Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsəllik övladınızla aranızda problem yaratmasın
Cinsəllik övladınızla aranızda problem yaratmasın
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 321
Səs ver:
Övladınız və cinsilik… Bu iki kəlimənin birlikdə işlənilməsi  belə sizi qorxudurmu?  Onun başqalarından yanlış məlumatlar alması yerinə tabuları (tabu - qadağan olunmuş, haqqında danışılmasına izin verilməyən) siz yıxın... 
Uşaqların inkişafına nəzər saldıqda ən çox fizioloji və psixoloji inkişaf kateqoriyaları əsas götürülür. Körpəlik, uşaqlıq, yeniyetməlik dövrləri ərzində həm fiziki, həm də psixi ünsürləri özündə əks etdirən cinsi inkişaf istər ictimaiyyətin, istərsə də valideynlərin qayğı və narahatlıqlarından arxa planda qalır. Psixoloq Nesteren Gazioğlu bildirir ki, "Cinsiyyət” kəliməsi dilimizdə doğuşdan bədənsəl ( fizioloji ) fərqliliyi ifadə etmək üçün istifadə olunur. Cinsiyyət rolu isə şəxsin ətrafa təqdim etdiyi, yansıtdığı obrazdır. Hər toplumun özünəməxsus qadın və kişi obrazları vardır. Bu obrazlar sayəsində beynimiz gördüyümüz şəxsi "bəli bu qadındır”, ya da "bu bir kişidir” olaraq ayırd edər. Həm də şəxsin öz – özlüyündə hiss etdiyi cinsi kimliyi ( şəxsiyyəti ) vardır. Bəzən cinsi kimliyimiz cinsi rolumuz ilə uyğunlaşa, bəzən də fərqliliklər nümayiş etdirə bilər. 
 
GÖZLƏNTİLƏR VƏ QADAĞAN OLUNMUŞLAR
Uşaq inkişafı baxımından cinsi rol valideynlərin vasitəsilə hələ ana bətnində formalaşmağa başlayır. Körpə doğulmadan otağı, paltarları, hətta rəngləri belə hazır olur. Körpə oğlan uşağına paltar alacağınızı düşünün. Ağlınıza ilk hansı rəng gəldi? Yəgin ki, mavi, yaşıl ilk sıralarda yer alır. Qırmızı, çəhrayı isə heç ağlınıza belə gəlmir. Cinsi rolun uşağa öyrətdikləri, ailənin öyrətdikləri, ətraf mühitin də təsiri ilə eləcə də uşağın daxili hissiyatını işin içinə qataraq təxminən  3 yaşında öz cinsi kimliyinə qərar verir.  Uşağın verdiyi qərar mühit amilləri tərəfindən ya qəbul olunur, ya da dəyişdirilməyə çalışılır. Məsələn, böyük bacısı olan oğlan uşağı düşünün. Canlı rənglərlə bəzədilmiş saçtutan ( saç rezini )görür. Xoşu gəlir, istifadə etmək istəyir. Bu anda isə valideyninin xoşagəlməz reaksiyası ilə qarşılaşarkən, bu davranışın yanlış olduğunu anlayır və bu hərəkətdən çəkinir. Sonrakı günlərdə cəmiyyət tərəfindən "gözlənən” kişi davranışını nümayış etdirərək təqdir olunur. Beləliklə, özündən gözlənən kişilərə məxsus davranışları ifadə edərək böyüyür. Təbii ki, bu gözləntilərin bir qismi uşaqları, xüsusən də oğlan uşaqlarını çətinliyə salır. Məsələn, kişilər ağlamaz, kişi möhkəm olar və s. şəklində olan cəmiyyət tərəfindən oğlan roluna aid edilən cümlələr psixi inkişafa təsir edir.  
 
EŞİTDİKLƏRİNİ TƏKRARLAYIRLAR
Cinsi inkişaf zamanı necə davranıb, necə davranmamasını anlamağa çalışan uşaq bol – bol ətrafı müşahidə edir. Bu müşahidələr sayəsində qadın – kişi anlayışlarını  beynində oturtmağa çalışır. Sonrakı yaşlarda özlərinə müxtəlif ideallar seçib onları təqlid etməyə başlayırlar. Xüsusən də TV qəhrəmanları, müğənnilər, məşhurlar və s. cizgi filmlərində, mahnı sözlərində istifadə olunan sözləri elə o andaca əzbərləyirlər. Bir oyun zamanı uşaqları kənardan izlədim. Onlardan bəziləri oyun əsnasında tez –tez "çox seksualdır” kəliməsini  istifadə etdilər. Oyun sonrası bu sözün mənasını soruşduqda isə heç bu sözü işlətdiklərinə fikir verməmişdilər.  Ailə, məktəb, sosial media ilə verilən informasiyalar cinsi şəxsiyyəti, cinsi rolları necə mənimsəməyi və s. izah edir.
 
AİLƏLƏR ÖVLADLARINA NECƏ YAXINLAŞMALI?
Cinsi inkişaf zamanı ən vacib məsələ ailənin uşağa necə yaxınlaşmasının düzgün olduğudur. Bəzi valideynlərin cinsiliklə bağlı mövzuları danışması onları cox qayğılandıran problem olur. 3 yaşındakı bir uşağın qadın – kişi bədənini ayıra bilməsi vacibdir. Kateqorial olaraq qadın – kişi ayırımını edə bilmələri üçün valideynlərin evdə oğlan və qız ünsürü olan hekayə kitabı saxlamaları çox yaxşı olardı. Beləliklə zaman – zaman uşaq bu kitabı oxuyaraq, oyunlar oynayaraq oğlan – qız bədənlərini tanıya bilərlər. Valideynlər olaraq bu məlumatları bir sirr olaraq saxlayıb, yeniyetməlik dövründə açıqlamağımız yaxşı nəticə vermir. 
 
CİNSƏL BÖLGƏLƏRİ ÖYRƏNMƏK ÇOX NORMALDIR
Uşaq necə bir burnu, iki qulağı, iki qolu olduğunu öyrənərək böyüyürsə, həmçinin bir penisi ( oglan cinsiyyət orqanı ) və ya vaginası ( qadın cinsiyyət orqanı )olduğunu bilir. Siz gizlətməyə, onların suallarını yola verməyə çalışsanız da onlar bunun fərqindədir.  Cinsi bölgələrin öyrənilməsinin normal olduğunu ilk növbədə valideynlər dərk etməlidir. Digər bir məsələ isə uşaqlıq dövrü homoseksualistliyidir.  Təxminən 9-10 yaşlarında olan uşaqlar öz həmcinsləri ilə oynayarkən, qarşı cinslə də maraqlanırlar. Öz bədənində olanın başqasının bədənində necə olduğunu görmək  istəyirlər. Xüsusən də həkimlik oyununda bu maraqlarını test etməyə çalışırlar. Bu səbəblə də 8-12 yaşlı uşaqlar oyun oynarkən onları izləməkdə fayda var. 
 
NECƏ İZAH ETMƏLİ?
Cinsi inkişafı düzgün izah edə bilmək  üçün aşağıdakıları edə bilərik:
• Öz cinsi bilgilərinizi gözdən keçirin
• Öz qaydalarınıza və qadağanlarınıza nəzər salın
• Uşağın yaşına uyğun məlumat verin
• Izah etmədən əvvəl nələr bildiyini öyrənin 
• Gündəlik fürsətləri verdiyiniz məlumatı anlaması üçün dəyərləndirin.Məsələn,hamilə insanlar və s.
• Dəqiq olun
• Sual verməsi üçün cəsarətləndirin
• Sizə danışa bilməsi üçün günahlandırmadan dinləyin
• Özünü necə qoruması lazım olduğunu öyrədin
• Yad kimdir, kim deyildir ayırd edə bilməsi üçün dəstək olun.


Şərhlər: 2
Baxılıb: 321
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinlercin prablemli movzu
27 may 2016 12:51
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Uwaqlarin cinsellikle bagli suallarini lap elinde on iwinde olsa izah etmekden qacmamalisan.narahat olmaqdansa,sesivi kes bu ne sualdi demekdense,agzina vurmaqdansa uwagi dinlemek lazimdir,caliwmaq lazimdir ki,bu suali vermesinin qaynagi nedir umumiyyetle,sonra da yawina uygun terzde bawa salinmalidir.qiz ya oglan ferqi yoxdur ikisinide bu movzuda izahatsiz buraxmaq duz deyil,o zaman fesadlar yaranmaga bawlayacaq.sonra ana ata qonwunun oz ovladindan boyuk uwaqlarinda gunah gorecek.deyecek menim balam ne qanirdi flankesin terbiyesizi oyretdi.neter oldu orgetdi bes?qiz anasi gozunu seriyaldan.ogul atasi futboldan ayrilib uwagina zaman ayirsa uwaqda gedib hec kimden soruwmaz.qonwunun balasi duran yere soruwmasa demez ki hecneyi.
26 may 2016 20:41
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz