Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaş dövrlərinə görə tərbiyə metodları
Yaş dövrlərinə görə tərbiyə metodları
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 468
Səs ver:
"Tərbiyə" sözü bizdə yalnış qarşılanır. Tərbiyə metodunun iki növü var: uşağa qayda qoymaq, uşağa qadağa qoymaq. Bunlar tamamilə fərqli anlayışlardır. Danılmaz faktdır ki, Azərbaycan ailələrinin 90%-i uşağa qayda deyil qadağa qoyur. Yəni, bizim uşaqlarımız qaydasızdır, amma qadağalıdır. Tərbiyə o deməkdir ki, insan özü sərbəst olaraq həyata atılsın və özünün qərar vermə bacarığı olsun. Bir növ yaxşını pisdən seçə bilsin. Amma bizim uşaqlarımız onu bacarmır. Oğlan uşağı uşaqlıqdan öz anasının nəzarətində böyüyür. Həmin dövr bitəndən sonra, yəni evləndikdən sonra həyat yoldaşının ixtiyarında yaşamağa başlayır və ömür boyu belə də davam edir. Eyni zamanda qız uşaqları atasının nəzarətində böyüyür və o nəzarət bir dövrdən sonra keçir həyat yoldaşının üzərinə və eyni formada da axıra qədər davam edir. Sistem bu formada qurulur, yəni tərbiyə anlayışı bizdə düzgün qiymətləndirilmir.
İnsan heç kimin nəzarəti olmadan özünün qərarı əsasında yaxşını pisdən seçə bilməlidir. Qorxduğuna görə yox, sırf pis olduğunu başa düşdüyünə görə yalnış addım atmamalıdır. Bunu hər yaşa öz maraq dairəsinə uyğun formada aşılamaq lazımdır.
Uşaqlıq yaşa görə 4 dövrə bölünür:
- Birinci yaş dövrü çağalıq dövrüdür - anadan olandan 1 yaşa qədər olan dövrü əhatə edir.
- İkinci yaş dövrü körpəlik dövrüdür - 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. 
- Üçüncü yaş dövrü məktəbəqədər yaş dövrüdür - 3 yaşından 6 yaşa qədər olan dövrü əhatə edir. 
- Dördüncü yaş dövrü isə kiçik məktəbli dövrüdür - 6 yaşdan 10 yaşa qədər olan dövrü əhatə edir. 
Hər yaşa aid tərbiyə metodları mövcuddur. Bunun üçün hər yaşın aparıcı fəaliyyəti nəzərə alınmalıdır, bu fəaliyyətin nə olduğu haqqında fikir sahibi olunmalıdır. Məsələn: Çağalıq dövrünün aparıcı fəaliyyəti yaşlılarla emosional ünsiyyətdir. 1 yaşına qədər olan uşağın üstünə qışqırsaq, o, bizi təbii ki başa düşməyəcək. Buna görə də biz onlara emosiyalari öyrətməliyik. İnsan 3 sferada inkişaf edir: sosial, emosional və intellektual sferada. İlk olaraq uşaq emosional sferada inkişaf edir. Uşaq anadan olanda ağlayaraq öz emosiyasını bildirir. Yəni, uşağın ilk olaraq emosional sferası inkişaf edir. Emosional sfera əsasında sosial sfera və bu iki inkişaf sferasından sonra isə intellektual sfera inkişaf edir. Uşağın 1-ci ayından 3-cü ayına qədər ən kritik dönəmi emosional sferaya daxildir. 3-cü ayından sonra yavaş-yavaş sosiallaşmağa başlayır. Və 1 yaşdan etibarən artıq intellektual sfera başlayır. Bu o deməkdir ki, yaşlılarla emosional ünsiyyət sırf buna görə çağalıq dövrünün aparıcı fəaliyyətidir. Çağalıq dövründə ən birinci qayda qida və yuxu rejimidir ki, anaların çoxu bunu bacarmır. Bunu uşağa emosiyalarla bildirmək lazımdır. 
Növbəti dövr körpəlik dövrüdür. 1 yaşdan 3 yaşa qədər olan yaş dövrünü əhatə edən bu dövrün aparıcı fəaliyyəti əşyalarla manipulyativ fəaliyyətdir. Yəni, uşaq sosiallaşdıqda artıq cəmiyyətə atılır. Bunun 2 pilləsi var: birinci məsuliyyət, ikincisi isə fəaliyyətdir. İnsan fəaliyyətdə olarkən üzərinə məsuliyyət götürür. Məsuliyyəti olan insan isə artıq sosiallaşa bilir. Məsələn: bu yaşda uşaq artıq oyuncaqlarını qırır, qab - qaşığı dağıtmağa çalışır, ətrafını öyrənməyə başlayır. Bu yaşda uşağa qaydaları necə öyrətmək olar? Tutaq ki, uşaq gəlinciyinin paltarını cırır. Ona qışqıraraq " Nə qədər pul xərcləmişəm niyə cırırsan?! ” şəklində yox, əvvəlcədən öyrətdiyimiz emosiyalarla "bax qızım cırıldı paltarı, axı o indi paltarsız qaldı, o indi utanır, adamların yanına belə çıxmaq olar?!” deyərək həm də, bilgi ötürürük. Bununla paralel olaraq uşağı düşünməyə məcbur edirik. Məktəbə qədər dövrün aparıcı fəaliyyəti isə, oyundur. Biz bura ən çox kollektiv oyunları aid edirik.


Şərhlər: 3
Baxılıb: 468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Əkizlərim yaş yarimliqdi və evdə ancaq sındırıb dağıdır ikiside başa saliram biraz keçir birdə eyni hereketleri tekrarlayir. Bu dəfə səbrim çatmır qisqiriram sonra sakitləşib başqa bi şey tapılar məşğul olmağa. İndi ən pis vaxtlarıdır və mən tək səbrlə hər şeyi yoluna qoya bilmirəm. Eyni hereketleri təkrar təkrar edəndə artıq özümnən cixiram
21 mart 2016 11:27
# 3
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
cox maraqli melumatdi heqiqetende bizim xalq usaqa neyise basa salmir birbasa qadaqan edir
21 mart 2016 01:40
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Bu dövrləri oxuyarkən yadıma mamamın hər zaman dediyi sözlər gəldi(üç aydan sonra sancısı keçər,altı ayda dişləri çıxar rahatlayarsan,bir yaşda yeriyər işin asandlaşar,iki yaşda uşaqın biraz çətinliyi olar o qədər əziyyət çəkmərsən)belə sözləri eşidə eşidə böyüdüb altı yaşına çatdırdım çox əziyyətli,çətin günlər keçirtdim amma şükürlər olsun bacardım tərbiyəmi düzgün verdiyimi düşünürəm çünki çox eşitmişəm bir neçə nəfərin aözından hətta yaşca məndə qat qat böyük olanlar deyiblər ona bax necə edir bizdə elə edək bəlkə belə düzələr)Şşükür hər zaman rəbbimə dua edirəm allah mənə o qədər səbr versin ki,övladlarımı düzgün böyüdüb tərbiyə verməyi bacara bilim.tşklər faydalı məlumatlardı analar üçün.
20 mart 2016 23:41
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz