Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa yox necə deyilməli?
Uşağa yox necə deyilməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 630
Səs ver:
"Uşağa sevgisiz yemək vermək olar;lakin tərbiyə sevgi və insani münasibətlə qurulmayıbsa,onunla müstəqil insan yetişdirmək mümkün deyil." - Donald Vuds Vinnikot
Bir çox anaları uşağa qadağan etmək mövzusu narahat edir. Hər bir ana uşağın ətraf aləmi tanımaq istəyi ilə onun təhlükəsizliyi üçün edilən qadağa arasında qızıl ortanı tapmağa,balansı qorumağa cəhd göstərir. Bu mövzunu məşhur Britaniya pediatrı və psixoanalitik D.V.Vinnikot "Valideynlərlə söhbət" kitabında ətraflı şəkildə açıqlamışdır.
O,qeyd edir ki,bu məsələdə uşağın yaşını nəzərə almaq lazımdır. Belə ki,11 aylıq uşağa sözlə izah etmək o qədər də mümkün deyil. Lakin 2 yaşında uşağa isə izah etmək olduqca asandır. Danışmaqla "yox" sözünün nəticəsini görmək mümkündür.

Ümumilikdə, 3 mərhələ qeyd olunur:
Birinci mərhələyə daxil olan uşaqlara 24 saat ərzində tamamilə valideynlər məsuliyyət daşıyırlar.
Ikinci mərhələdə "yox,olmaz" sözünü işlətmək olar. Bu dövrdə uşaqlar sizin dediyinizi anlayır və o,valideynlərin ona nəyi icazə verib-vermədiyini ayırd edə bilir.
Ümumiyyətlə,uşağa hər şeyi "pis və yaxşi"ya aid etmək yox,ona təhlükəli olub olmadığını və sizin onu qorumaq istədiyinizi bildirmək daha doğrudur. Valideynlərin "olmaz"ları real həyata uyğun gəlməli,əsl təhlükəyə əsaslanmalıdır. Əgər uşaq isti bir şeyə toxunubsa,ona sadəcə "isti" demək kifayətdir. Bu zaman onda "isti" sözü ilə ona ağrı verən bir şey arasında assosasiya yaranır. Bəzən təhlükəli vəziyyətlər ağrı ilə müşayiət olunmur. Belə vəziyyətlərdə sadəcə ciddi tələnkarlıqla "olmaz" deyin.
Üçüncü mərrhələdə uşağınız artıq sizi başa düşür və siz ona "olmaz" və onun səbəbini izah edə bilərsiniz. "Yox" sözünü "mən dedim deməli "yox" " şəklində qətiyyən demək olmaz. Uşağa bu qadağaların səbəbini bilmək vacibdir.
Bütün analar uşağa hər şeyi izah edə bildikləri mərhələnin gəlməsi ilə rahat olurlar. Çünki o artıq sizi eşidəcək və əməl edəcəkdir.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 630
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz