Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda övlad tərbiyəsi
İslamda övlad tərbiyəsi
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 631
Səs ver:
Uca Yaradanın bəşəriyyətə nazil etdiyi sonuncu, kamil din olan İslamda uşaqların tərbiyəsinə xüsusi önəm verilir.

Çünki, sağlam cəmiyyətin təməlində məhz doğru-düzgün tərbiyə edilmiş övladlar durur. Bir hədisində Allahın Rəsulu Muhamməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) tərbiyənin övlada verilən ən gözəl hədiyyə olduğunu bildirir: "Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz.” (Tirmizi).

Həmçinin İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Övladlarınıza hörmətlə yanaşın və onları gözəl tərbiyə edin” (İbn Macə).

Gözəl dua
İslamda övlad tərbiyəsinin nə dərəcə əhəmiyyətli olduğunun Qurani-Kərimdə də dəlilləri var. Belə ki, övlad arzusunda olan valideynlər Zəkəriyyə Peyğəmbərin duası ilə Allaha üz tutaraq Ondan pak övladlar istəyirlər: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. ("Ali-İmran” surəsi, 38-ci ayə).
Həmçinin, gözəl, əxlaqlı və təqvalı övlad arzusunda olan müsəlmanlar yaxınlıq etməzdən əvvəl şeytanın şərindən Allaha sığınırlar:
«Bismi-l-ləh, Allahummə cənnibnə-ş-şeytanə va cənnibi-ş-şeytanə mə razəqtənə» (Allahın adı ilə! Allahım, şeytanı bizdən və bizə verdiyin ruzidən (övlad nəzərdə tutulur) uzaq et).

Halal ruzi
Dinimizdə təmiz nəsillər yetişdirə bilmək üçün öhdəmizə düşən vəzifələrdən biri də halal ruzidir. Müsəlman bir kəs özünü haram loxmadan qorumalı olduğu kimi, ailəsinin də halal dolanışığını təmin etməli, həyat yoldaşı və övladlarının boğazından haram tikə keçməsinə imkan verməməli, bir sözlə onları qidalandırdığı ruzinin halal olmasına diqqət yetirməlidir. Haram yeyib-içən ananın südü ilə qidalanan uşaq gələcəkdə harama, xəbis əməllərə yol verə bilər.

Gözəl ad
Adların insanın taleyinə, həyatına, onun aqibətinin necə olacağına tam bir şəkildə heç bir təsiri olmasa da, övladların gözəl adlarla adlandırmaq onların üzərimizdə olan haqqlarından biridir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır” (Əbu Nuaym). Həmçinin bir hədisində Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) uşaqlarımıza gözəl adlar verməyi bizə tövsiyyə edir:

"Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir” (Əbu Davud, Ədəb, 61; İbn Hənbəl, V, 194).

Uşaqlara sevgi
Uşaqların mayası sevgi ilə yoğrulmalı və onlar sevgi və hörmət dolu bir mühitdə tərbiyə edilməlidirlər. Bu, onların qəlbinin yumşaq qalmasına, cəmiyyətin digər üzvlərinə qarşı da hörmət və sevgi ilə yanaşmalarına və böyüdükdə bunu öz övladlarına da təlqin etmələrinə səbəb olar. Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləmək qəlizdir. Sevgi, mərhəmət və şəfqət dini olan İslamda övlada sevgi rəhmətdən sayılır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Həsən ibn Əlini (Allah ondan razı olsun) öpdü. Bu vaxt Əqra ibn Habis (Allah ondan razı olsun) onun yanında oturmuşdu. Əqra (Allah ondan razı olsun) dedi: "Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona baxıb dedi: "Rəhm etməyən kimsəyə rəhm edilməz” (Buxari (5651) və Muslim (2318)).

Səhih mənbələrə görə, Muhamməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) uşaqların əlindən tutduqda, uşaqlar özləri onun əlini buraxmadıqca onların əlini buraxmazmış.

Uşaqlara yalan danışmaq
Yalan danışmaq islamda böyük günahlardan sayılır. Bəzi valideynlər uşaqlarını yola gətirmək üçün müxtəlif üsullara, o cümlədən yalana əl atır və bunu "günahsız” yalan hesab edirlər. Lakin, kiçik yaşlardan uşaqları aldatmaq və onlara yalanı təlqin etmək onların yalançı və riyakar olmasına gətirib çıxara bilər. Çünki, övlad üçün ən gözəl nümunə valideynlərdir. Uşaq evin aynası olduğu üçün, yalanları da əks etdirir. Abdullah ibn Amrın (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə deyilir: "Hələ mən uşaq ikən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizim evimizə gəlmişdi. Mən bayırda oynayırdım və anam məni səsləyərək "Ay Abdullah, bura gəl sənə bir şey verəcəm” – dedi. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) soruşdu: "Ona nə vermək istəyirsən ki? Anam dedi: "Xurma.” O (Allahın ona salavat və salamı olsun), dedi: "Əgər ona bir şey vermək niyyətin olmasa idi, bu əməlin sənin əleyhinə bir yalan kimi yazılacaq idi” (Əhməd, Əbi Davud rəvayət etmişdir).

Uşaqlara çox irad tutmaq
Bəzən özümüz də bunun fərqinə varmadan səbəbli-səbəbsiz uşaqlarımızı hər şeydə qınayır, hər xırda məsələ ucbatından onlara irad tutur, yerli-yersiz danlayırıq. Bu cür davranışımızın nəticəsi olaraq övladlarımız çoxsayslı komplekslərdən əziyyət çəkə, özünəinam hissləri zəifləyə bilər. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullaha (Allahın ona salavat və salamı olsun) 10 il xidmət etdim. Bir dəfə də olsun mənə "uf” demədi, üstümə qışqırmadı. Etdiyim bir işdən ötrü "nə üçün onu etdin”, etmədiyim bir işdən ötrü də "nə üçün bu işi etmədin” deyə demədi (Başqa rəvayətdə: Əgər xanımlarından biri məni qınamış olsaydı ona: "Onu buraxın. Çünkü nə təqdir edilmişsə o, da olur” deyərdi” (Buxari, Müslim, Əbu Davud, Beyhəqi).

Uşaqlar arasında ayrıseçkilik salmaq
Ailə kiçik bir cəmiyyətdir. Bu kiçik cəmiyyətin kiçik üzvləri arasında bərabərliyə riayət etmək, onların qəlbində paxıllıq və qısqanclıq kimi hisslərin meydana gəlməsinin qarşısını alar. Haqqları qorunmuş uşaq başqalarının haqqını qoruyar, paylaşmağı və yardımlaşmağı sevər.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrindən olan Numan ibn Bəşir deyir ki, "Atam öz malının bir hissəsini mənə bağışladı. Anam Amrə bint Rəvahə isə dedi: Sən bu işdə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) məsləhət almasan mən razılıq verən deyiləm! Atam mənə verdiyi sədəqəyə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şahid tutmaq üçün onun yanına getdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona dedi: "Sən bütün övladlarına belə hədiyyə etmisənmi?” Atam dedi: Xeyr. O dedi: "Allahdan qorxun və övladlarınız arasında ədalətli (mövqedə) olun”. Atam qayıdıb həmin sədəqəni geri götürdü. Digər rəvayətdə isə onun belə cavab verdiyi deyilir: "Elə isə məni bu işdə şahid tutma. Çünki mən haqsızlığa şahidlik etmirəm”. Digər rəvayətdə isə belə cavab verdiyi nəql olunur: "Sən istərdinmi ki, onlar sənə qarşı xoş münasibətdə bərabər olsunlar?” Atam dedi: Bəli. O dedi: "Elə isə belə etmə” (Buxari, Müslim, Əbu Davud).

Bu məqalədə, insan əxlaqını kamilliyə doğru aparan İslam dinində tərbiyə mövzusunda mövcud olan çoxsaylı ibrətlərdən sadəcə bəziləri qeyd olunub. Uca Allah bizə əməlisaleh, əxlaqlı övladlar yetişdirməyi nəsib etsin!


Şərhlər:
Baxılıb: 631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz