Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq gördüyünü götürür, eşitdiyini yox
Uşaq gördüyünü götürür, eşitdiyini yox
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 397
Səs ver:
Uşaq gördüyünü götürür, eşitdiyini yox. Ona görə də, ona bir şeyi tövsiyə edəndə gərək əvvəlcə oturub düşünəsən ki, o dediyin şey sənin özündə var, yoxsa yox. Əgər yoxsa, əlbəttə deyilən sözün də bir təsiri olmayacaq, üstəlik də üzünüzə vurmasa belə, uşaq ürəyində sizin səmimi olmadığınızı düşünəcək. 

Tərbiyənin yolu sözdən əvvəl, əməldən, başqa sözlə, örnək olmaqdan keçir. Əgər ailədə böyüyən uşağı düzgün tərbiyə etmək istəyirsinizsə, bunu, ilk növbədə, öz üzərinizdə tətbiq etməklə başlamalısınız.

Usagınızın təkəbbürlü olmasını istəmirsiniz, istəyirsiniz ki, təvazökar olsun, öz səhvində inad etməsin, yəni "Mən nə deyirəmsə, odur" deməsin. Bunun üçün, ilk növbədə, özünüz təvazökar olmalısınız. Ailə içində bir qüsurunuz olubsa, tutaq ki, verdiyiniz bir sözü yerinə yetirə bilməmisinizsə, üzr istəməyi bacarmalısınız. Uşaq görməlidir ki, atası, ya anası öz övladından üzr istəyə bilir. Əmin olun ki, bu sizə heç də əskiklik gətirməyəcək. Əksinə, çox böyük qazancınız olacaq. Usagınız sizin dürüst, ədalətli olduğunuza inanacaq və heç özü də bilmədən o keyfiyyəti sizdən əxz edəcək.

İnsan gördüyü yaxşılığın qədrini biləndə, qarşı tərəfə təşəkkür edəndə və ya səhvi üçün üzr istəməyi bacaranda böyük olur. Yəni, usagınız təşəkkür etməyi də, üzr istəməyi də elə öz doğmalarından (indiki halda sizdən) öyrənməlidir. Məsələn, süfrə başında əliniz çatmadığı üçün yoldaşınızdan duz qabını sizə verməyi xahis edirsiniz və əvəzində təşəkkür edirsiniz. Əmin olun ki, sizin bu davranışınız sizinlə süfrə başında oturan uşağınızın zehninə, şüuruna yeriyəcək və yeri gələndə o da eyni şeyi təkrarlayacaq.

Məsələ təkcə bununla da bitmir. Səhər evdən çixanda sağollaşmaq, axşam evə dönəndə salamlaşmaq da tərbiyə üçün çox mühüm amillərdir. Uşaq anlamalıdır ki, ailə müqəddəs ocaqdır və burada sevgi, səmimiyyət həmişə öndə olmalıdır.

Başqa bir məqama toxunmaq istəyirik. Ola bilsin ki, sizin çöldə-bayırda, işdə bəzi yersiz, daha doğrusu, xoşagəlməz vərdişləriniz var. Eyni şeyləri evdə də təkrarlamaq verəcəyiniz tərbiyənin, deyəcəyiniz sözün təsirini azaldar və bir çox hallarda isə uşağın təsəvvüründəki ata, ana obrazını alt-üst edər. Bu yolla siz əslində uşağınızı gələcək ailə həyatına hazırlamış olarsınız.

Unutmayaq ki, uşaq tərbiyəsi hər bir valideynin ən böyük arzusudur. Çünki düzgün tərbiyə almamış uşaq sonradan valideyn üçün min cür problemə, ağrıya, dərdə çevrilir. Tərbiyə məsələsi isə bir çox hallarda bizim kiçik, adi hesab etdiyimiz məsələlərdən keçir. Ona görə də, bu işdə ciddi, tələbkar (hər şeydən əvvəl özünüzə qarşı) və davamlı olmaq şərtdir. Allah köməyiniz olsun!


Şərhlər:
Baxılıb: 397
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz