Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərarası gərginliyin uşaqda yaratdığı davranış pozuntuları
Valideynlərarası gərginliyin uşaqda yaratdığı davranış pozuntuları
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 327
Səs ver:
Bu mövzu aktual mövzudur. Böyüdüyümüz ailәdә hәmişә söz ­- söhbәt olub. Atamız anamızla mübahisә edib və yeri gәlәndә nәnә - babalarımız da söhbәtә qarışıb. "Gәrginlik" deyәndә bizdә nә nәzәrdә tutulur: "ay, qışqırma, uşaq qorxar”, "ay, belә elәmә uşaq filan şey eliyәr” deyilәn bir şey әslindә yoxdur. Ümumiyyәtlә, şüuraltı davranış pozuntuları yaranır uşaqlarda. Davranış pozuntusu o demәk deyil ki, uşaq vurur, dağıdır, qışqırır, yata bilmir. Klassik davranış pozuntusu valideynlәrarası gәrginliklә bağlıdır, söhbәt ciddiyyәtdәn gedir. Mәsәlәn, ana ilә ata arasında davranış birbaşa uşağa tәsir etmir, әgәr ana vә ya ata öz problemindә uşaqdan istifadә edirsә, bu zaman tәsir edir. Tәsәvvür edin ki, ana vә ata arasında inciklik var vә bu halda ana öz әrinә nәsә vermәk istәyir, ancaq onunla danışmadığına görә uşağı çağırır vә deyir ki, "al bunu atana ver, filan şeyi filan tәhәr elәsin". Uşaq qalır ikisinin arasında. Uşaq olur burda "hakim” rolunda, әslindә, top rolundadır. Uşaq öz dәrsini, işini atır, iki fiqurun arasında qalır. Bu zaman uşaq öz uşaqlığını yaşaya bilmir. Lev Tolstoyun belә bir sözü var: " İnsan ömrünün sonuna qәdәr bütün yaş mәrhәlәlәrini (uşaqlıq, yeniyetmәlik, gәnclik, qocalıq) yaşamamış ölmür". Söhbәt tәbii ki, tәbii ölümdәn gedir. Bu artıq sinestetik qanundur, yәni әgәr mәn uşaqlığımı uşaq yaşlarımda yaşamıramsa, bunu mәn yeniyetmәlik vaxtında yaşayacam vә çox gülmәli görünәcәm. Yәqin görmüsüz, qoca, yaşlı qadınlar üzlәrinә çox qəribə makiyajlar edirlәr, gülmәli paltarlar geyinirlәr. Hәr yaşın öz әlamәti vә bacarığı var ki, onu yaşamaq hәmin yaşda gözәldir. Bayaqkı nümunәdә "hakim” rolunda çıxış edən uşaq mәcburdur ki, özünü böyük kimi aparsın, ancaq yeniyetmәlik vaxtında o, özünü uşaq kimi aparmağa başlayacaq vә valideynlәr üçün başqa bir problem yaranacaq. Klassik davranış pozuntuları faktoru özünü әn çox bu hallarda göstәrir, mәsәlәn; uşağın qarnı ağrıyır, uşağı hәkimә aparırlar, ancaq müәyyәn olur ki, uşağın qarnında heç bir problem yoxdur. Uşaq qarın ağrısı vasitәsilә ana vә atası arasındakı münaqişәni şüuraltı idarә edir. Ana vә ata dalaşırlar, axşam uşağı qarın ağrısı tutur, ata uşağı saxlayır, ana nәsә gәtirmәyә gedir, bir ­- birlәri ilә danışırlar. İstәr - ­istәməz valideynlәr uşağa görә mehriban olurlar. O da istәyir ki, ana vә atasının diqqәtini özünә yönәltsin, onları bir yerdә mehriban görsün. Gecәlәr uşaqda enuresiz (altını islatma) olur. Uşağın böyrәklәrini yoxladırlar, görürlәr ki, heç nә yoxdur. "Ay qorxudan, stressdәn" falan deyil, elә şey yoxdur, 90% hallarda valideynlәrarası münasibәtlәrin gәrginliyindәn qaynaqlanır, şәxsәn öz tәcrübәmdәn deyirәm. Yersiz ağrılar, cinsiyyәt orqanında qaşınmalar, allergiyalar vә s. Valideynlәrarası münasibәtlәrdәki gәrginliklәr uşaqlarda 3 formada özünü göstәrir: bayaq dediyim balaca "hakim”, klassik davranış pozulmaları, enuresiz.


Şərhlər: 4
Baxılıb: 327
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 mart 2016 23:30
# 4
vipbetul
usaq en cox valideyilerinin munasibetlerinden tesirlenir ona gorede valideyinler ne yasayirlar yasasalarda bunu usaqa yansitmamalidirlar
17 mart 2016 22:37
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Uşağa stres yaşamaq dərəcəsində davamız olmayıb düzdü,ama yüngül atışmalarımız olan kimi uşaqlar quzuya dönürlər,sakit-sakit,bikef otururlar bir qıraqda.Barışan kimi başlayırlar nadincliklərinə.Hərdən yoldaşıma deyirəmki,gəlsənəm dalaşaq bunlar sakit qalsınlar23
17 mart 2016 20:02
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
Valideynlər uşaq yanında dava-qırğın edirsə,boş hadisələr ucbatından edvdə söz-söhbət yaradırlarsa uşaq onları görür və aqressivləşir.Necə ki,uşağı boş yerə danlayanda sırtıldığı kimi,gərəksiz yerə dava görəndə də adiləşir onun üçün.
17 mart 2016 19:37
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz