mağazada rastlaşdığımız ağlayan uşaq istədiyi oyuncağın alınmasını tələb edir. Ana övladının rəftarında utanıb uşağı dilə tutmağa çalışır. Bu zaman hisrlənməyin! Səbrli olun! Və qətiyyən uşağa güzəştə getməyin! Uşaqla birlikdə mağazanı tərk edin).
Səhv 4: aqressiya göstərmək.
Uşaq dərsə getmək istəmir, Sizə dəfələrlə təkrar etdiyi yalanı söyləyir:”özümü pis hiss edirəm, xəstələnmişəm”. Siz artıq bunun manipulyasiya olduğunu bilirsiz. Qətiyyən əsəbləşməyin! Siz vəziyyəti nəzarətdən çıxara bilərsiz. Sakitcə uşağa nə olduğunu öyrənin. Çalışın bütün söhbətlər açılsın, çünki hər hərəkət düşünülərək olmasa belə, instikt hisslərdən yaranır. Uşağa hisslərini başa düşməkdə köməklik edin.
Valideynlərə məsləhət

Özünüzə əmin olun! "Yaxşı” və "pis”, "olar” ya "olmaz” anlayışlarını əvvəlcədən təyin edin. Bu sərhədlər sizə qərar qəbul etməyə kömək etməlidir, ətraf müdaxilələr tərəfindən qəti pozulmamalıdır;
Uşaqlar üçün əsas və dəqiq sərhədlər təyin edin, bu çərçivə daxilində övladınıza sərbəstlik verin;
Uşağın fikrinə hörmət edin, amma son qərarı sizin qəbul etdiyinizi uşaq başa düşməlidir;
Övladınızla səmimi və dürüst olun, əgər səhv buraxmısınızsa bunu etiraf edin;
Qəbul edin ki, istədiyinə çatmadığına görə uşaq aqressiya göstərə bilər. Buna görə onu nə danlayın, nə də güzəştə gedin;
Öz hisslərinizə nəzarət edin və uşaqla səbrlə rəftar edin;
Övladınızla çoxlu söhbət edin və tez-tez onu sevdiyini söyləyin;
Uşaqlarda yetkinlik yaşlarında belə problemlərlə rastlaşmamaq üçün kiçik yaşlarından onlara qarşı hörmət, sevgi, nizam-intizamı qorumağa çalışın.


Şərhlər: 4
Baxılıb: 362
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zenka
Geelcekde aileleri usaqlar idere edecek)
6 iyul 2016 20:52
# 4
...Sadəcə'Sən
vipbetul
usaqlari dinlemek onlara hormet etmek lazimdir her dediklerini isdeklerinide etmemek lazimdir bunuda onlara basa salmaq lazimdirki niye gore olmaz valideyinlercin lazimli melumatdir
6 iyul 2016 20:32
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Usaqlarin fikrine hormet etmek onlari dinlemek lazimdir.usaga her zaman he demek olmaz. Onlara yox demeyide bacarin
6 iyul 2016 19:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 iyul 2016 18:56
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz