loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə bacı və qardaş qısqanclığı
Ailədə bacı və qardaş qısqanclığı
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1319
Səs ver:
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır.
Uşaqların həyatında öz kiçik qardaş və ya bacılarını qısqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.

Bu qısqanclıq növündə, uşaq ümumiyyətlə təcavüzkar şəkildə davranır. Özündən kiçik bacı və ya qardaşına vurma, dişləmə, oyuncaqlarını gizlətmə və ya sındırma sıx rast gəlinən davranışlardır. Bu növ qısqanclığın nəticəsi olaraq böyük uşaqda görülə biləcək iməkləmə, körpə kimi danışma, əmziklə bəslənməyə qayıtma, altını islatma, dırnaq yemə, barmaq əmmə və s. kimi körpələşmə və geriləmə əlamətləri yaranır.
Bu səbəblə ana və atanın körpə dünyaya gəlmədən, uşaqlarını bu mövzuda hazırlamaları, doğum sonrası körpəni (bəslənmə, təmizlik, geyim kimi) idarəli bir şəkildə böyük uşağa tapşırmaları ən uyğun həll yoludur. Bununla birlikdə yeni körpənin hamiləlik zamanında uşağa yeni bir qız ya da oğlan olacağını və onunla oynaya biləcəyini söyləmək hər vaxt qısqanclığı aradan qaldırmaz, lakin qısqanclıq duyğusunu artıra bilər. Nəzərə almaq lazımdır ki, kiçik bir uşaq, bu hadisənin həyatına gətirəcəyi dəyişiklikləri qəbul edəcək qədər yetkinləşmiş və təcrübəli deyildir.
Qardaş-bacı qısqanclığını necə aydınlaşdırmaq olar?
Əvvəlcə bu duyğunun haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Siz ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləyirsiniz. Qarşılığında daha yorğun bir ana, daha az əlaqədar bir ata təqdim edirsiniz. Eyni şərtlər sizə də təqdim olunsa idi, siz də bu dəyişiklikdən narahat olardınız. Üstəlik uşaqlarımız duyğularını bizim qədər müvəffəqiyyətli bir şəkildə tanımır və ifadə edə bilmirlər. Onların nə hiss etdiklərini təyin edin və haqq verdiyinizi göstərin. Onunla daha çox ünsiyyət qurun və ünsiyyətinizdə daha çox bu kimi sözlərdən istifadə edin:
"Bilirəm, şirinim, səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir”.
"Balaca qardaşın (bacın) nə qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə çoxlu oyunlar oynayacaqlar".
Bəzən böyük uşaq körpə çox ağlayanda sizin ona əsəbləşdiyinizin, hirsləndiyinizin şahidi olur. Bunun üçün də açıqlama verməlisiz ki, bu normal bir haldır amma balacanın nə qədər möhtac və çarəsiz olduğunu görüncə hirsinizin keçdiyini bilmək uşağınızın duyğularıyla necə idarə edəcəyi istiqamətində köməkçi olacaq. Ayrıca bənzər duyğuları sizin də hiss etdiyinizi bilmək uşağınızın günahkarlıq duyğularını azaldacaq.

Qələndərova Könül
PCC-nin uşaq psixoloqu

Şərhlər:
Baxılıb: 1319
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz