Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda məktəb fobiyası
Uşaqlarda məktəb fobiyası
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 287
Səs ver:
Uşaqlarımızın həyatında bu və ya digər səbəblərdən fobiyalar ola bilər - qaranlıq fobiyası, tək qalmaq fobiyası, valideynlərini itirmək fobiyası və s. 

Bu fobiyalardan biri də məktəb fobiyasıdır. 

Hər bir valideynin uşağına olan arzuları vardır. Bunlardan biri də məktəbə daxil olub, təhsilini müvəffəqiyyətlə başa vura bilməsidir. 

Sentyabr qabağı hazırlıqlar başlanır. Valideynlər uşaqlarının dərsə başlaması üçün bütün hazırlıqları görür. Lakin məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır. Hazır olmadıqda bu uşaqlarda ciddi gərginlik yaradır. İlk növbədə uşaq dərsə getmək istəməyəcək, məktəbi qorxulu bir yer kimi yadında saxlayacaq. Valideynlər bunu adi bir uşaq nazı kimi qəbul etsələr belə, əslində bu heç də belə deyil. Çünki bu onlar üçün heç də asan olmur. Əgər əvvəllər həyatının mərkəzində sadəcə oyun oynamaq idisə, indi isə onlara müəyyən məsuliyyətlər verilib. 

Ayrıca müəyyən müddət partanın arxasında əyləşmək, müəllimənin dediklərinə qulaq asmaq uşaq üçün çətin olur. 

Məktəb sözünün özü belə bəzən uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Valideynlər uşaqlara bunun belə olmayacağını danışmalı, başa salmalıdır. 

Bu bizlərdə də belədir. Yeni bir kollektivə girdikdə, biz ilk əvvəllər həmin kollektivə tez bir zamanda adaptasiya olunmaq istəyirik. Əgər bu bizə bir qat ağırdısa, bu onlar üçün on qat çətin olur. Ona görə də məktəb fobiyasını adi şəkildə qarşılamamalıyıq, uşaqların yanında olmalıyıq, onlar üçün bu yükü yüngülləşdirməliyik. 

Əslində məktəbi başqa cür danışsaq, sevilməyən tərəflərindən (səhər tezdən durmaq, məsuliyyət daşımaq və s.) çox sevilən tərəflərini danışsaq - onlara qazandığı yeni dostlarla birlikdə vaxt keçirdə biləcəyini, dərsləri ilə yanaşı oyun da oynaya biləcəyini, yeni bilgilər ala biləcəyini və s. - uşağın məktəbə adaptasiyası daha asan keçəcək. 

Biz valideynlər məktəb həyatının adaptasiya dövründə daim uşaqların yanında olmalıyıq. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsaq daha yaxşı olar. Bununla uşaq həm sevildiyini, həm də onlar üçün vacib olduqlarını göstərin. Məktəbdə başına gələn uğursuzluqlara belə sakit şəkildə qulaq asıb, onların hamının başına gələ biləcəyini, adi uğursuzluqda belə hər zaman onun yanında olacağımızı onlara göstərək. \"Mənə güvənə bilərsən - mən səni hər zaman dinləyəcəm, səninlə hər şeyin öhdəsindən gələ bilərik\" kimi ifadələr onları rahatlaşdırır. Çünki onlar arxalarında güvəndikləri insanın olduğunu biləndə, bu onlara özgüvən verir. 

Ən əsası hər zaman uşaqlarımızın əlindən tutub günümüzü onlarla əyləncəli hala çevirməliyik. 

Uşaqlar bu dövrdə həssas ola bilirlər. Onlara yanaşarkən bunu nəzərə almaq lazımdır. Bu dövrü düzgün şəkildə keçirtməliyik ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Çünki sonrakı dövrlər - yeniyetməlik, erkən gənclik dövrü - onlar üçün yeni problemlər yaradır. Bu dövrlər onlar üçün daha çətin keçə bilər. 

Uşaqlarda məktəb fobiyası ciddi şəkildə özünü göstərərsə, bu zaman psixoloq məsləhəti alınsa yaxşı olar. 

Uşaqlarımıza verə biləcəyimiz ən böyük xəzinə - sevgimizdir!


Şərhlər: 4
Baxılıb: 287
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Şükür belə bir fobiyası yoxdur,əksinə məktəbə gedəcəyi günü gözləyir səbrsizliklə,İnşallah oğlumda məktəbinə ilk qədəmlərini qoyacaq sentyabrda,dərs etməyi sevir oxumağı sevir hələki ,amma bu gün rəsm çəkirdi birdən ağladığını gördük niyə ağlayırsan soruşduğumuzda mən bu rəsmi çəkə bilmirəm deyə ağlıyırdı))Bizdə ona qarşılığında verdiuimiz cavab bu normaldı məktəbə gedərsən hamsını öyrənərsən narahat olma ,müəllimlərin sənə rəsm çəkməyidə öyrədəcək dedikdən sonra uşaq sakitləşdi)İlk məktəbə qədəm qoyanlar üçün indi asanddı səbəb,bir il qabaq onlar hazırlığa gedirlər bir il ərzində istər məktəbə istərsədə müəllimlərə uşaqlara adabtasiya olurlar.Amma əvvəllər elə deyildi bir an hər kəsi görmək insanda qorxu hissi yaradır,evdədə uşaqlara məktəb barəsində müsbət fikirlər söylənilməlidir,mən və atası oğlumuza həmişə məktəb haqqında danışmışıq necə olduğunu başa salmışıq oda bu səbəbdən həvəslənir.Valdeynlərin roluda böyükdür fobiyanın yaranıb yaranmamasında,təşəkkürlər.
15 may 2016 23:09
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
rəmsə
Qızımın ən böyük fobiyasıdı məktəb fobiası:)Birinci sinifdə demək olar hər gün ağlayırdı,mən necə öyrənəcəm deyib stres edirdi.Ama hər gün ağlasa da 5 alıb gəlirdi.İndi də demək olar elədi,gələn il inşaallah 4-cü sinifə gedəcək,ama indidən hərdən ağlayıb deyir ''Görəsən 5-ci,6-cı,umumiyyətlə yuxarə siniflər çox çətin olacaq?''İndidən gələcəyi düşünür masum yavrum:)
Nəysə sözüm onda deyil sözüm uşaqların yox,valideynlərin məktəb fobiyasındadı:)Məktəb başlayandan məktəb bitənə kimi pul yığırlar.Fond pulu filan olsa nəysə,onlar bizim vaxtlarda da yığılırdı.Ama hər il 50 manat aparıb verməlisən ki,uşağın 1.ci smen oxusun bax bunlar təzə ''qanunlardı''.Elə bil məktəbdə kvartirant qalırıq.Əgər desən yox mənə fərqi yoxdu 2.ci smen də ola bilər.Yenə fərqi yoxdu məcburi verməlisən vsyo.Üstəgəl əgər 8 martda və yaxud müəllimlər günündə çaşıb birdən müəlliməyə 10 manat hədiyyə verərsən.Ooooo müəllim bir şüvən salar gəl görəsən.10 manat nə puldu siz mənə verirsiz deyə.30 manatdan,50 manatdan dəm vururlar.Fəxri Fərmanı dərs ilinin axırında pulla satırlar.Keçən il qızım əlaçı oldu.Müəllim dedi 30 manat verin Fəxri fərman verək.İstəmədim,almadım.Mənə saxta Fəxri fərman lazım deyil.Qoy 3 qiyməti ilə oxuyanlar alsın Fəxri Fərmanı.Bir uşaq oxuduranın yenə işi yaxşıdı,vay 2 və yaxud 3 uşaq oxutduranın halına.Valideynlərin məktəb fobiyasına heç psixoloqlar da yardım edə bilməz:)Ümid edək bu rüşvətxorluqlara son qoyulsun.Heç inanmıram,ama Allahdan ümid kəsilməz...
15 may 2016 20:21
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
men ele usaq tanimiramki onda mekteb fobiyasi olsun sadik ola biler mekteb yox

men ele usaq tanimiramki onda mekteb fobiyasi olsun sadik ola biler mekteb yox
15 may 2016 20:05
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
xebere gore twk
15 may 2016 19:32
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz