Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa yox sözünü necə söyləməli?
Uşağa yox sözünü necə söyləməli?
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 460
Səs ver:
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, psixoloqlar deyir ki, uşağa "yox” demək olmaz. Ümumiyyətlə heç bir psixoloq deyə bilməz ki, uşağa "yox” deməyin, sadəcə uşağa niyə ”yox” dediyinizi başa salın. Bu fikir əlbəttə ki, doğrudur. Tutaq ki, uşaq deyir ki, "Mən bugün gəzməyə getmək istəyirəm”. Buna cavab olaraq deyilsə ki, "yox getməyəcəksən”, uşaq bilmir ki, nəyə görə getməyəcək. Və uşaq yenə deyir ki, "Getmək istəyirəm” və inad edir. Bu inadkarlığın olmaması üçün və uşağın təfəkkürünün – təxəyyülünün daha zəngin olması üçün biz ona qabaqcadan deyirik: "Bilirsən, bugün mənim işim çoxdur, çox yorğunam. Ona görə bugün gedə bilməyəcəyik, amma həftəsonu mən çalışacam səni gəzməyə aparım”. Bununla uşağa birinci səbr etməyi, ikinci yalan danışmamağı öyrədirik. Aristotelin bir ifadəsi var, deyir: "Mən dediyim kimi yaşayın, mən yaşadığım kimi yaşamayın”. Və elə də olmur heç vaxt. Valideyn çox deyə bilər ki, "onu etməyin, bu işi görməyin, doğru – düzgün olun” amma bunu valideyn özü yaşamırsa, bu artıq onun boşboğazlığına gətirib çıxarır. Valideyn öz sözünün ağası olduğu müddətcə uşaq da belə olacaq. Valideyn deyirsə, "Bazar günü gedəcəyik” və sonra həftə içi deyirsə, "Gəl gedək” artıq vaxt itdi. Artıq uşaq "Bunu tez eləmək olardısa, niyə eləmirdin?” kimi valideyndən tələblər edir. Biz əslində uşağı kiçik bilirik. Heç nəyi başa düşməyən və s. Əslində o hər şeyi çox gözəl başa düşür və dərk edir. Sadəcə gözləyir və gözlədikdə o nəticə əldə olunmadıqda, o artıq sizin başınıza corab hörür. Nə üçün uşaq bilmir ki, ailədə disiplin nədir. Uşaq ağ vərəqdir, nə yazarıqsa onu da görərik. Əgər doğrular yazılmazsa, o da bizə doğruları göstərməyəcək. Əgər biz uşağımızdan şikayət ediriksə, bu bizim özümüzdən olan şikayətimizdir. Deməli, biz dönüb özümüzə baxmalıyıq ki, harda nəyi səhv buraxmışıq və niyə səhv buraxmışıq, ikinci dəfə bunu necə etməyək. "Yox” sözü uşağa sadəcə izah olunmalıdır, niyə yox. "Niyə” ilə deyilən sözlər uşaq üçün yox hesab olunmur. Bəzən valideynlərin səbri çatmır , bu zaman nəticəsinə dözməyə məcburdurlar. Bir dəfə səbrini cilovlaya bilsə, uşaq artıq düşüncəli şəxs kimi formalaşa bilər. İkinci dəfə səbr etməyə bilər, artıq uşaq onun nə demək istədiyini başa düşəcək. Amma biz bugün "Mən səbrsizəm” deyib, sabah öz uşağımızdan şikayətləniriksə, bu bizim özümüzün özümüzlə olan problemimizdir. 

Müəllif: Psixoloq – psixoterapevt Vəfa Əkbər


Şərhlər: 10
Baxılıb: 460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gulka azeri
colde soyuqdu yagis yagir olmaz usuyerik yixar bizi kulek desemde oglum yenede yox oppa gedek deyib agliyr,off cox cetindi yox ve olmaz sozlerini hec basa dusmur
4 aprel 2016 19:12
# 10
ulduz
Oğlum yemek hazirlayiram qazandan otru agliyir, termomu temiz yigisdirmisam, cay icirem soskasini atir, gunde yuz defe eyni soz tokdu el vurma, yixilsrsan dus yere, dala dala getme, suyu yere tokme, özünü islatma basim qacib yox sozunu olmaz sozunu hec qanmur
4 aprel 2016 12:47
# 9
vipbetul
USAQA YOX DEMEYI TEBIKIDE BAGARMAQ LAZIMDIR PROSDAKI USAQIN BASA DUSEGEYI DILLE DEYILMELIDIR
3 aprel 2016 21:48
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
usaga yox sözünü basa salmaq lazimdir
3 aprel 2016 21:48
# 7
sizin 1205
Ezizim eziz,terbiyesi onnan da eziz
3 aprel 2016 21:26
# 6
L
Tomris Müslümova
Elə insanlar var ki,öz bildikləri özləri üçün qanundur.Heç kəsin fikri ilə razılaşmırlar,yola getmirlər.Yalnız öz bildikləri.Bunu sonrada öz övladlarına tətbiq edirlər.Amma düşünmürlər ki,bunlar valideyn gözündə uşaq görünə bilər ancaq get-gedə bir vətəndaş olurlar.Onlara düzgün tərbiyə verdiyimiz kimi yox demə qaydasınıda bilmək lazımdır.
3 aprel 2016 21:12
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Usaga yox sozunu oyretmek lazindir. Usaqlar erkoyun olmasin. Usaq her veziyyete alismalidir
3 aprel 2016 20:56
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Gozel terbiye usuluduu..uwaga yox demeyin evezine sebebini izah etsen daha yaxwi olar mence de.maraqli xeberdi Tewekkurler
3 aprel 2016 20:52
# 3
Fialka
Valideyn öz övladını tərbiyyə edən zaman düşünürəm ki, verə biləcəyi sözü verib əməl etməlidir əks təqdirdə uşaq valideyndən yalan danışmağı öyrənər ..Daha sonra isə qoyulan qadağalar uşağa başa salınmalı bir başa yox deyib kənara çəkilmək düzgün deyil o deyilmiş olan yoxun niyə yox olduğunu uşağa başa salmaq lazımdır..Və bu vəziyyətdə psixoloqun qeyd etdiyi fikirlər faydalıdır bəzi çətinlik çəkən valideynlər üçün..təşəkkür.
3 aprel 2016 19:50
# 2
Aybə
Düzdü gərək uşağa başa salasan yoxsa uşaq səndən əl çəkməyəcək
3 aprel 2016 19:34
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz