Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq öz təhlükəsizliyini necə qorumalıdır?
Uşaq öz təhlükəsizliyini necə qorumalıdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 369
Səs ver:
Bəzən elə fikir yaranır ki, indiki uşaqları qəsdən real həyatdan uzaqlaşdırırıq. Düşünürük ki, uşaq istədiyi qədər oynamalı, heç olmaya ikinci sinifə qədər məktəbə valideynlərilə gedib-gəlməli, axşamları isə həddi-buluğ yaşına qədər evdə, "dizimizin dibində" oturmalıdır.

"Məktəblinin müharibə, terrorizm, ağır xəstəliklər haqqında bilməyi vacib deyil, bilməsə də olar. Vaxtı çatanda öyrənəcək." kimi fikirləri az eşitməmişik. Amma valideynlər bu hadisələrin övladlarının da başına gələ biləcəyini düşünmürlər, bu fikirlərdən yan qaçccedil;ırlar. Bəzən həyat övladınızla gözləmədiyiniz bir vaxtda zarafatlaşa bilər. Bu zaman uşaq onun yanında olmadığınızdan və təcrübəsliyindən pis hadisələrlə üzləşə bilər. Bir olmuş hadisəni misal göstərək:

Uşaqlar  şaxtalı havada həyətdə buzun üstündə sürüşərək əylənirdilər. Birdən uşaqlardan birinin ayağı sürüşür və arxası üstə yerə yıxılır. Uşaqlar onun sakit uzandığını görüb, zarafat etdiyini düşünürlər. Başı buza bərk dəydiyindən huşunu itirib, əli- ayağı qıc olub, dili qatlanıb və heç kim bunu anlamayıb. Amma uşaqlardan biri bu haqda məlumatlı olduğu üçün sayıq davranaraq tez onun anasına xəbər verir. Məhz bu uşağın məlumatlılığı onu bu vəziyyətdən, bəlkə də elə ölümdən qutarır.

Buna görə də uşaqlarınıza qavraya biləcəyi hər şeyi öyrədin ki, o, sizin köməyiniz olmadan da özünü qoruya bilsin.

İlk növbədə hər uşaq aşağıdakı nömrələri bilməlidir:
Valideynlərinin
Ən yaxın qohumlardan birinin ( nənə, baba, əmi, xala və s.)
Güvəndiyiniz bir dostunuzun
Yanğın xidməti - 101
Polis - 102
Təcili Tibbi Yardım - 103
Qaz xidməti - 104
Fövqəladə Hallar Nazirliyinin qaynar xətti - 112

Həmçinin uşaq adını, soyadını, atasının adını və ünvanını dəqiq bilməlidir. Amma bir şərtlə ki, bu məlumatları yad adama deməsin.

Hamı kimi uşaqlar da təhlükəsizlik qaydalarını bilməlidirlər. Münasib bir vaxtda aşağıdakı məlumatları uşağınıza öyrədin və niyə lazım olduğunu ətraflı izah edin:

"Evdə tək"
Evdə tək olanda az və ya heç tanımadığı adama qapını açmasın;
Cəsarətli və sayıq olsun, əgər qapını kiminsə açmaq istədiyini eşitsə dərhal kim olduğunu soruşsun;
Ona məhəl qoymadan kənar şəxslər hələ də qapını açmağa davam edirlərsə, onda mütləq "102" nömrəsinə zəng vursun və olduğu ünvanı polis əməkdaşına dəqiq desin. Əgər telefon yoxdursa və ya hansısa səbəbdən zəng vura bilmirsə, o zaman ən yaxşısı pəncərədən qışqıraraq  kömək istəsin;
Yad insanların "evdə kim var?", " atan, anan evdədir?", "evdə təksən, nə vaxt gələrlər?" kimi suallarına cavab verməsin, özünü elə aparsınki, evdə tək olduğunu anlamasınlar. Əgər tanımıdığı adam bu sualları evə zəng vurub  soruşursa, onda "atam və ya anam indi məşğuldur, telefona gələ bilməz", "adınızı, nömrənizi qoyun sonra özləri sizə zəng vurarlar" desin;
Evə yad adamlar girməsin deyə, mütləq siz (valideynləri) getdikdən sonra qapını, pəcərəni, nəfəsliyi yoxlasın, bağlamaq yaddan çıxıbsa bağlasın. Xüsusən də, əgər birinci və ya sonuncu mərtəbədə yaşayırsızsa;
Qapının arasında kağız və ya çek saxlamayın, bu başqalarının nəzərini çəkə bilər;
Açarlarını əmin yerdə gizlətsin, palaz altına, poçt qutusuna qətiyyən qoymasınlar, itər. Əgər itsə mütləq sizə (valideyninə) bildirsin.

"Çərənləmə"
Başqalarının yanında evinizdə olan bahalı əşyalardan (kompyuter, televizor, dvd, qızıl məmulatları və s.), pulunuzun qədərindən lovğalanması çox təhlükəli ola bilər;
Əgər uşağın telefonu varsa, onu əlində gəzdirməsin, cibinə qoysun və lazım olmadıqca çıxartmasın, yoldaşlarının yanında göstərib lovğalanmasın;
Həyətdə, küçədə, binanın giriş qapısında sərxoş adamla söhbət etməsin, tanış olsa belə. Çünki, sərxoş insan ağılla hərəkət etmir və  hər an ondan hər cür hərəkəti gözləmək olar;
Bir-iki dəfə salamlaşdığı və ya tanımadığı qızları, oğlanları heç bir bəhanə ilə evə çağırmasın;
Mütləq uşağın dostları ilə tanış olun. Getdikləri və oynadıqları yerdən agah olun;
Küçədə israrla fal baxmaq istəyən qaraçıların bu təklifini rədd edsin;
Özgənin onu sığallamasına, əlindən tutmasına, soyundurmasına, maşına mindirib aparmasına imkan verməsin. Bu xoş sözlər və vədlər özü də anlamadan uşağı bəlaya salar;
Şübhələri, qorxuları, həyəcanları barədə sizə(valideynlərinə) danışsın. Çünki bu problemin həllində ən yaxşı siz ona kömək edə bilərsiz;
Əgər uşaq  kiminsə onu izlədiyini, arxasınca gəldiyini hiss etsə, o zaman yaxınlıqdakı marketə, dükana və ya insanların çox olduğu yerə girsin. Yaxud ətrafdakı insanlardan onu evə qədər ötürmələrini xahiş etsin.

Uşaq bilməlidir ki, yad olan hər şey təhlükəli ola bilər. Küçədə, həyətdə, binanın girişində və s. yerlərdə gördüyü paket, banka, şüşəyə əl vurmaq, iyləmək, yanan oda atmaq qətiyyən olmaz. Çünki içində partlayıcı, zəhərli maddə ola bilər, ona görə gördüyü şübhəli əşya haqda sizə (valideyninə) və ya polisə xəbər versin.

Əgər tanış olmadığı adamlar uşağa musiqi dinləməyi, film izləməyi, kinoya çəkilməyi təklif edirsə və müxtəlif bəhanələrlə maraqlandırıb, başını qatırsa, razılaşmasın. Əvvəlcə valideynilə, yaxud tanıyıb sözünə güvəndiyi biriylə məsləhətləşsin.

Son zamanlar yol kənarlarında, ağac diblərində və s. yerlərdə istifadə olunub, atılmış iynələrə tez-tez rast gəlirik. Onlara əl vurmaq çox təhlükəlidir, çünki müxtəlif, hətta ölümcül virusların yoluxmasına səbəb olar. Uşaqlar onlara qətiyyən əl vurmamalıdır.

Ümüdvarıq ki, uşaqlar bu cür problemlərlə üzləşməz, xətadan, bəladan uzaq olarlar. Amma ehtiyatı əldən vermək olmaz, hər ehtimala qarşı bu dediklərimizi uşaqlara öyrədin.

Fərəh İslamzadə


Şərhlər:
Baxılıb: 369
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz