Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınızı internetdə gözləyən təhlükələr
Övladınızı internetdə gözləyən təhlükələr
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 279
Səs ver:
Texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız:
Şəxsi məlumatları (ev ünvanı, telefon nömrəsi, təhsil aldığı məktəbin nömrəsi və s.) bəyan etmək, xüsusilə tanımadığı şəxslərlə paylaşmaq olmaz;
Digər tanışlarının şəxsi məlumatlarına öz şəxsi məlumatlarına yanaşdığın məsuliyyətlə yanaşmalı və gərəksiz yerə paylaşmamalıdır;
Telefon, planşet və kompüterlərdən istifadə digər mühüm fəaliyyət növlərinə (idman, dərslərin hazırlanması, ailə daxilində məsul olduğu işlərin yerinə yetirilməsinə) mane olmamalıdır;
Sosial şəbəkələrdə davranış real həyatda davranış kimi məsuliyyət tələb edir. Bu səbəbdən, digər istifadəçilərə qarşı kobud ifadələr işlətmək, onları təhqir edəcək davranış nümayiş etdirmək yolverilməzdir.
Siz isə öz növbənizdə övladınıza texnoloji təhlükəsizliyi təmin etmək üçün müvafiq qurğularda və internet portallarında ayarları uyğunlaşdırmağa kömək etməlisiniz. Davamlı olaraq onun texnoloji vasitələrdən istifadəyə ayrılmış vaxtını nəyə sərf etdiyini və kimlərlə ünsiyyətdə olduğunu nəzərdən keçirin.  Eyni zamanda öz davranışınızla ona nümunə olun: avtomobil idarə edərkən telefon istifadə etməyin, boş vaxtınızı real ünsiyyətə sərf edin, övladınızın yanında gərəksiz yerə texnolji vasitələrdən istifadə etməyin. Unutmayın ki, sizin davranışınız övladınız üçün əsas göstəricidir.
Valideyn olaraq övladınızın həyatında texnolji yeniliklərin nə qədər yer alacağına siz məsuliyyət daşıyır və siz qərar verirsiniz. Bu qərarı verərkən onun yaşının ətrafda baş verən hadisələri doğru qavramasına və mümkün təhlükələrin öhdəsindən gələ bilməsinə uyğun olub olmadığını düzgün qiymətləndirməyiniz vacibdir.


Şərhlər: 7
Baxılıb: 279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaqlar internetden yalniz ders vesaitleri almaqcun isdifade etmelidirler ki bu xarici dovletlerdede beledir usaqin internet sayti olurki oz adina email ora gonderilir dersleri derse getmedikde esasda
14 iyul 2016 15:22
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Şukur ki oglumu internetden uzaqlaşdira bildimmmm.
13 iyul 2016 21:34
# 6
Her şeye gore şukur
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 iyul 2016 21:18
# 5
BARBI
Internete daim nezaret etmeliyik. Ovladimizi tehlukelerden qorumaliyiq
13 iyul 2016 20:46
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
İnternetde oturmaq hami ucun ziyandir,sadece darixanda bow vaxtlarda baxmaq olar o daki baxir nece saat
)
13 iyul 2016 19:08
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Cindrella
Internetde tanis oldugu insalarla sexsi melumatlari yasadigi yer kimi seyleri paylasmaq tehlukelidir.Umumiuyetle usaqlar ne qeder uzaq plsalar o qeder yaxsi olar.
13 iyul 2016 18:52
# 2
arzum-aysum
indiki zemanede yetkinlerden cox usaqlar komp qarsisnda oturur. Ders oxumaq yerine telefon ellwrinden dusmur. On iki on us yasli usagin, umumiyyetle mektebde oxuyan bir usagin internetde, wats appda ne isi var men anlamiram. Bu usaqlarin valideyinleri hara bilmirem. Duzdu boyuk danismiram, amma bilirem ki, bu barede men oz usaqlarima qarsi qati olacam. Basa salmaqdan elave bir valideyin usagini izlemelidir, saatlatla bos yere bu internetde ne ile mesgul olur bilmelidir.
13 iyul 2016 18:48
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz