Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1-3 yaşlı uşaqlar üçün inkişaf etdirici oyunlar
1-3 yaşlı uşaqlar üçün inkişaf etdirici oyunlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 829
Səs ver:
Körpənin 1-3 yaş mərhələsi analardan xüsusi qayğı tələb edir. Uşaq böyüdükcə hər şeylə maraqlanır, yeni əyləncələr istəyir. Onun inkişafına töhvə vermək üçün oyunlardan istifadə edə bilərsiniz.
Oyun - uşaq fəaliyyətinin əsas hissəsidir. Məhz oyunlarla o, yeni bilik və bacarıqlar əldə edir. Ona görə də oyunlara xüsusi tələblər qoyulur. Yaxşı olar ki, oyun təkcə əyləndirici yox, həm də öyrədici xüsusiyyətlərə malik olsun. Oyun zamanı uşaq kəşf edir, insanlarla ünsiyyəti öyrənir, azad qərarlar verir və intellekt səviyyəsini aktiv şəkildə yüksəldir.
Oyun üçün bizə yarmalar, müxtəlif toxumlar, muncuq, düymə və s. lazım olacaq.
Oyunlardan danışmazdan əvvəl onun təhlükəsizliyindən danışmaq lazımdır. Oyun zamanı balacanız kiçik oyuncaqları ağzına salıb, dadına baxmaq istəyə bilər. Ona görə onu diqqətdən kənarda qoymaq olmaz. Əgər bunu etmək istəsə, sakitcə əlindən tutub, onun göz səviyyəsinə enərək diqqətlə gözlərinə baxıb: "bunlar yalnız oynamaq üçündür, yemək olmaz" deyin. Belə yanaşma bir çox uşaqlarda effektli olur; o bu tələbi sakitcə qəbul edir və bir neçə gün sonra artıq vərdişə çevrilir.
Indi də gəlin oyunlarla tanış olaq.
 
MANNA YARMASI İLƏ OYNANAN OYUNLAR
* xəzinə oyunu
2 kq manna yarması alın. Onu bir qazana yığın, dibində kiçik oyuncaqlar gizlədin. Sonra övladınıza onları tapmağı tapşırın. Hər tapıntını sevinclə, səs küylə qarşılayın. Digər variant isə mannada 2-3 cür əşyadan hərəsindən 6-7 ədəd gizlədin. Sonra uşaqdan onları tapıb, növlərə ayırmağı tapşırın. Bu oyun uşaqda məntiq və riyazi qabiliyyətin inkişafına kömək edəcəkdir.
* Birindən o birinə oyunu
Övladınıza yarmanı bir stəkandan digərinə qaşıqla necə tökə biləcəyini öyrədin. Bu onun əl həssaslığının inkişafında mühüm rol oynayacaq, həm də qaşıqdan düzgün istifadəni öyrədəcək.
* mannada şəkil
Məcməyiyə nazik lay manna yayın. Sonra uşağa orada barmağı ilə şəkillər çəkə biləcəyini öyrədin. Bundan başqa əl izi salmaq,müxtəlif fiqurlarla formalar yaratmaq,maşın izləri qoymaq,çəngəllə dalğalı xətlər ,masaj topları ilə salınan izlər onu çox əyləndirəcək.
 
TOXUMLARLA OYNANAN OYUNLAR
*balaca balıqçı oyunu
Bir qaba ilıq su tökün. Suya müxtəlif toxumlar atın. Sonra balacaya qaşıq verərək "balıq" tutmağı öyrədin. "Balıqları" tutduqca kənarda dəsmal üzərinə qoysun. Doğrudur bu oyun sonrası sizə xeyli əziyyət qalacaq. Ancaq uşağın sevincini heç bir əziyyətlə müqayisə etmək olmaz.
* Toxum atmaq oyunu
Bu oyun üçün bizə toxumlar, say çubuqları,dar boğazlı butulka lazım olacaq. Bu yaşda uşaqlarda barmaq həssaslığı tam inkişaf etmədiyi üçün onun inkişafına kömək edir.
Uşaq toxumları və çubuqları butulkaya atır, onun butulkanın dibinə düşməsindən sevinir. Uşaq nə qədər balacadırsa, butulkanın boğazı daha enli olmalıdır. Uşağı oyunun çətinliyindən qorxutmamaq üçün əvvəlcə diametri 3,5 sm-dən az olmayan butulka istifadə olunmalıdır.
* Ac pişik oyunu
Bir qutu götürürük. Onun alt hissəsinə ya pişik şəkli çəkir,ya da rəngli kağızdan pişik  kəsib yapışdırırıq. Sonra onun ağız hissəsində kiçik deşik açırıq. Uşaq toxumları bu deşikdən ataraq,"pişiyini yedirdir".
 
BÜZMƏLİ KAĞIZLA OYUN
Övladınız üçün rəngarəng büzməli kağızlar alın. Əsas rənglərin olmasına üstünlük verin:qırmızı, sarı, yaşıl, göy. Bu kağızlar parlaqdır, xışıltısı xoşagələndirvə asanlıqla forma vermək olar. Əvvəlcə kvadrat kəsin. Sonra onu qatlayaraq yumru qoğala çevirin. Uşağın da qoğal düzəltməsinə kömək edin. Daha sonra bu toplardan vedrəyə sərrast atmaq üçün istifadə edə bilərsiz. Bu topları sapa düzərək tırtıl da düzəltmək olar. Bu oyun uşağa rəngləri öyrənməyə kömək edəcək.
Gördüyünüz kimi uşaqla oynamaq o qədər də çətin deyil.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz