Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sözəbaxan uşaq necə tərbiyə edilir?
Sözəbaxan uşaq necə tərbiyə edilir?
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 769
Səs ver:
Bütün valideynlər gec və ya tez uşaqlara müəyyən qaydalar və qadağalar qoymaq məcburiyyətində qalır. Uşağın bu qayda və qadağalara tabe olması biz valideynlərin ortaya çıxan mübahisələri necə həll edəcəyimizdən asılıdır. Həm də özümüzə qarşı da diqqətli olmalıyıq ki, uşağa pis nümunə olmayaq. Uşağa qadağa qoymağın 3 yolunu nəzərdən keçirək.

"Yox", deməli "yox"!
Məhşur ailə psixoloqu Ceyms Leman yazır ki, valideynlər özləri uşaqlara onları eşitməməyi öyrədirlər. Hər bir valideynin hərəkətləri davamlı olmalıdır. Bu məsələ çox vaxt diqqətdən kənarda qalır.
Uşağa bir şeyə görə "yox, olmaz" dedikdən sonra onun ağlaması, qışqırması və mızıldaması ilə ona həmin şeyə icazə verməklə ona sizi eşitməməyi öyrədirsiniz. Belə vəziyyət təkrar olunarsa, uşaq bu qərara gələcək ki, valideynin "yox" sözü hələ son söz deyil. Bu zaman "yox"- "istəməyə davam et" siqnalı verir uşağa. Bu yolla valideynlər uşağa qadağalara üstün gəlməyi öyrədirlər.
Bəzən də valideynlər qadağa olunan bir şey ətrafında övladı ilə danışıq aparmağa cəhd edir. Bu zaman qarşısında heç də "ucuz" tabe olmağa razı olmayan "balaca biznesmen"lə qarşılaşır.
Əlbəttə ki, uşağı yaxşı davranışa görə tərifləmək və mükafatlandırmaq lazımdır. Lakin bu qətiyyən ticarət xarakterli olmamalıdır. Əgər siz qoyduğunuz qayda və qadağanın vacibliyinə əminsinizsə, deməli ona şərtsiz əməl olunmalıdır. Buna nail olmaq asan olmasa da mümkündür. Ona görə də həm uşaqla, həm öz üzərinizdə çox işləməlisiniz.

Doğru məqam seçmək
Uşağa hər hansı bir şeyi qadağa etməyin düzgün məqamının seçilməsi çox vacibdir. İlk növbədə bu, sakit vaxt olmalıdır. Münaqişəli və stress vəziyyətində başa düşmək mümkün deyil. Hətta böyüklər də əsəbi halda nə isə başa düşməkdə çətinlik çəkirlər.
Ağlayan və qışqıran uşaqdan nə isə tələb etmək mümkün deyil. Ona görə ona sakitləşməyə imkan verin. Bunun üçün başqa otağa apara və ya diqqətini yayındıra bilərsiniz. Məhz bütün izah və cəzalar da sakitləşdikdən sonra verilməlidir.
Əlbəttə ki, insanın əsəbləri dəmirdən deyil. Lakin biz əsəbimizi uşaqlara töksək, qışqırsaq istədiyimiz nəticəni ala bilməyəcəyik. Sakitləşməyin ən gözəl üsulunu Laura Markam demişdir: əsəbləşdikdə sakitləşmək üçün uşağa yuxarıdan aşağı baxmayın, onun yanında oturun və ya onun göz səviyyəsinə enin. Bu metod ikitərəfli işləyir: həm valideyn sakitləşir, həm də uşaq deyiləni daha yaxşı dərk edir.

Qızıl ortanı tapmaq
Qaydalar və qadağalar elə bir sahədir ki, burada sərhədsizliklər mümkündür; uşağa hər şeyi qadağa etmək və ya hər şeyə icazə vermək mümkündür. Hər iki hal uşağın gələcəyinə çox pis təsir edir. Bu prosesdə qızıl ortanı tapmaq vacibdir. Qızıl ortanı tapmaqda ən yaxşı metod empatiya qurmaqdır.
 
Bu terminin iki açıqlaması ola bilər:
- valideynlə uşaq arasında o qədər güclü bir əlaqə olur ki, onun sayəsində uşaq əmin olmalıdır ki, siz onun tərəfindəsiniz və qəbul etdiyiniz qadağa qərarı onun xeyrinədir, əleyhinə yox;
- valideyn özünü uşağın yerində hiss etməli, bu qadağaların ona  necə təsir etdiyini hiss etməlidir.
Burada əsas odur ki, uşaq özü ilə təkbətək qalmasın, o, özünü bütün səhvləri ilə sevilən hiss etməlidir. Bütün bunlarla yanaşı əlbəttə ki, qadağa qərarı öz qüvvəsində qalmalıdır. Uşağınızla danışaraq bu qadağaların ona niyə qoyulduğunu və qoyulmasa nə fəsadı olacağını izah edin.
Psixoloqlar hesab edir ki, qadağalar yalnız onun təhlükəsizliyi və sağlamlığı ilə əlaqədar olmalıdır. Digər hallarda bu, valideynlə uşaq arasında inamın itməsinə gətirib çıxarır. Ona görə də hər bir qərarı verərkən yüz ölçüb, bir biçmək lazımdır.

Ülviyyə Səid


Şərhlər: 9
Baxılıb: 769
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinler ucun yaxsi meslehetdi
27 noyabr 2015 19:35
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Uşaqlar bizim gələcəyimizdir, ona görə onların tərbiyəli, sözə baxan uşaqlar olması üçün, əlimizdən gələni etməliyik.
27 noyabr 2015 06:23
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Grsu
eh...yazmaga ne var ki,usagi terbiyye etmek cooooox cetindir
27 noyabr 2015 05:17
# 7
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Happy
Dəcəl uşaqları yenidən tərbiyyə metoduna başlamaq çətindi. Elə uşaqları başı boş buraxmaqda olmur
26 noyabr 2015 23:17
# 6
Vuska87
Cetindi uwaq terbiye etmek
26 noyabr 2015 20:03
# 5
BARBI
Usaq terbiyyesinde sebr cox onemlidir. Valideyn usaqlara yaxsiliq asilamalidir. Soz dinleyen usagi terbiye etmek asanddir
26 noyabr 2015 20:01
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
Sitat: naz_vefa
Sebirli olmaq lazimdi uwaqlara sebirli davranmaq lazimdi

SEBRDE BİR YERE QEDR
26 noyabr 2015 19:48
# 3
naz_vefa
Sebirli olmaq lazimdi uwaqlara sebirli davranmaq lazimdi
26 noyabr 2015 19:40
# 2
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Tomris Müslümova
Bu deyərdim valideyinlərin ən böyük yalnışıdı.Uşaq nəyisə istiyirsə olmaz dedikdən sonra uşaq ağlıyıb-sızlıyandan sonra sözünü geri almaq və uşağa olmaz dediyimiz şeyi etmək.Və ya uşağın səhvi olur,dalaşırsan ağlıyır təkrar qayıdıb öpüb üzr istiyirsən.Artıq uşaq bir növ valideyinin zəyif yerini bilir.Uşağı döyməklə,söyməklə sərt cəza verməklə uşaq təriyə edilməz.Oda sabahın bir vətəndaşıdı.Səbrlə uşağı başa salmaq lazımdı.Ona maraqlı olan amma bizim görməsini istəmədiyimiz şeyləri əlindən tutub özümüz göstərməli,başa salmalıyıq.
26 noyabr 2015 19:35
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz