Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınıza söylədiyinizlə hiss etdikləriniz eyni olsun
Övladınıza söylədiyinizlə hiss etdikləriniz eyni olsun
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 251
Səs ver:
Ailə və cütlük terapevti Şamil Sarıbaş uşağınızla sağlam münasibət qurmaq üçün diqqət yetirəcəyiniz 7 məqamı açıqladı:
Demək olar ki, bütün valideynlər "övladımla necə düzgün ünsiyyət qura bilərəm, bunun üçün nələr etməliyəm?” kimi suallarla maraqlanırlar. Amma nəzərə almaq lazımdır ki, bu sualların tək və dəyişməz cavabı yoxdur, eləcə də insanın daima dəyişən ruhi vəziyyətini də diqqətdən kənara qoymayaraq doğru addım atmalıyıq. 

UŞAQLA SAĞLAM MÜNASİBƏT NECƏ QURULUR?
Uşaqla sağlam ünsiyyət... Bunun necə bir şey olduğunu açıqlamadan əvvəl, uşaq, sağlamlıq və ünsiyyət anlayışlarının üzərində düşünülməsi gərəkli olan məfhumlar olduğunu söyləməliyik. Uşaq kimdir?, onun nə kimi arzu və istəkləri var?, yetkin insandan fərqləri nələrdir? kimi suallar verə bilərik. Eyni zamanda ünsiyyət nədir?, necə ünsiyyət qurmalı?, sağlam ünsiyyətə təsir edən əngəllər nələrdir? kimi suallara cavab axtarmağımız faydalı olacaqdır.  

1.EMPATİYA
Sağlam münasibət üçün empatiya duyğumuzun olması bizə hər zaman yol göstərən faktordur. Empatiya erkən uşaqlıq dövründə meydana gələn və inkişafımızla əlaqəli olaraq sonrakı yaş dövrlərində də formalaşan bacarığımızdır. Ana – övlad münasibətlərindəki empatiya uşağın ehtiyaclarının ödənilməsi, onun anlaşılması ilə daha da güclənir. Empatiya - qarşımızdakı şəxsi dinləmək, anlamaq, onun ifadə etdiklərinə öz duyğularımızı qatmadan sadəcə anladığımızı hiss etdirməkdir. Övladınızla münasibətdə nə qədər empatik( anlayışlı ) olsanız ünsiyyətiniz bir o qədər sağlam olar. 
 
2.ƏLAQƏ 
Əlaqəni,  ən yaxşı halda anlamaq, başa salmaq, qarşılıqlı başa düşülmək( anlaşmaq ) olaraq ifadə edə bilərik. Bu əlaqə bizim ehtiyaclarımız, istəklərimiz, arzularımız, maraqlarımız şəklində əks olunur. Özümüzü tanıdığımız kimi, ünsiyyət və əlaqə tərzlərimizi də tanıya bilərik. Bununla da övladımızla ünsiyyətimizin xüsusiyyətlərini daha ətraflı təhlil edərik. 
 
3.DUYĞULAR
Uşağınıza müəyyən hadisələrdən çox duyğularınız haqqında danışın. Onunla nə hiss etdiyinizi, onun duyğularını anladığınızı paylaşın. Anlaşılmaq qədər duyğuların da anlaşılması önəmlidir.
 
4.SPONTANLIQ
Sağlam ünsiyyət üçün dəqiq, düzgün, təbii, doğruçul olmaq vacibdir. Xüsusən də kinayədən uzaq durmaq, nə istəyib, nə düşünürsüzsə onu paylaşmanız övladınızla ünsiyyətinizi daha işlək hala gətirər.
 
5.DİNLƏMƏK
Empatiya kimi digər açar alətimiz dinləməkdir. Nə qədər çox dinləyib, dinləməyə çalışsaq ünsiyyətimiz bir o qədər empatik olar. Dinləmək mövzusunda övladınıza nümunə olmağa çalışın.
 
6.SƏBƏB
O bir şey istədikdə, soruşduqda, nədəsə çətinlik çəkdikdə YOX demək yerinə onun sual verməsini, düşünməsini, sizinlə kontaktda qalmasını təmin edin. "Yox” demək əlaqəni dayandırır, amma "niyə?” sualı ünsiyyəti genişləndirir, qarşılıqlı anlaşma yaradır. 
 
7.DÜŞÜNMƏK
Problemli bir situasiya ilə rastlaşdıqda nə edəcəyinizi, nə söyləyəcəyinizi düşünmək yerinə övladınızın hislərini, düşüncələrini anlayaraq məsələni təhlil edin. Bəlkə də dediyinin, nümayiş etdirdiyi davranışın fəqli bir mesajı var? Sizə başqa cür bir şey söyləmək, göstərmək istəyə bilərmi? Bu cür düşündükdə hadisənin sizdə fərqli duyğu yaratdığını görəcəksiniz. Nəticə olaraq hər baxımdan sağlam ünsiyyət olacaqdır.


Şərhlər: 3
Baxılıb: 251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
лазимли мелуматдир тшк
22 may 2016 20:56
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
valideyinlercin lazimli melumatdir

valideyinlercin lazimli melumatdir
22 may 2016 20:33
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Bu nuanslarin her birinin bunovresinde yene de semimiyyet dayanir.semimi olmaq lazimdir demek ki,bawa duwmek ve bawa duwmediklerini sebrle bawa salmaq lazimdir.ama men ele genc analar taniyiram evlerinde olanda defelerle wahid olmuwam ozde,demeli ovladi hedden artiq sual veren uwaqdi,suali verir cavab verirsen bu sefer de niye deyir)))ama anasi ele cavab verir sanki ovladi zadi deyil.dedim niye o uwaga yaxwi cavab vermirsen,bele maraqlanan ovlad her adamda olmur,demek ki geleceyi yaxwi olacaq,ne soruwsa kobudluq edirsen,sen bununla belke de geleceyinde nelerinse qarwisini alirsan,qabaginj kesirsen.gordum xeyri yoxdu,bawladi mene ders kecmeye,he gel uc gun qal evimde baw goturub qacarsan evden suallarindan,ne bilim bogarsan neyniyersen.ozude elinde iw gorur deyirem niye telesirsen de iw gorende deyir ewwi axwamda hanisa seriyalima baxmamiwam indi tekrari bawlayacaq imkan vermir iwimi gorum gedim rahat baxim itden emele gelen.uwaqda yanindadi ee uzunu uwaga tutub berk deyir uwaqda qayitdi ki itden emele gelen ne demekdi?anada deyif deden murdewir geler soruwarsan.4yawli uwaqla ananin sohbetine baxin da.sanki dedesiyle de illerle evlidiler bunuda kulfet basib mal qara,ev iwi,tendire corek yapmaq,qaynana qaynata,hamisi ustundedi bunun.halbuki iki otaqli ev oz eli oz bawi bir uwaq bir eri bir ozu.ayri da heckim yox.sadece bawi catmir,ana olmaq deyende dogmaq bawa duwur sadece.birde evde yemeyini verim sonra reddolum seriyala baxim bununlada fso hem erime arvadam hem ovladima anayam.bu movzulari ele analar oxusun.
22 may 2016 20:03
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz