Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa necə yox deyək?
Uşağa necə yox deyək?
Göndərən: guler19
Şərhlər: 1
Baxılıb: 291
Səs ver:
"Hər istəyi həyata keçməyən uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey olmur”. 

Uşaqlara düzgün olanı öyrətmək çox vacibdir. Çox zaman valideynlər uşaqlarına "yox” deməyi ya bacarmır, ya da o qədər sərt şəkildə deyirlər ki, bu da uşaqların tərbiyəsinə böyük təsir göstərir. 

Uşağa "yox” deməyi də bacarmaq lazımdır. Bu sözü işlədərkən nə çox sərt, nə də mülayim olmaq gərəkdir. Öncə nəzərə almaq lazımdır ki, uşaqlar da böyüklər kimi hisslərə, duyğulara sahibdirlər. Onlar bəzən səbrsiz, gurultulu və ya tələbkar ola bilərlər. Onların fikrincə, dünyanın mərkəzindədirlər, dünya onların üzərində qurulub. Belə uşaqlardan bir yetkin kimi davranmağı gözləmək onların hisslərinə toxunmaq deməkdir. "Uşaqlar gərgin, əsəbi olanda onlara icazə verin ki, hisslərini yaşaya bilsinlər. Arxasınca getməyin, icazə verin ki, tək qalıb əsəbini sakitləşdirə bilsin. Sakitləşəndən sonra özü sizin yanınıza gələcək. Uşaqlara onlar əsəbi olanda heç bir zaman şiddət göstərməyin, onları döyməyin. Əksinə, hirsli uşağa sarılmaqla onu sakitləşdirə bilərsiniz”. 

Uşaqların əsəbi davranışlarının arxasında mütləq bir ehtiyac durur. Bəlkə hansısa bir sözünüz, davranışınız və ya evinizdə olan hadisə onu kədərləndirdiyi üçün bu qədər əsəbi davranır. Onları başa düşməyə çalışmaq, anlaya bilmək uşağın aqressiv davranışlarına son qoymağa çalışmaq deməkdir. Əgər uşağınız kiçikdirsə və nədən əsəbləşdiyini, etirazını deyə bilmək bacarağına malik deyilsə, özünüz ona yardım göstəməyə çalışın. 

"Uşaqlarımız bizdən inciyə, küsə bilərlər. Ancaq biz onlarla sərt davranmamalıyıq. Çünki uşaq bizimlə formalaşır. Danışığı, düşüncələri, davranışlarını biz formalaşdırırıq. Hər zaman uşağa yanında olduğunuzu hiss etdirməyi bacarmağınız lazımdır. Uşağa əmr etməyin, ona seçmək haqqı buraxın. Uşağa hansısa işi gördürmək istəyəndə çalışın, mülayim dillə danışın. Əgər həddən artıq əsəbiləşmisinizsə, çalışın ki, uşağın olduğu mühitdən uzaq durasınız. Uşaq sizi başa düşmürsə, ona "yox” deməyi bacarın”. 

Bəzən valideynlər, uşağa az zaman ayırdıqları, onları ciddi tərbiyədə böyütdükləri üçün "yox” deməklə uşağı qıracaqlarını düşünürlər. Psixoloqun fikrincə, valideyn hər bir halda övladına "yox” deməyi bacarmalıdır. Çünki "yox” kəlməsi uşağınızın həyat yolunda qarşısına maneələrin çıxacağına alışmağa kömək edəcək. Hər istəyi həyata keçməyən uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey olmur. Bu da ona daha iradəli olmağa kömək edəcək. 

Məsləhət görürük ki, uşağa yoldaş deyil, valideyn olmağa çalışın. "Bəzi valideynlər var ki, övladı ilə dost, rəfiqə kimi davranır. Bu zaman uşaq kimə sığınacağını bilmir. Unutmamaq lazımdır ki, uşağın hər zaman onu qoruya bilən bir valideynə ehtiyacı var. Uşağa "yox” kəlməsini sakit, yumşaq, isti, amma qərarlı şəkildə söyləyin. Elə demək lazımdır ki, uşaq istəyini təkrar etmək fikrinə düşməsin. İstək təkrar olunsa belə, siz yenə "yox” cavabını səbrlə təkrar etməlisiniz. Hər zaman "yox” deyərkən öz həyatınızı da nəzərə alın. Əgər siz uşağınıza siqaretin ziyanlarından uzun-uzadı danışıb, ona "çəkmək olmaz” deyib, amma özünüz çəkirsinizsə, sizin dediyiniz "yox” qüvvəsiz olacaq. Uşaq yaxın rəfiqəsinin evinə getmək istəyir, amma siz narazısınız. "Yox” deyin, amma onun üçün zamanı səmərəli etməyi də unutmayın. Ona birlikdə film seyr etməyi, oyun oynamağı təklif edin”. 

"Yox” demək ağrıdıcı, ürküdücü və ya qırıcı ola bilər. Amma unutmamaq lazımdır ki, uşağınızın şəxsiyyət kimi inkişafında bu "yox”ların böyük rolu olacaq.


Şərhlər: 1
Baxılıb: 291
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaqin her isdediyine he deyilse o zaman usaq cox erkoyun olar sonradan deyilen yox sozunude basa dusmez
11 may 2016 12:37
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz