Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınız tənbəldir, ya yox?
Övladınız tənbəldir, ya yox?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 416
Səs ver:
Uşağın tənbəlliyinin bir sıra səbəbləri var. Onları araşdıraq.
Tənbəllik uşaqların üzərinə məsuliyyət düşdüyü dövrdən etibarən müşahidə olunur. Uşaq o zaman tənbəl hesab edilir ki, o, daha çox boş vaxt əldə etmək istəyir, ona tapşırılan işə güc sərf etmək istəmir, əziyyət çəkmək istəmir, çətinlikdən qaçır. Əslində hər şey aydındır. Lakin bir qədər diqqətli olub, səbəbləri araşdırsaq, daha dərin səbəblərin olduğunu müşahidə edərik.

Tənbəlliyin səbəbləri
Birinci-motivasiya çatışmazlığıdır. Məcburiyyət hətta böyük adamlarda belə işə həvəsi öldürə bilər. O ki qaldı iradə gücü yenicə formalaşan uşaqlardan söhbət gedərsə. Uşağın ətrafında onu işə həvəsləndirən insanın olmaması yaxşı hal deyil. Uşaq nəyisə şüurlu şəkildə etmək istəməyə bilər. Bu hal o ailələrdə müşahidə olunur ki, orada valideynlər işi görmək istədikləri üçün yox, etməyə məcbur olduqları üçün edirlər. Uşaq isə bu həyat tərzindən imtina edə bilər. O, məcbur olduğu kimi yox, istədiyi kimi yaşamaq istəyə bilər. Ancaq o nə istədiyini hələ fikirləşməyib və aktiv bekarçılıqla məşğuldur.
Tənbəlliyin digər səbəbi uğursuzluqlardan qaçmaq istəyi ola bilər. Böyüklər belə uğursuz olacağını bildiyi işin qulpundan yapışmağa çalışmırlar.
Bəzən tənbəllik orqanizminin müdafiə funksiyasını yerinə yetirə bilər.  O bizi həddindən artıq yüklənmədən və pis əhval-ruhiyyədən qoruya bilər. Bu hal ən çox böyüklərdə rast gəlinir, lakin çox məsuliyyətli, mükəmməlçi uşaqlarda da müşahidə oluna bilər. Bu xarakterdə olan uşaqlar özləri də hiss etmədən orqanizmlərini həddindən artıq yükləyə bilərlər.
Digər səbəb uşağın həyatında oyun və hərəkət çatışmazlığından irəli gəlir. Bu o zaman baş verir ki, valideynlər uşağa böyük kimi yanaşır, onun yaşına uyğun hərəkət ehtiyaclarını məhdudlaşdırırlar.

Valideyn səhvləri
Tənbəlliyə qalib gəlmək üçün işə yaranan motivasiyaların qarşısını almamaq və onların formalaşmasında uşağa kömək etmək lazımdır.       

- uşağa tam himayə etmək-bir neçə illik "sən ye, iç, böyü-qalan hər şeyi biz edərik" tipli tərbiyə üsulu sonradan daha bir neçə il başdan tərbiyəyə ehtiyac yaradacaqdır;
-nəzarətçi himayədarlıq- bu da tənbəlliyə səbəb olur, sadəcə başqa yolla. Valideynlər uşağın nə istədiyini dinləmədən "lazımdır, etməlisən" prinsipi ilə yanaşdıqda uşağın işə həvəsi olmur.
- erkən uşaqlıq dövründə-uşağın gözləri qaynayanda- bəzən valideynlərin öz tənbəlliyi uşaqların iş təşəbbüsünü tormozlayır. Əgər uşaq anaya qabları yumaqda, ataya çəkiclə mismar vurmaqda və ya nənə ilə dirrikdə qazmaqda kömək etmək istəyirsə, ona "sən hələ balacasan!" deyib, onun iş təşəbbüsünü öldürməyin. Qoy onda aktivlik, əməksevərlik formalaşsın.
- valideynlərin sevincsiz və yorucu işləməsi də uşaq uçun yaxşı nümunə deyil.
- uşağın zəhmətinin valideyn tərəfindən qiymətləndirilməməsi və ya qədərindən çox qiymətləndirilməsi onun işdə istiqamətini itirməsinə səbəb olur. Uşaq işin mahiyyətini və həlli yolunu tapa bilmir.
- bəzən öz övladınızın yerinə başqa uşağı qoyun, onda sizin tənqidiniz daha məntiqli və diqqətli olacaq
- valideynlər gündəlik həyatın təşkilinə düzgün yanaşmalıdırlar. Asudə vaxtın passiv keçirilməsi (televizora baxmaq kimi) uşaqda gündəlik həyat norması kimi qəbul etməsinə səbəb olur.

Valideynlərə tövsiyyə
* işi uşağın yerinə sona çatdırmamaq
* onun təşəbbüsünü söndürməmək
* ona tənbəl deməmək
* işi yarış formasına salmaq
* tənbəllik etmək üçün ayrıca vaxt ayırmalı
* çox vaxtı passiv, tənbəl istirahət - televizor, kompyuterlə keçirməmək
* uşağa gücü çatacaq işləri tapşırmaq
* işləməyi cəza kimi tətbiq etməmək
* uşağa onun marağında olan işləri tapşırmaq

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 416
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz