Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərbiyəni ancaq valideynmi verir?
Tərbiyəni ancaq valideynmi verir?
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 361
Səs ver:
Ailədə ümumiyyətlə uşağın formalaşdığı ilkin institut ailə institutudur. Uşaq gözünü açdıqda ilkin təlim – tərbiyəni, doğrunu – yanlışı, ağı –qaranı bir – birindən seçməyi valideyndən öyrənir. Və hətta bəzən zövqləri belə valideynlə üst – üstə düşür. Hər bir uşaq yalnız bununla kifayətlənsə, öz şəxsi fikirləri olmaz. Müəyyən bir müddətdən sonra o sosiallaşmağa başlayır və ikinci onun təlim – tərbiyə götürdüyü və inkişaf etdiyi institut baxça olur. Baxçada öz həmyaşıdları ilə, müəllimləri ilə münasibəti öyrənir, fikrini izah etmək bacarığı və zövqü orda formalaşır. Məsələn: "Hansı fiquru seçə bilərsiniz?” və ya "Kim hansı şəkli istəyir, onu rəngləyəcək” kimi tapşırıqlarda artıq uşağın zövqü formalaşır və burda ana və ya ata olmur. Eyni zamanda böyüklərlə münasibəti də orda öyrənir və bunun əsasında uşaq artıq analiz etməyə başlayır, yəni ailə və cəmiyyəti. "Cəmiyyət” dedikdə bu kiçik bir cəmiyyətdir – baxça. Sonra zaman – zaman məktəbəqədər hazırlıqlar və məktəb. Məktəbdə 45 dəq oturmaq lazım gəlir və artıq bunun verdiyi tərbiyə, disiplin, qayda – qanuna riayət artıq uşaqda öz nəfsinə qalib gəlməyi öyrədir, hətta öz istəklərini basdırmağı belə onda formalaşdırır. Necə? Tutalım uşaq baxça vaxtında 5 dəq oynadıqdan sonra "mən yoruldum” deyib gedib uzanırsa, məktəbin qayda – qanunu elə qurulub ki, orda artıq istəklərini cilovlamağı bacarmalıdır və artıq o qoyulan qaydalar uşağı formalaşdırır. Uşaq orda qaydalara tabe olurmu, nə dərəcədə tabe ola bilir, həmin anlar hansı hisslər keçirir, o onun psixikasına necə təsir edir.. Uşaq var özünü saxlaya bilmir, misal üçün daima yanındakılara mane olur. Uşaq var, özünə qapanır və demək olar ki, yerindən də tərpənmir. Bu demək olar ki, hər uşağa bir cür təsir edir, bu da yenə həmin düşdüyü o kiçik cəmiyyətin artıq üzvlərindən çox şeyin asılı olduğunu göstərir. Məsələn: Müəllimdən asılıdır, belə deyək, o, orda hansı funksiyanı yerinə yetirir, uşağa necə yanaşır - fərdimi ya ümumimi. Bilirsiniz, danılmaz faktdır ki, məktəbdə müəllimlər uşaqlara fərdi yanaşa bilməz. Əgər o qrupun içində hər uşağa fərdi yanaşsa, onda gərək müəllimin özünün dəmirdən sinirləri olsun. Bu mümkün olmadığı üçün belə bir çıxış yolu da təklif edə bilərik ki, ən azı uşaqlara yaxınlaşıb fərdi tapşırıqları yoxlayarkən bunu büruzə versin, misal üçün ona "Nə gözəl yazmısan, sən bugün çox gözəl işləmisən” desin. Baxmayaraq ki, arxada və ya öndə oturan uşağa da bunu deyəcək, amma artıq o uşaq onu eşitmir. Çünki həmin vaxtı o, müəllimdən aldığı o həyəcanın, o yanaşmanın eyforiyasını yaşayır. Və dərsə daha çox bağlanır. "Fərdi yanaşma” bu deməkdir. 
Və son olaraq uşaq ilk öncə anasının yaxınlıq etdiyi rəfiqəsinin uşağı ilə dostluq edir onunla daha çox münasibət qurur. Artıq ibtidai sinfin 2-3 cü sinifində uşaq özünü, öz xüsusiyyətlərini artıq bilir ki, "Mənim anamın kiminləsə xasiyyəti tuta bilər, amma vacib deyil ki, mən onun oğlu ilə və ya qızı ilə dostluq edim”. Artıq o seçmə qabiliyyətinə yiyələnir. Yəni təlim – tərbiyə tək ailənin verdiyi ilə kifayətlənmir. Burda toplumun, cəmiyyətin və ayrıca düşdüyü cəmiyyətin üzvlərinin də rolu çoxdur.

Müəllif: Psixoloq - psixoterapevt Vəfa Əkbər


Şərhlər: 9
Baxılıb: 361
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
İlk öncə valideynin tərbiyəsi əsasdır. Ancaq elə olurki uşaq ətrafdan ancaq pis rəftarları sözləri mənimsəyir. Valideyn düzü başa salanda övladı onun tərsini edir. Onda işlər qarışır. Ancaq indidən hara getsəm kim gəlsə evdə siqaret çəkmək olmaz.1i açıqlanan da digəri ezizdemwmlidi.lazım olanda cezalandiriramda.istəmərəm barmaqla göstərsinlər ki bu uşaqlarda tərbiyə problemi var
28 mart 2016 08:47
# 9
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
14MsM
Uwagin temelin valdeyin qoyur terbiyye herkes oz aileminde bir wey bawaduwur menimcun ayri anlamda senincun tamam bawqa wey ola biler terbiyye men wexsen oglumu bele oyredirem o na birwey buyururamsa qariwliginda cox sagol ya xetrine deyremse bagiwla deyrem bir wey aldiqda budceme uygun iki uc wey secib secimi ona buraxiram ne isteyir gotursun bu yiyecek ya oyuncaq olur azdi yawi ...yixilanda men komey etmerem ozu dursun bilirsiz demeyim oki heqiqetende bir wexsiyyet kimi reftar lazim mutleqdirki men ovladima sene kimse nese verse sagol de o gorecey owey anada yoxdu sizce o onu eder??yox bir muddete qeder ama valdeyinde gorduyun tez eder yeni birinci valdeyin ata ana yox yox ikiside eyni fikirde onda uwaq erkesoyun olmur..VALLAH UWAGIMA COX YAXWI COX DIQQET EDIREM HERWEYINE AMA ERKOYUN SEVMIREM CUN ERKOSUNLUY TERBIYESIZLIYE GETRIB CIXARIR VURMARAM NAZI ILE OYNAYIRM AMA DA BAWADA CIXARTMARAM NESE UZUN AKTUAL MOVZUDU TERBIYYE. Uwaqa verilmesi ..
28 mart 2016 00:06
# 8
vipbetul
Teriyeni ilk onge valieyin sonra muellim sonra ise toplumdan goturulur
27 mart 2016 23:59
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Black_Star
^^Etraf mütitde insana tesir edir ama validynlerin terbiyesi esasdir tebiiki 01
27 mart 2016 22:14
# 6
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
ayka95
elbettde ata ana usaqlarina duzgun terbiyelendirmelidi
27 mart 2016 22:11
# 5
Zuzu26
Mende valideyinem çalışıram ki uşaqlarım tərbiyəli böyüsün.
27 mart 2016 21:45
# 4
Mən bu həyatda ən çox ana olmağı sevdim
Tomris Müslümova
Mənə elə gəlir ki,insanın qabındakı nədirsə odu.Valideynin verdiyi tərbiyədən də çox şey asılıdır ancaq uşağında öz qabında nədirsə elədə gedəcək.Elə gözəl,mədəni ailələrdən elə bedasıl uşaq çıxır ki,adam məətəl qalır ki,görəsən bu tərbiyə görməyib? Amma elə ailə olur ki,ata heç zaman ayıq olmur,ana uşağa tərbiyədən başqa hər şey verə bilər.Di gəl uşaq olur ağıllı-kamallı biri.Yəni mən belə başa düşürəm ki,insanın qabında nədirsə odu!
27 mart 2016 20:53
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Əlbəttə ilk və əsas tərbiyyəni uşağa valideyn verir bunu valideyn ya istəsin yada istəməsin uşaq gördüyünü mənimsəyir nəyin doğru nəyin yanlış olduğunu anlamadan odur ki, diqqətli olmaq lazımdır əməllərlə tərbiyyə üst- üstə düşməlidir...
27 mart 2016 20:45
# 2
Fi-Ra
Usaga ana atadanin verdiyi terbiyeye yeni yaxsi duzgun terbiyeye qarisan insanlardan xosum gelmir. Ele insanlar olur usaga pis sozler oyredir. En acigim gelen haldir.
27 mart 2016 20:00
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz