Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təbiətdə oynamaq uşağa nə verir?
Təbiətdə oynamaq uşağa nə verir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 431
Səs ver:
Torpaq, su və qumla oynamaq uşaqlarınızı ruhən rahatlandacaq

Stress, gərginlik, qaraqabaqlığı, uşaqların şəxsiyyət problemlərinin ən böyük səbəblərindən biri onlar üçün qatı sərhədlərin olduğu, mərhəmətsiz mühitlər təqdim edən şəhər həyatıdır. Uşaqları 2-6 yaşlarında tez-tez təbiətə aparmaq uşağınızın inkişafı üçün əhəmiyyətli yer tutar.

"Təbiətin özü bir müalicə prosesidir". Əgər siz də şəhər şəraitində yaşamaq məcburiyyətindəsizsə, hər mövsüm əlinizdən gəldikcə uşaqlarınızı təbiət ilə baş-başa olacaqları gəzintilərə, tədbirlərə aparmalısınız. Uşaqların qumla, ağaclarla, torpaqla, su ilə təması təmin etməlisiniz. Uşaqlarla meşəlik sahələrə gedin. Meşələr uşaqlar üçün həm əyləndirici, həm rahat şərait yaradacaqdır. Dəniz, göl, çay kənarları da uşaqlara sakitləşdirici və onları əyləndirən sahələrdir. Uşaqlarınız üçün bütün çətinliklərə baxmayaraq təbiətin təqdim etdiyi müalicə yollarına mütləq müraciət etməlisiniz. Uşağın hərəkət və oyun ehtiyacına maneə törədən hər vəziyyətin əslində onun daxili aləminə bir əziyyət olduğunu bilməlisiniz. Onsuz da beton binaların içində sıxılmış, darıxmış uşağınızı yoldaş, dost, qohum ziyarəti adına aparıb başqa beton binalara uzun-uzadı həbs etsəniz, enerjisini nəyə yönəldəcəyini bilməyəm uşaq yaradır. Bu vəziyyət uşaq üçün adı qoyulmamış bir zorakılıqdır. Əziyyət və şiddət isə uşaqda təcavüzkarlıq duyğularını bəsləyər, şiddət meyllərini qızışdırar. Təbiətdən uzaq, bağlı sahələrdə (evlərdə) daha çox vaxt keçirən uşaqlarda:

1. asan əsəbiləşmə

2. çılğın davranışlar

3. aqressivlik

4.  qışqıraraq danışma kimi hallar yaşanır.

Təəssüf ki, bu günün uşaqlarına baxdığımızda təbiətlə əlaqədar təcrübələrinin olmadığını görürük. Təbiətdə olmağı qoyun bir kənara küçədə, ya da parkda, açıq havada oynayamayan uşaqlar var. Uşaqlar getdikcə küçələrindəki təbiətdən uzaqlaşırlar. Televiziya, kompüter ekranları və alış-veriş mərkəzləri uşaqların ən böyük oyun sahələri halına gəlib. Qısacası son illərdə sürətlə dəyişən ailələrin həyat tərzi və templər uşaqları mənfi təsir etməyə başladı. Uşaqlarda həddindən artıq kilo kimi sağlamlıq problemləri, emosional məmnuniyyətislik, çılğınlıqlar, həddindən artıq hərəkətlilik, diqqət əskikliyi ilə əlaqədar problemlər, zəifləyən ictimai bacarıqlar və hətta kiçik yaşda ortaya çıxan ünsiyyət pozuqluqları görünməkdədir.

AÇIQ HAVADA oynayan Uşaqlarda müşahidə müsbət inkişaflar
Nizamlı olaraq açıq havada oynama şansı verilən uşaqların yalnız fiziki baxımdan deyil, eyni zamanda xəyal gücləri daha qüvvətli, diqqət müddəti daha uzun, stressiz bir quruluş, daha yaradıcı və əməkdaşlığa daha uyğun olduğu görülmüşdür. Açıq havada işıq, günəşin D vitamininin təsiriylə uşağınızın öyrənməsini və məhsuldarlığı artar.

BAĞLI YERLƏRDƏ ürəyi sıxılan uşağımıza NECƏ yaxınlaşaq?
● Uşağınızla kifayət qədər maraqlanmadığınızı, onunla kifayət qədər vaxt keçirəmədiyinizi düşünürsünüzsə, uşağınızdan gələn siqnalları nəzərə alıb onunla daha sıx və keyfiyyətli zaman keçirməyə çalışın.

● Uşağa zaman verin. Yeni fikirlər tapmaq zaman alır.

● Oyuncaqlar uşaqların yaradıcılığını maneə törədə bilər. Bir düyməsini basdıqda işə düşən oyuncaqlar, tək bir funksiyası olan oyuncaqlar uşağa xəyal gücündən istifadə etmədən oynamasına şərait yaradır. Uşaqların təbiətdə olan və yaradıcılığı dəstəkləyən vəsaitlərlə oynamasına icazə verin. Küçədən, meşədən toplanan çubuqlar, daşlar, yarpaqlar uşaqlar tərəfindən çox istiqamətli istifadə edilə bilər. Bu cür vəsaitlərlə uşaq dəyişik və yaradıcı görüşlər, sınaqlar edə bilərlər. Bu zəka inkişafı üçün də çox əhəmiyyətlidir.

● Uşaqla bol-bol çölə çıxıb təbiətdə yeni təcrübələr əldə etməsini təmin edin. Təbiət uşağın inkişafını dəstəkləmək üçün ən gözəl imkanlara malikdir. Eşitdiyiniz səsləri şəhərdə duyduğunuz səslərdən ya da evdəki səslərdən ayırt edə bilmək üçün oyunlar tapa bilərsiniz. Uşaq bu şəkildə oyun icad etmə mövzusunda təşviq edilmiş olar və bu mövzuda özünə inamı yaranar.

● Uşağınıza nümunə olun. "Ürəyim sıxıldı" deyib əlinizə televiziya pultunu almayın. Uşağınız sizin bu zaman nə etdiyinizi baxıb özünə nümunə götürəcək. Ürəyiniz sıxılır deyə cips, şirniyyat yesəniz və "Nə yeyim görəsən" deyə soyuducuya yönəlsəniz uşağınız da ürəyi sıxıldıqda bunu  yemək yeyərək, televiziya qarşısına keçirərək sovuşdurmağı öyrənəcək.

Yaqut Abiyeva


Şərhlər:
Baxılıb: 431
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz