Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Texnologiyanın uşaqlara təsiri
Texnologiyanın uşaqlara təsiri
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 392
Səs ver:
Biz "texnologiyanin təsiri” deyəndə toplum olaraq nəyi nəzərdə tuturuq? Guya uşaq televizorun qabağında oturur, iş - güc görmür, tənbəlləşir, ləngiyir, nitqi olmur və s. Düzdür, bunlar var, qəbul edirik, amma əsas ləngiyən tərəf başqadır. Aysberqin görünməyən tərəfləri də var. Birinci məsələ nədir? Texnologiya deyəndə biz nəyi nəzərdə tuturuq? Komputer, planşetlər, telefon və televizorlar. Uşaqlar orda nəyə baxır və nə tip oyunlar oynayır? Onlar əsasən aqressiv oyunlara üstünlük verirlər, bu öz yerində, amma əsasən təkrarlanan oyunlar oynayırlar. Məsələn, "bu turu keçdi vura - vura, qıra – qıra, ikinci tura keçdi, yenə eyni şey”. Yəni təkrarlayıcıdır, orda xüsusi bir təxəyyül yoxdur. Yeni, ortaya qoyulası bir şey yoxdur, yəni uşaqda təxəyyülün qarşısı alınır. Bu birinci məsələdir. İkincisi, hansı uşaq oyunu qarşılıqlıdır, yəni orda kollektiv var? Heç birində. Və uşaq öz dünyasına qapandı. İkinci olaraq uşaqlarda hansı forma dayandı? Məntiq analizi. Yəni, uşaq hər hansı bir məntiq vurmur. Belə uşaqlar özünə qapanır. Üçüncü amil nədir? Orda uşaqlar barmağı ilə basır, "burdan götürdü, bura vurdu” və yaxud eyni düymə ilə adamları burdan götürdü, ora qoydu və s. Burda əlavə barmaq hərəkəti, matorika var mı? Ancaq bir barmaqdır və digər barmaqların fəaliyyəti yoxdur, yəni matorika inkişaf eləmir. 
Yaddaşın 2 növü var: Mexaniki və analitik yaddaş. Mexaniki yaddaş göz yaddaşıdır. Analitik yaddaş - ixtiyari olaraq diqqəti bir şeyə yönəldirsən və onun haqqında danışa bilirsən. O oyunları oynayan uşaqlar da analitik yaddaş inkişaf eləmir. Sadəcə mexanikidir. Göz yaddaşı yaxşıdır, rəngləri yaxşı eyniləşdirəcək, hərfləri, rəqəmləri tez öyrənəcək, amma qavramayacaq. Yəni rəqəmləri tanıyır, saya bilir, amma soruşanda ki, ”2 rəqəmindən sağda nə durur?”, bilmir. "2 rəqəmi böyükdür ya 3?” bilmir, çünki rəqəmi qavramır. Bunu qavramaq üçün də bizim analitik yaddaşımız olmalıdır. Mexaniki yaddaşda hər şey var amma mexaniki yaddaşda heçnə yoxdur. Digər məsələ uşaqlarımızda analiz formalaşmır və bunun bir sıra təsirləri olur, hansı ki, uşaqlarda zaman bələdliyi, məkan bələdliyi olmur. Zaman bələdliyi nə deməkdir? Bu, uşaqlarda 7 yaşından özünü göstərməyə başlayır. Məsələn, "2 gün əvvəl” deyəndə siz artıq hansı gündən söhbət getdiyini bilirsiniz. Amma, elə uşaq var ki, bunu bilmir. Uşaqlar da minimal zaman bələdliyi nədir? Fəsillər və səhər - axşam. Uşaqlar bunu ayırd edə bilmir və bunun səbəbi onda analizin olmamasıdır. Bunları aradan qaldırmalıyıq ki, uşaq sosiallaşsın və bütün bələdliklər aradan qalxsın. Məkan bələdliyi nədir? Getdiyin yerə görə davranmaq. Daha küçədə necədirsə evdə də o cür deyə bir şey yoxdur. Bizdə texnologiya niyə ziyandır? Təxəyyül inkişaf eləmir, analitik yaddaş olmur, zaman, məkan bələdliyi inkişaf eləmir, analiz cizgisi formalaşmır. Aşırı impulsiv və hərəkətli olurlar və yanaşı olaraq da ləngiyirlər.

Müəllif: Fəridə Həsənova


Şərhlər: 8
Baxılıb: 392
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaqlaa texnologiyadan cox isdifade edilmeye igaze verilmemelidir
30 mart 2016 01:05
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Usaqlara elektrinika lazim deyil gozleri beyni her yrrine vtesir edir usaqlarin
29 mart 2016 22:23
# 7
14MsM
Mende oglum cizgi filmi izleyir oda cox qoymuram asililiq yaradir ister istemez
29 mart 2016 21:57
# 6
Fi-Ra
Men de eleyhineyem eyni, tekrar kompyuter oyunlarinin. Evde var komp. Qizim hele balacadi. Demisem ayaq acanda yaxinina da qoymayacam. Bir defe oyrendi qutardi. Sonra gel tergiz ona.
29 mart 2016 21:47
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
YARIM QALMIS XEYALLAR
Valideynler ele bilirlerki,usaq komputeri bildi,neyise ordan axtardi,tapdi usaq her deyi bilir. Cox heyif usaqlarimizin qabiliyyetlerini indiki zamanede yox edir bu texnologiya. Cox heyif. Duzdur xeyirli terefleride var oyrenmelerinde amma inanin usaginizin komputerde bir oyun oynayacagi vaxti usaginiz bir resm cekse qabliyyeti inkisaf etse ondan daha xeyirlidir. Kardondan nelerse hazirlasalar. Oyrendikleri nagillari sekilerde canlandirsalar. Mentiqi kubiklerden istifade etseler. Plastilin usagin hem ezelelerinin hemde qabliyyetinin inkisafini inkisaf etdirir. El qabliyyetleri itir usaqlarin komputerle telefonla o qeder oynayirlarki onlari ezber bilirler oysa bir azerbaycan usaq nagillarini,usaqla mahnilarini bilmirler. El qabliyyetleri cox asagi seviyyede olubdur. Valideyn olanlar varsa burda xahis ediremki usaqlarin diqqetini daha cox ele seylere cekin. Ele seylere maraq oyadin. Indi savadli usaq boyude bilersiniz amma calisin onunla beraber her yasini oz vaxtinda yasayan savadiyla yanasi qabliyyeti olan usaqlar yetisdirek. Onlarin tek savadiyla deyil xususi qabliyyetleriylede fexr edek. Texnologiya dovrundeyik duzdur,amma yaslarina uygun texnologiyalari oyrenseler menim fikrimce daha gozel olar.
29 mart 2016 20:55
# 4
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
rəmsə
Qardaşım hərdən mənə deyirki ''sənin uşaqların kompyuteri söküb yığarlar''.Maşallah o dərəcədə kompyuterdən başları çıxır.Dərsləri üçün nə isə lazım olanda araşdırıb tapırlar,ordan çox şey öyrənirlər,hətta mənə də öyrədirlər:)Mən çox da ziyanlı olacağını sanmıran.Yetərki qarşısında lap çox oturmasınlar və pis bir şeylərə baxmasınlar.Bunun da nəzarəti anaya düşür.
29 mart 2016 20:25
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Antikvar
Düzdü oğlum multiklərə çox baxandı amma daha vaxt qoymuşam ona,planşet komputer qəti əlihenəyəm uşaqların az yaşda planşet komp qarşısında nə işi var?Hətta demişəm oğlum məktəbə belə getsə komuterə icazə verməyəcəm,çünki uşaqların fikri komputerdə qaldıqda dərsliyi unudurlar oxuduqdada fikirləri komputerdə olur.
Oğlum matamatikanı çox yaxşı bilir 7 yaşı olmasına baxmayaraq,vurma cədvəli pilus minus sərbəst özüdə edə bilir sonda mənə yoxlamaq üçün göstərdiyində hamsını düz çıxdığını görürəm,maşallah qavramasıda yaxşıdı səbəb?çünki indiyə qədər əllərində kopmuter və planşet olmayıb icazəm yoxdu,bir tək multikə çox baxır onuda yavaş-yavaş tərgidəcəm.Təşəkkürlər maraqlı mövzu oldu.
29 mart 2016 20:17
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Texnoligiyanin xeyirleri qeder zererleride coxdur. Usaqlara daha cox zehni inkisaf etdiren meseleler ve tspsiriqlar verilmelidir. Kompyuter oyunlari psixologiyani pozur
29 mart 2016 20:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz