Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı
Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı
Göndərən: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 469
Səs ver:
Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə qarşılaşmalarıdır.

Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır:
- Gördüyü oyuncaqları almaları üçün israr etmələri;
- Zərərli olan lakin uşaqlar tərəfindən çox sevilən qidaları almaları üçün onları səbətə yerləşdirmələri;
- İstədiklərini almayan valideynlərinə etiraz etmələri;
- İstədiklərini almadıqları üçün mağazada qışqırmaları, ağlamaları və s.
 
Övladınızla birgə mağazaya getməyiniz olduqca xoş bir haldır. Lakin bu xoş halın mağazadan çıxarkən əsəbi vəziyyətdə olmanıza səbəb olmaması üçün nə etməli oduğunuzu bilirsinizmi?
Alacaqlarınızın siyahısını hazırlayarkən övladınızı da bu işə cəlb edin. Qeyd edərkən ona da bildirin, onun da fikirlərini öyrənin. Övladınız üçün lazım olan və eyni zamanda onun da xoşuna gələn nəyinsə adını bildirməsini istəyin. Siyahıya övladınızın istəyini qeyd edin.
Ailənin digər üzvləri mağazaya gedərkən övladınızı da aparırsa bu zaman qaydaları onlara xatırladın ki, onların güzəştlər etməsi növbəti dəfələrdə sizin üçün xoşagəlməz vəziyyətlərə səbəb olmasın.
Aldıqlarınızı səbətə yerləşdirməsində övladınızdan yardım istəyin. Bununla siz ondan kömək almaqla yanaşı bəzi məsluyyətləri də ona vermiş olursunuz.
 
İstəyini yerinə yetirməsi üçün ağlamasına şərait yaratmayın. Əgər belə bir halla qarşılaşırsınız ki, ağlayaraq nəyisə almanıza israr edir, bu zaman bir dəfə güzəştə getməniz növbəti dəfələrdə ağlayaraq vəziyyətdən istifadə etməsinə səbəb olacaq.
 
Mağazaya getməzdən öncə övladınızın ac olmamasına diqqət edin.
Yorğun zamanlarında və ya yuxu saatlarında övladınızı mağazaya gətirməniz məqsədəuyğun deyil.
Alış-veriş zamanının uzun vaxt aparması övladınızın yorulmasına və bir sıra narahatlıqlarına səbəb olar. Bu zaman başqa variant düşünməniz daha uyğundur.
İstədiyi nəyisə almadığınızda övladınızın ağlayacağı halların qarşısını almanız üçün hər zaman əlavə bir planınız olsun. Məsələn, sevdiyi oyuncağı özünüzlə gətirməniz və ya onun üçün önəmli olan bir vasitədən istifadə etməniz.
Evdən çıxarkən övladınıza yazdığınız sıyahını xatırladın. Yalnız onları ala biləcəyinizi bildirin. Siyahıda övladınız üçün birlikdə yazdığınız məhsulu ona xatırladın.
Uşağın diqqətini satılan məhsullara yönələrək onu cəlb etməyinin qarşısını almağınızda  diqqətini ətrafdakı insanlara, orda olan uşaqlara yönəltməniz sizin köməyinizə gələcək.

Əgər belə bir halla qarşılaşarsanız (uşağın mağazada istədiyini aldırmaq üçün qışqırması, ağlaması)  övladınıza qarşı:
- Təmkinli olun;
- Aqressiv davranmayın;
- Təhqir etməyin;
- Qışqırmayın;
- Qucaqlayın;
- Əlini sıxaraq onu sevdiyinizi söyləyin;
- Mağazada qışğırmağın, ağlamağın xoş bir hal olmadığını xatırladın.


Şərhlər: 6
Baxılıb: 469
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Korpe usaqdan sohbet gedire sonda yazilan kimi elemey olmur axi yene bildiyin eliyir.2yaslari hele yoxdu ekizlerimin amma olatnan dukana falan gire bilmirem her yani dagidib tokuller.istediylerin goturmey istiyiller.hirsdenmesem xeyri yoxdu.aciqlaniram sora biraz duzeliller
1 iyul 2016 13:16
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
valideyinlerrcin cox lazimli melumatdir
30 iyun 2016 00:40
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
en yarali yerim uwaqnan geede bilmiremki maqazine dagidir goturur yeyir istiyir her wey onun oturu oyuyur iqruwkalarnan
29 iyun 2016 23:15
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Bir cox valideynlerin qarwilawdigi hal:))O qeder marketde,dukanda aglayan uwaq gormuwuk ki hamimiz.Mence burda valideyn uwaga guzewt elememelidir.Cunki uwaqlar goz yawlarinnan cox meharetle istifed etmeyi bacarirlar.Alacaqsada o weyi,uwaga bawa salmalidir ki,sen agladin deye almadim.
29 iyun 2016 22:26
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Fialka
Çox uşaqlarda yaşanan haldır hansı ki, uşaqlar valideyni ilə birgə harasa gedəndə hər gördüyünü istəyir bilmirəm bəlkədə verilən tərbiyədən asılıdır çünki elə uşaqda var ki, əksinə ona təklif edirsən nəisə almağı amma bu səfərdə uşaq istəmir yəni acgözlü şəkildə davranmır) Hər bir halda uşaqlara buna görə zorakı münasibət yaratmaq lazım deyil əksinə vəziyyətin nə yerdə olduğunu anlatmaq lazımdır..
29 iyun 2016 17:59
# 2
Gülüş.
oglumda beledi magazaya gedende gorduyunu almayanda aglayir. ister istemez insan eseblesir ne qeder basa salsamda xeyri yoxdu

oglumda beledi magazaya gedende gorduyunu almayanda aglayir. ister istemez insan eseblesir ne qeder basa salsamda xeyri yoxdu .
29 iyun 2016 17:26
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz