Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məktəb uşaqlarında gərginliyin 5 əsas əlaməti
Məktəb uşaqlarında gərginliyin 5 əsas əlaməti
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 344
Səs ver:
Nəticədə ev tapşırıqlarının həcmi böyükdür. Bundan əlavə, uşaqlarımızı idman klublarına, musiqi və ya incəsənət məktəbinə, müxtəlif dərnəklərə göndərmək istəyimiz təbiidir. Və…günün mənzərəsi belədir: Uşaqlar hər şeyi çatdırmaq üçün daim tələsirlər, maraq və təhsildən ayrı vaxt yoxdur! 

Digər bir problem müəllim və valideynlərin şagirdlərə psixoloji təzyiqidir. Valideynin qiymət, idman və musiqi məktəbində müvəffəqiyyət və s. ilə bağlı şişirdilmiş iddiaları uşaqda stresə səbəb olur. 

Uşaqlarda həddən artıq gərginliyin 5 əlaməti. 

• Uşaq diqqəti cəmləyə bilmir. Müəllimlər onun sakit oturmamasından, dərsə qulaq asmamasından şikayət edir. 

• Axşam yuxuya getməkdə çətinlik çəkir, gündüz isə yuxulu olur. 

• İştahı pis olur, arıqlayır. (Məsələn, statistikaya görə Moskvada birinci rübün axırında ibtidai sinif şagirdlərinin 60%-nin çəkisi azalır) 

• Gərginlik nəticəsində ibtidai sinif şagirdləri həyəcanlı, yeniyetmələr isə əsəbi, kobud olurlar, əhval ruhiyyələri te-tez dəyişir. 

• Uşaqda tez-tez başağrısı olur, bəzən qan təzyiqi qalxır (xüsusilə qızlarda). 

Əgər bu simptomlardan hansısa 1-2 həftədən sonra keçmirsə, həkimə müraciət etmək lazımdır. (Yorğunluq hansısa xəstəliyin də əlaməti ola bilər). Xroniki yüklənmə uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Zehni yorğunluq orqanizmin uyğunlaşmaq qabiliyyətini və immuniteti zəiflədir. Nəticədə uşaqlar tez-tez xəstələnir. Daha çox nəfəs yolları, həzm sistemi xəstəliklərinə (ikinci yerdə ürək-damar, üçüncü əsəb sistemi xəstəlikləridir) tutulurlar. 

Valideynlər evdə nə edə bilər? 
Məktəbdə keçirilən dərslərin həcminə, müəllimin dərsi keçmə tərzinə təsir edə bilməsək də, biz valideynlər evdə uşağa nəzarət edə bilərik. Bəzi şeyləri bilmək vacibdir: 

Uşaq kompüterin qarşısında mümkün qədər az oturmalıdır.Yeniyetmələr kompüterlə ən çoxu saat yarım işləməlidir (hər yarım saatdan bir 10 dəqiqəlik fasilə verməklə). 8 yaşa kimi uşaqlar kompüterdən 40 dəqiqə, 7 yaşdan aşağı uşaqlar cəmi 20 dəqiqə istifadə edə bilər. 

Övladınıza sevdiyi şeylərlə maraqlanmağa imkan verin. Bəzən biz valideynlər öz uşaqlıq arzularımızı uşağa sırıyır, onu musiqiyə, ya da idmana yönəldirik. Uşaq isə bunu istəmədiyini deməyə çəkinir, nəticədə gərginlik artır. Uşaqla söhbət edin, bəlkə o, məsələn, toxuculuqla məşğul olmaq istəyir? Adam sevdiyi işi görəndə dincəlir, gərginlik azalır. (Bütün hallarda uşaq ən geci axşam saat 7-dən evdə olmalıdır ki, dincəlməyə vaxt qalsın) 

Rejimə riayət etmək—vaxtında oyanmaq, yemək, yatmaq vacibdir. Uşaq gündə azı 8-9 saat yatmalıdır. 
Uşağa yardım etməyə həmişə hazır olun, onu həvəsləndirin, uğurlarına sevinin, uğursuzluğa görə cəzalandırmayın. 
Uşaq idmanla məşğul olmursa, onu arada piknikə, gəzintiyə aparın, oynayın. Fiziki hərəkət, fərqli məşğuliyyət uşaqların əsəb sisteminə müsbət təsir edir. 

Uşağın qidalanmasına diqqət edin. Zülal (yağsız ət, balıq, kəsmik), karbohidratlar (yarma, çörək), vitaminlər (meyvə, tərəvəz, giləmeyvələr) vacibdir.


Şərhlər: 6
Baxılıb: 344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
İnşAllah hele mekteb yaşina catsinlar
5 may 2016 22:53
# 6
Her şeye gore şukur
vipbetul
valideyinlercin gozel meslehetlerdir

valideyinlercin gozel meslehetlerdir
5 may 2016 22:10
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
İnşallah Sentyabrda birinci sinifə gedəcək dərslikləridə çətindir müəllimlər öncədən valdeyn iclası keçirdib bildirmişdir,valdeynlərdən bir çoxları narazı olsalarda yarı hissəsi razıydılar.Oğlumu hazırlığa verirəm məktəbə getməmişdən öncə alışsın dərsliklərə birdən yüklənsə çətin olar bezəcək,həftədə bir dəfə bir saatlıq öz müəllimi tərəfindən hazırlığı olur.Baxarıq dörd aydan sonra oğlumun reaksiyasına sevir dərs oxumağı görək bu sonacan davam edəcəkmi),bir valdeyn kimi çalışacam dərsliyi ona hər zaman önəmli və sevimli olsun.təşəkkürlər.
5 may 2016 20:54
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
zezema
qizimin dersleri cox olurdu. muellime proqramdan cox kenara cixmishdi. meselen 1ci sinif nedense 1 heftede isim, sifet, fel, say ve evezliyi kecmishdi. mene bu lazim deyil. lazim deyildi ki, ushaq gece saat 10-11 kimi ders elesin. vaxti gelende proqram o proqram olanda oyrenecek onsuzda. birinci sinifden yuklenmeyin ne menasi var?. bezi muellimler hazirliga daha cox ushaq celb etmek ucun ushaqlari sinifde az, evdese cox yuklemeye calishirlar. vaxtindan tez proqramdan kenar dersleri yuklemekle. mektebini deyishdik. indi normal ders kecilir, meselen 5 calishma varsa 3u sinifde, 2 si evde yazilir. resm, idman, texnologiya (emek) dersleri proqramla kecilir. evvelki sinifde ise sentyabrdan beri bu sade derslerin hec birini qizim gormemishdi. muellime kecmirdi. uşağa esas dersler ne qeder vacibdirse, bu resm, emek kimi derslerde vacibdir mence. her yashin oz maragi var. qizim evde qara qara shekiller cekirdi o mektebde oxuyarken - yagin ushaq elaci olsa da cox sixilirmish, yuklenirmish. hirslenirdim ki, niye bele qara qura shekiller cekirsen nolub sene. bir defe qaranliq fonda qiz shekli cekmishdi - qorxdum shekilden.baxirdim ki evde her shey normal, her kesden gozel geyinir, her kesden yaxshi oxuyur, bes arabir cekdiyi bu qorxunc sheyler nedi. sonra tez tez "mama yorulmusham" ifadesini eshitmeye bashladim. basha dushdum ki dersleri cox agir gelir ushaga. indi cekdiyi shekillere baxiram reng a rengdir. mezmunu var. derse hevesle gedir. ushaqlari cox yuklemek olmaz!
5 may 2016 20:23
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
YalniZ-ArZu
Muellimler uwaqlari cox yukleyir...dersler de cox cetinlewib.Yene valideyn uwaqlarin bir cox elave kurslara derneklere qoymasalar yaxwi olar.Ele valideyn var lap uwagi mecbur gonderir hansisa derneye,ne var filankesin uwagi gedir,menimkide getsin...
5 may 2016 20:21
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Mekteb yaslsrinda gerginlik cox olur. Bu da ders stresinden adilidir.
5 may 2016 19:54
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz