Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları pis tərbiyə edən 6 tip ailə
Uşaqları pis tərbiyə edən 6 tip ailə
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1080
Səs ver:
Ailə və valideynlər uşaq xarakteri, inkişaf xüsusiyyətləri, cəmiyyət üçün yararlı vətəndaş yetişməsi üçün təməl rolunu oynayır. Nəzəri olaraq hər şey gözəldir. Reallıqda isə hər şey başqa cürdür. 6 ailə tipi ayırd etmək olar ki, hansında ki, uşaq tərbiyəsi qənatbəxş hesab oluna bilməz.

1. Məsuliyyətsiz ailə.
Ən çox yayılmış ailə tipidir. Bu tip ailələr öz valideynlik borcunun öhdəsindən gəlmir və ya sadəcə  övladları ilə məşğul olmaq istəmirlər. Belə valideynlərin tərbiyə prosesi xaotik, gözlənilməz, əhval-ruhiyyədən asılıdır. Bu ailələr əyyaşlıq olan, daima münasibətlərin müzakirə olunduğu, fiziki zorakılıq olan, həm də uşaqlara qarşı zorkılığın olduğu ailələrdir. Bu tip ailələrdə uşağın ətrafa xüsusi münasibəti formalaşır. Onlar ətraf aləmdən daima təhlükə gözləyir, həsəd hissi ilə yaşayır, aqressivlik formalaşır. Bu halda şəxsiyyətli uşaq formalaşmasından söhbət gedə bilməz. Çünki valideynlər özləri elə deyil.

2. Yeni, hazırda məşhur ailə tipi- " karyera " ailə tipi
Bu tip ailələrdə valideynlər daima maddi təminat arxasınca qaçırlar. Onlar başa düşürlər ki, uşaqlara diqqət lazımdır, lakin buna vaxtları yoxdur. Bu valideynlər iş məzuniyyəti ilə uşaqla məşğul olmaq arasında seçim qarşısında qalarlarsa, birincini seçərlər. Bir çox hallarda bu ailələrin uşaqları telefonla tərbiyə olunur. Belə valideynləri ittiham etçək çox çətindir. Karyera və özünü işdə doğrultmaq onlar üçün çox vacibdir. Lakin uşaqlar valideyn sevgisizliyindən əziyyət çəkir.

3. Despot və avtoritar valideynləri olan ailə
Belə ailələrdə uşağın fikri heç nə demək deyil, valideynin fikri qanundur. Böyüklər əmindir ki, tərbiyə - qorxu və cəzadır. Belə valideynlər hesab edir ki, uşaqların əvvəlcə öhdəliyi, sonra isə hüquqları ola bilər. Böyüklər olmadan uşaqlar heç bir qərar qəbul edə bilməz. Əgər günahı varsa, heç bir izahat verilmədən cəza olmalıdır.

4. Uşaq məsuliyyətindən tamamilə məhrum ailələr
Bu tip valideynlər hesab edir ki, onların borcu yalnız uşağı yedirmək, geydirmək, təmiz saxlamaqdır. Ancaq tərbiyə ilə bağça, məktəb və ümumiyyətlə dövlət məşğul olmalıdır. Belə valideynlərin əksəriyyəti düşünür ki, uşaq ümumiyyətlə sevinməlidir ki, o, ailədə böyüyür, uşaq evində yox.

5. Hədsiz qayğıkeş ailələr
Ailədə hamıdan vacib uşaqdır. Doğulduğu gündən etibarən bilir ki, onun tayı bərabəri yoxdur. Onu dünyada hər şeydən qoruyurlar. Valideynləri həmişə onların istəklərini yerinə yetirir, heç bir şeyə ehtiyacları yoxdur. Ailə uşağı inandırıb ki, o, idealdır. Sizcə, belə uşaqdan kim böyüyə bilər?

6. Çox tələbkar ailələr
Bəzi ailələrdə valideynlər uşaqda yalnız qüsur görürlər. Onlar hətta uşaqların yanında belə deyirlər ki, bu uşaqlar qonşu və ya qohumların hamısının uşağından pisdir. Bəzi ana və atalar düşünür ki, uşağın rifahı üçün uşaq başqaları ilə müqayisə olunmalıdır. Üstəlik evdə daima bir uşaq digərindən üstün tutulur.
Sadalanan bu ailə tiplərində rast gəlinən valideynlər övladlarının sağlam ruhda böyüməsi üçün mütləq dəyişiklik etməlidirlər.

Ülviyyə Səid


Şərhlər: 6
Baxılıb: 1080
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Grsu
USAQ TERBIYYE ETMEK HECDE ASAN DEYIL
30 noyabr 2015 09:17
# 6
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
duymecik
nankor evladlarda cox olur. belelerine ne qeder terbiye versen ferq elemir. bezen numune olacag terbiyeli aileden ele terbiyesiz evlad cixirki insan meettel qalir. Bezende eksine terbiyeden eser elamet olmayan aileden hamiya numune olacag terbiyeli övlad cixir. Yeni ki uwagdan da cox wey aslidi.
30 noyabr 2015 01:21
# 5
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
vipbetul
usaq terbiye eden valideyinler gerek ele davranis gorsedelerki usaqlara gozel ornek olsunlar
29 noyabr 2015 20:42
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
usaqin ozundende aslidir
29 noyabr 2015 20:18
# 3
BARBI
En pisi mesuliyetsiz ve cox telebkar ailelerdir. Mesuliyetsiz aile usagin hec bir problemiyle maraqlanmir. Telebkar aile ise usaqda qusur axtarir onlarin yaxsi xususiyetlerini gormur yalniz pis xasiyetleriyle maraqlanir
29 noyabr 2015 19:59
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
uşaq tərbiyə ettmek cox cetindi. evde, ozleri tek olanda qizlarim yaxşı olurlar, ele ki, kimse gelir hereden bir sey oyrenirler.
29 noyabr 2015 19:41
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz