Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq böyütmək çətinləşdi, yoxsa gənclik tənbəlləşdi?
Uşaq böyütmək çətinləşdi, yoxsa gənclik tənbəlləşdi?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 311
Səs ver:
Ailə qurmaq, ailəyə sahib durmaq, onun bütün qayğılarını çəkmək heç də asan iş deyildir. Hələ mövzu uşaqdan düşdüsə, şikayətlər daha da çoxalır. Xüsusən də indiki zamanda. Niyə indiki zaman deyirəm? Çünki hansı gənc ailəni dindirib danışdırsaq, hamısı giley dolu narazılıq yağdıracaq üstünə. Yaxında, qohumda, qonşuda 5 yaşında uşağı olan bir ailəyə: "Niyə ikinci uşaq haqqında düşünmürsünüz?” sualını verməyə peşman olursan. Şikayət şikayət üstünə yağır. "Ay bu uşaq bilsəniz necə nadincdir, bu uşağa yemək yedizdirmək müşkülə çevrilib, bu uşaq yuxu nədir bilmir, cin kimi gecə yarısına kimi ortalıqda gəzir. Daha nələr, nələr…yox, istəmirəm, indiki zamanda uşaq böyütmək zülümdür, biri bəsimizdir”. Əksəriyyətinin verdiyi cavabdır bu, yəqin ki, mənimlə razılaşarsınız.

İlk öncə uşaq saxlamağın çətinliyinin tərəfləri haqqında müqayisə aparmaq istərdim. Gəlin bir 30 il əvvələ qiyabi səyahət edək. Daha doğrusu mən sizi o zamanın şəraiti ilə tanış edim. Təsəvvür edin, ana südü ilə qidalanmayan bir uşaq böyüdürsünüz. İndiki zamandakı kimi min bir çeşiddə uşaq yeməkləri tapmaq müşküldür. Tapsan belə hazırlanması vaxt aparır, bir əlin yemək bişirir, bir əlin ac uşağı sakitləşdirir.
Məlumdur ki, körpə uşaqların ən narahat olduqları hal "qazlarının” olmasıdır. Əczaxanalarda "şüyüd suyu” deyilən bir içki var idi. Uşağın qazı oldusa, mütləq bu sudan verilməliydi. Onun da 3, ya da 5 gün saxlama müddəti vardı. Təsadüfən evdə bu su bitmişdisə və gecə yarısı idisə, vay ananın halına. Səhərəcən körpəsini gah dizinin üstünə qarnı üstə qoyub kürəyini astaca masaj etməli idi, ya qucağında dik saxlayıb o baş, bu başa gəzməliydi. Yəqin ki, səhnəni təsəvvür etdiniz…
Bir az da uşaq geyimi haqqında…əgər qaynanan zəhmli və hökmlü biriydisə, sözünün qabağına haqlı olsan da söz demək ixtiyarın yox idisə, işin əgəl idi demək. Uşaq qırxı çıxanacan bələnməli idi. Həm də əlləri ilə birlikdə. Vay o gündən ki, qaynana gəlib görə uşağın əli bələkdən çıxıb: "çatmasaydım uşaq gözünü çıxaracaqdı, bu körpədir qanmır, bəs sənə nə gəlib əlini açıqda qoymusan?”
Yaxşı ki, sonradan ağıllı analar tapıldı uşağın bir neçə uzunqol köynəyinin qoluna əlavə parça verib ucunu da tikdilər…
Maddi durumu aşağı səviyyədə olan ailələrin işi isə, lap çətin idi. Uşağa geyim çatdırmaq çətin olurdu. Yuduğu qurumamış, uşağın əynindəki artıq yumağa "hazır” idi.
Yemək yedizdirmək mövzusunda da indiki kimi şanslı deyildi analar. Nə rəngli televizor bolluğu vardı, nə planşet, nə də mobil telefon. ( Bu haqda bir ayrı yazım da olacaq, çünki bunun da ziyanlı tərəfini anlamayan gənclərimiz çoxdur).
Uşağa yemək yedizdirmək üçün nağıl danışılardı, müxtəlif şəkili kitablarla başını qatardılar ki, nədi-nədi bir qab sıyığı axıra çatdırsın. Hələ özündən nağıl düzüb qoşan, üz mimikasını min şəklə salan anaları demirəm.
O vaxtlar bax belə çətin idi uşağa baxmaq. Amma buna baxmayaraq ailələrdə uşaq sayı qənaətbəxş idi. Çətin də olsa öhdəsindən gəlirdilər.
Bəs indi nə oldu bu gənclərə? Niyə şikayətçidirlər? Niyə gələcəyimiz olan gül balaların doğulmasının əleyhinə gedirlər?


Şərhlər: 6
Baxılıb: 311
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Tenbelleri bir kənara qoysaq əgər uşaq böyütmək cetinlesib.o qədər xestelik cixibki uşaq dünyaya getirmekde böyük probleme cevrilib. Axi boyuklerimiz deyirki evveller belə xestelikler yoxuydu. Geni deyisdirilmis qidalar yoxuydu. Gəncləri qinamaqla deyil.əgər həmin gənc tənbəl deyilsə. Ekizlerimi dunyaya getirenedek nələrə dozdum. İndidə ikisin birden boyutmek mənimçün çox cetindi ancaq Allahin verdiyine şükür edib boyudurem. Muellim qohumlarimizin danisiqlarini esitdikce ise usaqlarimi bagca mekteb vaxtinda necə düz yolda saxlayacağıq haqqinda indiden fikir götürüb meni. Ətraf çox deyisib. Evveller kicikler yerin bilirdi. Mektebli danisigina, herekeylerine diqqət edirdi. İndi bir qədər uşaqlar pis olublar. Bu movzuda ürəyim doludu. Çünki çoxda olmasa ana kimi 2usagimin geleceyin fikirlesirem. Əgər belə bir zemanede onlari terbiyeli lazımlı biri kimi böyüdə bilsem bu menimcun dünyanın ən böyük hediyyesi olar.
29 aprel 2016 00:28
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
evli.mutlu.cocuklu
Men usagim yoxdu olsa lap yaxsida baxaram
28 aprel 2016 23:41
# 5
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 aprel 2016 22:41
# 4
vipbetul
usaq boyutmekde cetinlesib genclerde tenbellesib eslinde zaman bunu serait bunu bu cur olmaqa sovq edib
28 aprel 2016 22:16
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Usaq boyutmek cetinlesmedi sadece gencler rembellesib bir is gormek istemirler. Heyatda cetin hec bir sey yoxdur
28 aprel 2016 20:32
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
elbbetdeki uwaq boyutmek hetta uwaqi ddunyaya getirmeyde bele cetinlewib bu dovrde
28 aprel 2016 19:33
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz