Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Utancaqlıqla necə mübarizə aparmalı?
Utancaqlıqla necə mübarizə aparmalı?
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 328
Səs ver:
Hər şeydən əvvəl,  uşağa təzyiq göstərmək, xüsusən də onunla yüksək tonla danışmaq olmaz. Bir çox valideynlər panikaya düşür, az qala zorla uşağı gedib ünsiyyət qurmağa, başqaları ilə tanışlıq yaratmağa məcbur edirlər, onu səbəbsiz utancaqlığına görə qınayırlar. Bu, bir qayda olaraq, heç bir yaxşı nəticə vermir.  Uşaqlarla istənilən ünsiyyət zamanı nədən danışılmasından asılı olmayaraq, əsas odur ki, səsiniz gərginləşməsin, sakit və mehriban tonla danışasınız. Hər dəfə böyüklər danışarkən uşağınızdan susmağı xahiş etməyə dəyməz. Uşaqlar elə bunlara görə çox zaman özlərinə qapılırlar. Daha yaxşı olar ki, istənilən ailə söhbətləri zamanı uşağın fikrini soruşasınız, bununla da onun fikrinin sizin üçün əhəmiyyətli olduğunu, onunla maraqlandığınızı göstərmiş olacaqsınız. Belə olduqda uşaqlar özlərini arxayın hiss edirlər ki, bu da onlara psixoloji cəhətdən sərbəst böyüməyə imkan verir.
Uşaqlara başqaları ilə əlaqə yaratmaqda kömək etmək üçün məsələn, onunla gəzintiyə çıxarkən uşaq meydançasındakı bütün uşaqlarla söhbət etməyə başlayın.  Uşağa da söhbətə qoşulmağa imkan verin, çünki sizin yanınızda söhbəti dəstəkləmək və yeni tanışlıqlar yaratmaq ona daha asan olacaq. Sonra ehtiyatla kənara çəkilin ki, bu dəfə o, söhbəti müstəqil davam etdirməyə çalışsın və ya özünü hər hansı bir oyunun iştiraksısı kimi hiss etsin. Əsas odur ki, sizin oğlunuz və ya qızınız sizin yaxında olduğunuzu görsün, bu zaman onda sakitlik və əminlik hissi yaranacaq. Sonradan, müəyyən uşaqlarla etibarlı münasibət yarandıqda və ya dostları olduqda uşağınız alışacaq və sizsiz həyətə çıxmağa qorxmayacaq.
Ancaq elə hallar da olur ki, mütəxəssis köməyi olmadan keçinmək alınmır. Əgər valideynlərin tədricən istifadə etdikləri heç bir üsul yaramırsa, onda psixoloqa müraciət etmək lazımdır. Ola bilər ki, müalicə çox vaxt tələb etsin, hər şey bunun səbəblərindən və qapalılıq dərəcəsindən asılıdır. Mütləq səbirli olmaq və ümidsizliyə qapılaraq, heç bir faydası yoxdur deyərək, başladığınız işi yarımçıq qoymayın.  Sizin dəstəyiniz və uşaq psixoloqunun köməyi ilə birlikdə mütləq müsbət nəticə olacaq və siz hər dəfə uşağınızın öz qorxularını dəf etdiyini, daha açıq olduğunu görəcəksiniz.


Şərhlər: 4
Baxılıb: 328
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdir
7 mart 2016 13:04
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Öz uşağım da ama mən utancağam. Anamız bizi belə böyüdüb ki kimsə sizə nəsə desə heç nə deməyin ayıbdı. İndi böyümüşük kimsə nəsə deyəndə cavbını verə bilmirik
6 mart 2016 23:46
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
kiraz mevsimci kiz
bir yere gedende once utaniram sonra alisiram amma insanda mutleq utancaqliq hissi olmalidir olmasa biabirciliq yaranacaq
6 mart 2016 21:49
# 2
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Totu
Utancaq.deyilem.ama bezi insanlara uz vermirem
6 mart 2016 19:52
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz