Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata - gözəl nümunə
Ata - gözəl nümunə
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 457
Səs ver:
Uşaqların həyatında ana - atalarının xüsusi yeri var. Uşağın davranışında, başqaları ilə rəftarında, xarakterinin formalaşmasında, təlim-tərbiyə qazanmasında valideynlər açar rolunu oynayır. Hər bir valideyn övladı üçün ən gözəl nümunədir. Bəzən Azərbaycan cəmiyyətində bu rol, vəzifə daha çox analara yüklənilir və uşağın tərbiyəsində ananın həlledici rola malik olduğu qəbul edilir. Lakin bu, belə deyil. Ana və ata olaraq hər bir valideynin öz övladı qarşısında vəzifə və öhdəlikləri var. Uşağın davranışına, tərbiyəsinə hər iki valideyn də cavabdehdir. Xüsusi bir məqama diqqət çəkmək istəyirəm ki, qız övladı daha çox anayla, oğlan övladı isə daha çox atayla vaxt keçirməli və ondan nümunə götürməlidir.
Bəs, valideynlər hər zaman övladları üçün yaxşı nümunə olurlarmı? Təəssüf ki, bu, bəzən belə olmur. Ata övladları üçün qoyduğu qadağalara bəzən özü əməl etmir. Və övladının bu qayda-qanunlara tabe olmamasından şikayətlənir, günahkar axtarır. Əslində isə o günahkar heç də uzaqda deyil. Ata əvvəlcə öz davranışını təhlil etməlidir. Bəzən belə bir hala rast gəlirik ki, ata özü hər hansı bir mənfi vərdişə malikdir. Məsələn, o, siqaret çəkir, amma övladına bunun zərərli bir vərdiş olduğunu izah etməyə çalışır. Əlbəttə, övladı onun bu izahını, qadağasını qəbul etməyəcək! Çünki ata bunu davranışında deyil yalnız sözündə ifadə edir. Onun özü bu cür mənfi davranışa yol verdiyi üçün onun sözü övladı üçün təsirli olmayacaq.
Bundan başqa, ən çox rastlaşdığımız problemlərdən biri uşaqların çox aqressiv, əsəbi olmasıdır. Bu zaman ilk olaraq valideynlə işləmək lazımdır. Uşaq evin güzgüsüdür. Onun aqressiyasının səbəbkarları arasında valideynləri də var! Bu cür problemlərdə ailənin uşağa fiziki cəza verdiyini, qışqırdığını və s. görürük. Əslində uşaq onları təqlid edir. Valideyn uşağa səsini yüksəldərək qışqırmağın yanlış bir davranış olduğunu söyləməyə çalışır. Amma o, özü artıq davranışı ilə mənfi nümunədir. Çünki uşaq düşünə bilər ki, əgər qışqırmaq, vurmaq pis bir hərəkətdirsə mənim nümunəm-anam - atam nə üçün bunu edir? Uşaq çaşğınlıq və ziddiyyət içərisində qalır və doğru nəticə çıxara bilmir. Bu səbəbdən də valideynlər uşaqlarına hər hansı bir davranışı aşılamaq istəyirlərsə, bunu sözləri ilə deyil, davranışları ilə nümayiş etdirməlidirlər.


Şərhlər: 11
Baxılıb: 457
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
14MsM
Ata CANIM HER VALDEYIN EZIZ BALASI CUN AMA ATAM NE INKI TERBIYYENle herweyinle fexr edirem ozune ele hormet qazandinki bugun kimse ata ile bagli movzu damiwdiqda men hamidan birinci atam haqqinda daniwmaq isterem agiz dolusu sen oldun elebil biz hergun oluruy VALLAH ALLAHA ACIG GETMESIN BEZEN AXI O OLMEMELIYDI DEYREM SONRADA M WUKUR ET SEBR ET ATAN AGIR XESTE OLMADI BIRINE MOHTAC OLMADI PIS WEKILDE OLMEDI DIYE ALLAHA WUKUR EDIREM MEN HEMIWE DEMIWEM DEYREMDE MEN FEXR EDIREM men sozun esil menasinda seninkimi bir kiwinin qiziyam ..bugun cox wukur olsun ALLAHA OVLADLARIMDA SAGLAM AILEDE GOZ ACIB TERBIYYE ALIR MENIMCUN ON ONEMLI VE BIRINCI WEY KIWININ PIS VERDIWLERI OLMAMASIDI COX WUKUR ODA YOLDAWMDA HEC BIRI SIQRET BELE CEKMIR INWALLA OVLADLARI HERWEYDE ATALARINA OXWAYAR
24 mart 2016 22:30
# 11
vipbetul
beli gerek valideyin usaq yaninda her bir hereketine sozune fikir vere

beli gerek valideyin usaq yaninda her bir hereketine sozune fikir vere
24 mart 2016 22:17
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Usagin terbiyesin ata ana vere
24 mart 2016 22:12
# 9
Ekizlerin mamasi
İndidən çalışırıq uşaqlarımızın yanında pis nəsə etməyək pis danışmayaq.olarda birazdan bizi nümunə edəcəklər izlərinə. İkimizdə hər hərəkətimiz danışığımız diqqət edirik.çox istərdim valideynlərim mənə verdiyi tərbiyə kimi məndə uşaqlarımı böyüdə bilim
24 mart 2016 21:22
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Tomris Müslümova
Uşağın tərbiyəsində minus varsa valideyn düşünməlidir ki,harda səhv etmişəm? Uşağın yanında nə edirsən,nə danışırsan götürür.Bilirik ki,uşaqlarda pisi daha tez götürürlər,yalnışlara daha çox meyilli olurlar.Ona görədə uşağın yanında adicə səs tonuna belə fikir vermək lazımdır.Uşağı çox danlamaq,çox döymək onu sırtıldır.Uşağın bir qorxacaq yeri qalmır.Uşağı dünyaya gətirməklə hər şey yekunlaşmır.Bunun ardıda var.Məsuliyyətli,diqqət tələb edən...
24 mart 2016 21:04
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Sara035
Cox raziyam yazilanlarla,qaynatam icir sorada ogluna bawa salir pis verdiwdi eleme. birinci ozu tergimelidirki ovladda numune gotursun.tergiyib gorek ne vaxta kimi....Teki atam sag olaydi her weyi vermeye raziyam teki qayidardi geri soz soz,verdiyi terbiye ve aile bawcisi olmagi her kesin dilindedi heyif senden canim menim cox heyif
24 mart 2016 20:52
# 6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
S.Heydarova
Ana və Ata nın yerini heçkim vermez♡♡♡♡♡♥♥♥♥♥♥
24 mart 2016 20:51
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Barbaris
Allah butun valideynleri qousun!!!
24 mart 2016 20:27
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
guler19
Atamı çoooox sevirem O mənim hər şeyimdi.Canından can aldığım gücündən güc aldığım o böyük ürəyinden sevgi aldığım atam nə yaxşıki varsan nə yaxşıki mən sənin qızınam.Nə yaxşıki sənin zəhmətinlə senin sevgin nəvazişin sənin tərbiyən şərtlərinlə böyümüşəm Nəfəsin evimizdən əskiy olmasın ALLAH bütün valideynləri bütün ataları qorusun amin.
24 mart 2016 20:19
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
narmiwka_15
mamamida cox isteyirem ama atami daha cox isteyirem atami 1-ce gun gormeyende darixiram onu cox sevirem
24 mart 2016 20:12
# 2
Be Happy))
BARBI
Rebbim atalarimizi qorusun. Ata bize terbiye verendir. Onlar ovlad terbiyesinde esas rol oynayi
24 mart 2016 20:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz