Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa səliqə-sahmana necə öyrətməli?
Uşağa səliqə-sahmana necə öyrətməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 615
Səs ver:
Bu problem bütün valideynləri narahat edir. Hər yerə səpələnmış oyuncaqlar- valideynlərlə uşaqlar arasında ən böyük problemdir. Ancaq belə bir məsələyə görə dalaşmağa dəyərmi? Onun əvəvzinə yığışdırma prosesini oyun halına çevirin. Uşaq üçün oyuncaqlarını yığışdırmaq şən bir hadisəyə çevrilir. Bununla da evi səliqəli saxlamaq uşaq xarakterinin bir hissəsinə çevrilir.

Bir qədər nəzəriyyə ilə məlumatlanaq.
Bütün uşaqların həyatının elə dövrü olur ki, onlar səliqəyə çox həssas yanaşırlar. Bu period ərzində uşaq şkafın qapısının bağlı olmasını, oyuncaqların müəyyən qaydada düzülməsini, ona xoşuna gələn pijama geydirilməsini təkidlə istəyir. Bu dövr çox uzun olmur 1,5-3 yaş. Bu xarakter 2,5-3 yaş ərzində daha intensiv biruzə verir. 2-3 yaşlı uşaqlar əşyaları qoyduqları yerdən tapmağı çox sevirlər. Uşağın beynində ətrafda hər şeyin öz yerinin olması barədə fikir formalaşır. Bir mətbəxdə yeyirik, yataq otağında yatırıq, hamamda çimirik. Şkaf paltarları qoymaq üçündür, soyuducu qida  məhsullarını saxlamaq üçündür. Bu biliklər bizə indi bəsit görünsə də, uşaq olanda ətrafdan gələn bu qədər informasiyanın beyində səliqəyə düşməsi üçün müəyyən vaxt tələb olunur.  Nizam-intizam hissinin formalaşması valideynlərə uşağa səliqəni öyrətmək imkanı verir, uşaqlara isə özünü daha təhlükəsiz etmə hissi verir. İndi səliqəli olmağı necə aşılamağın 8 yolunu nəzərdən keçirək.

Hər oyuncağın öz yeri var
Bu qayda uşaq sahəsinin yaradılmasında ən mühüm olan qaydadır. Oyuncaqları saxlamaq üçün uyğun rəflər, yeşiklər və şkaflar istifadə edin. Çalışın hər oyuncağın öz yeri olsun. Onda siz uşağa "hər şeyi öz yerinə yığışdır" dedikdə onda daha aydın təsəvvür yaranacaq ki, siz nə deyirsiniz.

Artıq oyuncaqlar saxlamayın
Uşaq otağını çox oyuncaqla doldurmaq olmaz.  Periodik olaraq oyuncaqları yeniləri ilə əvəz edin. Bir müddət sonra köhnələri yığışdırıb, yeniləri verin. Onda uşağın bütün oyuncaqlara marağı qalacaq.

"Oynadın,indi yığışdır!"
Uşaqda oynayıb qurtardığı oyuncaqları yerinə yığışdırmağı öyrədin. Bu ən çox uşaq sizinlə oynamaq istədiyini deyəndə ola bilər. Onda siz deyə bilərsiniz:"mən səninlə şəkil çəkəcəm, ancaq gəl əvvəlcə tökdüyün oyuncaqları yığışdıraq". Bunu öz nümunənizdə də uşağa göstərin. Kitabı götürüb oxuduqdan sonra yerinə qoyun.

Uşağa yığışdırmağa kömək edin
Uşağı tökdüyü bir yığın oyuncaqla təkbətək qoymamaq vacibdir. Bu vəziyyət istənilən insanı qorxudar, yorar. Ona deyin:" gəl bir yerdə oyuncaqları yığışdıraq". Bu cür müraciəti uşaq daha rahat qəbul edir, nə qədər ki, əmr formasında deyilən müraciəti. Ümumiyyətlə, uşaqla əmr formasında danışmağı vərdiş etməyin. Çünki bu cür münasibət qoyduğunuz qaydalara uşağın əks reaksiyası ilə nəticələnəcək.

Səliqə işlərinə evin digər sakinlərini də cəlb edin
Əgər uşaq qəti şəkildə yığışdırmaqdan imtina edirsə, onda digər ev sakinlərini buna cəlb edin. Bu zaman tərifləməyi də unutmayın:" afərin, ata. Sən bizə kömək edirsən, çox sağ ol. Necə səliqəli yığışdırırsan!" və s. bu kimi sözlərlə tərifləyin.

Yığışdırma prosesini hissələrə ayırın və konkret tapşırıqlar verin
Uşağın tökdüyü oyuncaq dağarcığını yığışdırmaq onun üçün çox çətindir. Ona görə bu prosesi hissələrə ayırın. Məsələn, " gəl, kubikləri qutusuna yığaq","indi gəl piramidanı yığaq" və s. Uşaq artıq bilir ki, kubiklərin yeri qutunun içidir. Hər şeyi özü, sizin köməyiniz olmadan yığmaq imkanı verin. Sonda da onu mütləq tərifləməyi unutmayın. Otağı necə səliqəli yığışdırdığı üçün ona minnətdarlıq edin.
Əgər uşaq sərbəst yığışdırmaq istəmirsə, onda tapşırıqları daha asanlaşdıra bilərsiniz: kubikləri bir-bir əlinə verib, onu qutuya qoymasını istəyin. Sonra daha birini, daha birini... beləliklə, "uraa, kubiklər qutudadı" deyib onu sevindirin.

Özünüz yığışdırma prosesinə müsbət yanaşdığınızı nümayiş etdirin
Yığışdırma prosesini şənləndirmək üçün şən bir musiqi qoyun, oynaya-oynaya  yığışdırın. Niyə də yox? Oyuncaq yığışdırmağı şən bir oyuna çevirmək olar. Bunu yarış şəklində də təşkil edə bilərsiz: görək kim öz tərəfinin oyuncaqlarını daha tez yığışdıracaq?

Uşağın yığışdırmaq cəhd və səylərini tərifləyin
Uşağın əziyyətini qiymətlərdirməkdə sözlərə heyfiniz gəlməsin. "Afərin! Çox gözəl!" ,"mən görürəm ki, sən bu qədər səliqəli yığışdırmaq üçün çox əziyyət çəkmisən!". Ayrıca məqamları qeyd edin: "sən muncuqları da yerdən yığışdırmısan? Afərin". Bu cür sözlər uşaqlar üçün çox vacibdir. Onda onlar görür ki, siz onun əziyyətinə laqeyd deyilsiz.
 
Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 615
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz