Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa gününü və vaxtını planlamağı öyrədirik
Uşağa gününü və vaxtını planlamağı öyrədirik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 459
Səs ver:
Planlaşdırma —vaxtın düzgün  qiymətləndirilməsi, onu səmərəli sərf edilməsi və zamanın əhəmiyyətili istifadəsini bacarmaq qabiliyyətidir.

Biz bilirik ki, balaca uşaqlar vaxtlarını  planlaşdırma bacarığına malik deyillər. Ona görə də biz onların əvəzinə bu vaxtı səmərəli bölməyə çalışırıq. Bağçaya və ya məktəbə getmə  vaxtını, tapşırıqlarını müəyyən müddətə qədər hazır etməli olduqlarını, yatmaq saatını, pijama və dişlərini yumalı olduqlarını onlara  biz xatırladırıq. Uşağımız böyüdükcə (təqribən 7-8 yaşları tamam olanda)  onlara saatı öyrədərək, vaxtlarını düzgün bölmək işini özlərinə həvalə etmək olar. Əgər övladınız idmana, hazırlığa və ya bu kimi hər hansı bir  tədbirə gedəcəksə, ona saatını düzgün tənzimləməyi, öz vaxtını, gününü səmərəli planlaşdırmağı öyrədin.

Yuxarı sinifdə oxuyan uşaqların dərs yükü artdığı üçün onlara zamanlamanı düzgün qurmaq daha çətin olur. 11-14 yaş arası uşaqlar özlərini böyümüş bildikləri üçün valideynlərinin sözlərini, diqqətini yalnış da qəbul edə bilərlər. Onlara vaxtı düzgün bölməyin əhəmiyyətini anladın, bilsinlər ki, işlərini tez bitirsələr, əyləncələri üçün daha çox zaman qalacaq. Bu yaşda uşaqlar dostlarla vaxt keçirməyi, kompüter arxasında saatlarla oturmağı, müxtəlif oyunlar oynamağı daha çox sevirlər. Bunun üçün onlar digər işlərini (ev işləri, valideynlərə kömək, dərslər və s ) daha səmərəli və düzgün zamanlamalıdırlar ki, sevdikləri məşquliyyətə vaxt daha çox qalsın.

Gündəlik həyatda vaxtın planlaşdırılmasına öyrətmə...
1. Əgər uşaqlar hər gün təxminən eyni vaxtda oyanır və yatırlarsa, yeməklərini qrafik üzrə qəbul edirlərsə, bu o deməkdir ki, onlar mexaniki olaraq zamanlama vərdişinə yiyələnirlər. Bundan belə bir nəticəyə gəlirik ki, deməli zamanın səmərəli bölünməsi vərdişi ilkin olaraq valideyndən qaynaqlanır.

2.Vaxt bölgüsünü övladınızla müzakirə edin. Məsələn; ev tapşırığını yerinə yetirmək üçün nə qədər vaxt lazım  olduğunu, ev işlərini görməyə ayrılan vaxtın tutumunu  birlikdə müəyyənləşdirin. Bu hərəkətlər vaxtın qiymətinin (qiymətləndirilməsi) bacarığının inkişafının əsasıdır — planlaşdırmanın çox əhəmiyyətli komponentidir.

3. İstirahət günü və ya tətil üçün çoxpilləli tədbir planlaşdırın. Siz uşağınıza  zamanın və vaxtın dəyərini anlatmaqla, onunla bu haqda müzakirə etməklə, lazım olan tapşırıqların zamanında yerinə yetirilməsinə gün və ya plan tutduqca, o da zaman və tapşırıqlar arasında qarşılıqlı münasibətləri başa düşür.

4. Valideynlər özləri qrafik və təqvimdən istifadə etməklə uşağa nümunə göstərə bilərlər. Evin görünən bir hissəsində təqvim asın, getməli olduğunuz tədbiri və ya hər hansı bir işinizi orda qeyd edin. Bu yanaşmanın sayəsində uşaq vaxtı hiss etməyi və zamanlamanın  düzgün müəyyənləşdirilməsini öyrənəcək.

5.Vaxtı düzgün bölə bilmək üçün uşaq saatı bilməli, həftə və ay anlayışlarını mənimsəmiş olmalıdır. "Taymer" alaraq siz vaxtın tənzimlənməsini , hansı  işin nə  qədər vaxt apardığını canlı-canlı ona göstərə bilərsiniz. "Taymer" adi saatda və ya qola taxılan saatda, həmçinin kompüterdə qurula bilər.

Uşağınıza vaxtını, zamanını düzgün planlamağı, vaxtında işlərini bitirməyi öyrətmək lazımdır. İlk vaxtlar  uşağa müəyyən işi müəyyən vaxta qədər bitirilməsini tapşıraraq, onları mükafatlandıracağınızı söyləyərək həvəsləndirə bilərsiniz.

Günel Şəfiyeva


Şərhlər:
Baxılıb: 459
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz