Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərbiyəli övlad yetişdirməyin sadə üsulları
Tərbiyəli övlad yetişdirməyin sadə üsulları
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 653
Səs ver:
Övladını tərbiyəli bir insan olaraq yetişdirmək istəyi hər bir valideynin arzusudur. Bəzən müəyyən məqamlarda nəzərə almadığınız məqamlar sonradan öz fəsadları ilə diqqəti çəkir.
Bu sadə üsullar haqqında bir daha düşünməyiniz faydalıdır:
- Sistemlilik prinsipini əsas tutun.  Övladınızın tərbiyəsində hər ikinizin eyni istiqamətli iş görməniz önəmlidir. Ana bir, ata isə tamam başqa söz deyəcəksə uşağın fikirləri qarışacaq və burada tərbiyədən danışmaq çətin olar.
- Nəzarətinizi əksik etməyin. Dərslərinə, dostlarına, yuxusunun düzgün tənzimlənməsinə, televiziya qarşısında keçirdiyi zamana, oynadıqlarına və s.  qarşı diqqətli olun. Övladınıza hiss etdirmədən də nəzarət etməli olduğunuz məqamlar olduğunu da unutmayın.
- Səhvlərindən nəticə çıxarmasına icazə verin. Eyni zamanda müxtəlif situasiyalarda birbaşa çıxış yolu təklif etməniz onun özünün bu bacarığını inkişaf etdirməsinə mane olar.
- "Etmə”, "olmaz” əvəzinə izahlar verin. Qadağalarınız övladınız üçün daha maraqlı olacaq.  "Etmə”  demək əvəzinə nə üçün etməməli olduğunu izah etsəniz səbəbin aydınlaşmasına kömək etmiş olarsınız.  
- Övladınıza düzgün olmağı öyrədin.  Siz də hər zaman öz düzgünlüyünüzlə övladınıza nümunə olaraq bu davranışı möhkəmləndirin. Övladınıza "yalan danışma”  demək əvəzinə, "sənə inanıram” "doğru olanı  deməyini istəyirəm” və s. kimi ifadələr daha uğurludur.
- Məsuliyyətli olmağı öyrədin. Ona məsul işlər verərək vərdişi formalaşdıra bilərsiniz.
- Hörmət etməyi öyrədin. İnsanlara hörmət etməyi, özündən böyüklərə qarşı hörmətlə yanaşmağı öyrədin. Nümunəsi siz olduğunuzu unutmayın.
- Dəyər verməyi öyrədin. İlk olaraq övladınıza dəyər verin ki, bunun necə bir hiss olduğunu bilsin və o da bu hissi yaşayaraq  ətrafına da dəyər verə bilsin.
- Sevməyi öyrədin. Hər işin təməlində sevgi dayanır.


Şərhlər: 6
Baxılıb: 653
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Maraqlı və bildiyimiz nüansları hamısı. Düzdü yazılanların hamısını etbla başa salmalı öyrətməliyik.
1 may 2016 12:39
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
valideyinlercin maraqli melumatdir
1 may 2016 12:12
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zezema
ushaqlar ferqli xarakterde olur.. bir evin icindeki iki ushaq bir birinin tam eksi ola biler. eyni terbiyeni aldiqlari halda muxtelif xarakterleri formalasha biler.
1 may 2016 11:28
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Antikvar
Ata başqa söz ana başqa söz deyirlər uşaq qalır arada....-çox diqqət etdiyim nüansdır ayrı fikirlər söyləməmişdən öncə əyər hər hansı bir problem olarsa onun sözünü övladlarımı yatmağa qoyduqdan sonra yoldaşımla bu barədə danışıram sabah belə edəcəm səndə dəstəkliyərsən və yaxud sən belə edərsən mən dəstəkliyərəm deyə bildirirəm.Övladlarımı şükür tərbiyəli böyüdürəm bunu mən yox kənardakılar qeyd edir və "Səndə ona bax belə edərsən bəlkə uşağ düzələr"deyə deyimlər deyirlər kənar şəxslər öz gəlinlərinə).Oğlan uşağını tərbiyələndirmək bir başqa çətindir indi onların tərbiyəsi ilə mən məşğul oluram ,mən özüm nəyin səhf nəyin düz,danışıq qabiliyyətini mən onlara danışıb yol göstərirəm atalarıda bu sahədə bacarıqlı olduğumu görüb mənim öhtəliyimə buraxıb belə işləri.Hər zaman qeyd etmişəm tərbiyəni indi mən verirəm elə verməliyəm ki,yaş dövrünə çatdıqlarında atalarının sözündən qorxmaq deməyək hörmət edib anlasınlar oğlan uşaqları bir yaşa çatdığında atalarının rolu onların üstündə daha böyük olur hər nə qədər uşaqlığında mən tərbiyələndirsəmdə gələcəkdə atası oğluna baxıb fəxr edirsə bu mənim üçün bir xoşbəxtlik olar əziyyətlərimin nəticəsi gözəl tərbiyə və örnəkverici ailə tablosu ilə bir nümunədir.
30 aprel 2016 23:13
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Kölge
Teşekkurrrr

......
30 aprel 2016 22:48
# 2
Her şeye gore şukur
14MsM
Tam raziyam bu fikirlerle...beleki bezi valdeyinler terbiyye edir deyir uwaq onu deyir ya bu pis hereketi edir hansiki valdeyin ona olmaz deyib ama ovlad edir valdeyinde mendeyirem etme olmaz bu edir mence uwaqdan qabaq ozmuze nezer yetrek biz o olmaz dediyimizi nece edirik ?ya yox..cox vaxt bu belediki evde ailede olan hansisa beyenilmeyen nüanslarki var valdeyin deyir etme omaz uwaqda duwunur pisdise sen niye edsen en birinci ozumuzu terbiyye etmeliyik uwaq bizim eksimizdi...ne edeciyikse onuda onda gorecik..ve bezi weylerki var onu uwaq yaninda olnmaludir encetin sebr teleb eden weydir terbiyye ...TERBIYYE UWAQIN SUTUNUDUR SEF VERILEN TERBIYE GELECEKDE UWAGIMIZI UCURMA APARAN BIR YOLDUR
30 aprel 2016 22:40
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz