Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğlan uşağını necə tərbiyə etməli?
Oğlan uşağını necə tərbiyə etməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 869
Səs ver:
Bir çox valideynləri belə bir sual düşündürür: "oğlan uşağını necə tərbiyə etməli və onu əsl kişi kimi necə böyütməli?" Bu məqalədə siz ,balaca oğlanların tərbiyəsinə dair bir neçə maraqlı tövsiyə və qeyri-standart yanaşma tərzi ilə tanış olacaqsınız.

Oğlanın  tərbiyəsi zamanı: emosiyalar...
Alimlər bir dəfə sınaq keçirtdilər. Eyni körpələrə çəhrayı və mavi rəngdə olan kombinizonları bir-birinin ardınca geyindirib-soyundurdular. Ətrafdakı insanlardan onlara bir müddətliyinə dayə olmalarını xahiş etdilər. Qadın və kişilər arasında dayə seçilənlər geyimindən qıza bənzətdikləri uşağa daha nəvaziş və incəliklə yanaşsalar da, geyimindən oğlana bənzəyən balacalara qarşı daha ciddi, təmkinli və hisslərini biruzə etməkdən çəkinərək soyuq münasibət (əksərəndə kişilər)göstərdilər. Beləliklə, psixoloqlar oğlanların və qızların tərbiyəsində fərqlə bağlı ən yanlış fikirlərdən birinin mövcudluğuna əyani əmin oldular. Nədənsə çox analar və ataların əksəriyyəti hesab edirlər ki, oğulla danışarkən  "əzizləmə" və "şirin danışmalar" onların gələcəkdə zəif olmasına səbəb olar. Guya bu halda ondan əsl kişi olmayacaq. Amma mövzuya bu mövqedən yanaşmaq  çox yalnışdır! Sübut edilmişdir ki, hər iki cinsdə olan və sağlam dünyaya gətirilən övladlar arasında, oğlan uşaqları daha zəif olurlar. Məhz bu səbəbdən də oğlanlara nəvaziş və qayğı qızlardan daha çox lazımdır. Başqa sözlə ki, oğul sağlam böyüsün və yaxşı inkişaf etsin deyə, onu mümkün qədər çox öpmək, qucaqlamaq, öz sevginiz  haqqında danışmaq lazımdır. Gələcəyin kişisini belə rəftarla korlamaq mümkün deyil!

Oğlanının tərbiyəsində -geyim...
Məlumdur ki, bir yaşına qədər oğlan və qızların qarderobu yalnız rəngiylə bir-birindən fərqləndirilir. Hərçənd ki, ailədə oğlan uşağının geyimlərində ən çox mavi rəngə üstünlük verirlər. Balaca oğlan balanızı digər rəngdə olan geyimlərdən də ala bilərsiniz. Çəhrayı rəng isə qız paltarlarında çoxluq təşkil edir. Amma son zamanlar uşaq paltarının istehsalçıları keçmiş stereotiplərdən uzaqlaşaraq kiçik kişilər üçündə geyim hazırlayarkən bizi rənglərin parlaqlığıyla sevindirirlər. Şən rəngdə olan geyimlərlərdən çəkinməyin —çünki körpəlik dövrü çox tez ötür.Oğlanlar böyüyəcəklər və geyimlərini özləri seçəcəklər, bu zaman onların qarderobunda rəngli geyimlər daha az olacaq.

Oğlanların tərbiyəsində oyuncaq seçimi...
Valideynlərin üzərinə düşən əsas məsələ — uşaq oyunlarını seçərkən oğlan övladlarına cürbəcür oyuncaqları almaqdır. Kukla — bu universal oyuncaq vasitəsidir və o yalnız qızlar üçün nəzərdə tutulmuyub. Kuklayla oynayaraq, uşaq başqa uşaqlarla yoldaşlıq etmək vərdişinə yiələnir, kuklanın nümunəsində oğlanlar öz davranışlarını nizama salmağı öyrənirlər.

Həmçinin elə  oyuncaqlar var ki, oğlan valideynləri onlara məhəl qoymurlar. Bunlara oyuncaq mebellər, qab-qacaq, mətbəx ləvazimatları, kukla-marionetkalar (teatrlarda istifadə olunan) aiddir ki, uşağın inkişafı üçün onların da rolu danılmazdır. Bəzi ata və analar övladlarına silah tipli oyuncaqlar almaqdan çəkinirlər, uşağlarının aqressiv böyüyə biləcəyini ehtiml edirlər. Bu sözdə həqiqət çox olsa da oğlanlar təbiətcə çox çılğındırlar və onlara silah tipli oyuncaqlar almağınızda heç bir əks göstəriş yoxdur. Amma şərt var, oyuncaqdan düzgün istifadəni oğlan övladınıza mütləq başa salmalı, oyuncaq silahların zərər toxundurmaq üçün deyil, özünümüdafiə üçün istifadə edildiyini aydınlaşdırmalısınız. Oyuncağı aldıqdan sonra  cəhd edin ki, bu uşaqda təcavüz hissini deyil idman şövqünü, mübarizliyi inkişaf etdirsin. İçinə kiçik topcuqlar və yumrular qoyulan tüfəngi seçib, hədəfi dəqiq seçməyi, atışın dəqiqliyinə diqqət yönəldən yarışlar təşkil edin. Yayda tufəngin ən optimal variantı — su tapançasıdır.

Maşın oyuncaqlara  gəlincə, onun  plastikdən olması daha yaxşıdır. Metaldan olan oyuncaq maşınlar uşaqların daha xoşuna gəlsə də, bu onlar üçün həm ağır, həm də təhlükəli ola bilər. Azca böyüdükdən sonra oğlanlarda, bu oyuncaqları söküb onun hansı detallardan yarandığını araşdırma həvəsi yaranır. Övladınızı sökmə-araşdırma, bir sözlə desək "iş başında" görən zaman ona əsəbləşməyin, körpələri danlamayın. Gənc avtomexanikə kömək edin, bütün detalları saxlayın. Sonra atası işdən gəlincə onunla sökülmüş maşını yenidən düzəltməyə başlayın, bu əyləncəvi olduğu qədər həm də övladınızın xasiyyət-xüsusiyyətini üzə çıxartmağa sizə yardımçı olacaq maraqlı bi prosesdir.

Oğlanın tərbiyəsində-təmizlik.
Oyncaqları ilə oynayıb qurtardıqdan sonra qızlar kimi oğlanlanları da səliqə-sahmanla tökdüklərini toplamağı öyrətmək çətin deyil. Səbrlə və davamlı olaraq xatırlatmaqla bu xüsusiyyəti övladınıza aşılaya bilərsiniz. Oyun oynanılan müddətdə oyuncaqları toplatma tapşırığı yalnışdır. Bu oğlanların aqressiv reaksiya verməsinə, əsəbləşməsinə səbəb ola bilər. Çünki oğlanlar oyun zamanı qızlara nisbətdə daha impulsiv olurlar. Paltarlarını geyinib soyunərkən səliqə ilə davranmağı, yataqlarını toplamağı onlara həvalə edin.

Oğlanın tərbiyəsində -onun otağı.
Uşaq otağında divar kağızı və mebellərin seçimi zamanı göy, yaşıl, füruzəyi rənglərə daha üstünlük təşkil etməlidir. Sadaladığımız bu rənglərin energetikası  oğlunuzun emossionallığını və fəallığını tarazlaşdırmağa yardımçı olacaq. Əgər oğlunuz daha çılğın və temperamentlidirsə, rəng çalarlarına sarı və narıncı rəngləri də əlavə edə bilərsiniz. Uşağınızın ayrıca otağı varsa, onun daha rahat hərəkətini tənzimləmək, otağında rahat hərəkət edə bilməsi üçün əlavə mebellər almayın. Otağa idman edə biləcəyi xırda məşq ləvazimatları alaraq enerjisinin düzgün sərf olunmasına diqqət edin.

Oğlan uşağının tərbiyəsində-idman.
Oğlunuz balaca olarkən onun sözəbaxan və üzüyola olması sizi sevindirsə də, sonradan yoldaşları ilə oynayarkən hər dəfə güzəştə gedərək özünü zəif və iradəsiz kimi göstərməsi yoldaşlarının da onun istəməməsinə səbəb ola bilər. Əl-qolu bağlı kimi davranmağı oğlan uşağını həvəssizliyə və laqeydliyə apara bildiyi kimi, onun hirsli və təcavüzkar böyüməsinə də şərait yaradar. Balaca oğlan balalarınıza nadinclik etməyə icazə verin!

Əgər oğlan övladınız hədsiz dərəcədə söz dinləməyən və dalaşqan böyüyərsə nə etməli? Bu zaman uşağınızı idmana yazdırın. Belə olduqda o öz enerjisi sərf edər, öz potensialını reallaşdırar, bununla da ətrafdakılara ziyanı toxunmaz.

İdman —həm fiziki inkişaf baxımından, həm də xarakterin təkmilləşdirilməsi cəhətdən çox əlverişli çıxış yoludur. Keçid yaşının çətinlikləri, ona mənfi təsir göstərə biləcək ətraf— ümumən gələcəkdə nəyi real təhlükə kimi görürsünüzsə, onlar idmanla ciddi məşğul olan oğlunuzda yox səviyyədə olacaq.

Oğlanının tərbiyəsində: yaradıcılıq.
Əgər ailədə oğlan uşağı rəsm çəkməyə və ya şeir yazmağa meyl edərsə, nə etməli? Bir çox atalar belə məşğuliyyətlərin əsl kişi üçün olmadığını hesab edirlər. Yaradıcılıqdan uşaqlarınızı yayındırmayın! Unutmayın ki, bizim tanınmış rəssam və şairlərimizin əksəriyyətin elə kişilərdir.

Oğlanının tərbiyəsində: yumor hissi...
Şən insan — xoşbəxt insandır. Adətən zarafat etmək bacarığı irsiyyət ilə ötürülür, ancaq yumor hissini həm də inkişaf etdirmək olar. Uşaqlara şən şeirlər və  gülməli hekayələr oxuyun. Boş inciklikləri zarafat və şıltaqlıqla aradan qaldırın. Müxtəlif həyat hadisələrinə yumorla yanaşın ki, körpələriniz sizdən nümunəni götürərək həyat sevər böyüsünlər. Gülüş — uşağın hisslərinin təbii və üzvi təzahürüdür. Yumor hissi  güclü olan oğlanlar yaşıdlarının arasında həmişə sevilir. Bundan başqa, bir qayda olaraq, belə insanlardan ətrafdakılar çox pozitiv emosiyalar əldə edirlər.

Oğlanının tərbiyəsində: ata və oğul münasibəti.
Çox analar şikayət edir ki, ərləri uşaqların tərbiyəsiylə məşğul olmaq istəmirlər. Əslində, atalar bunu özləri dərk etməlidirlər ki, oğlun tərbiyəsi anadan çox atanın işidir . "Ata doğulmurlar — ata olurlar", deyə müdrik bir məsəl var.. Hamiləliyinizi bildiyiniz andan, yoldaşınıza "övladın tərbiyəsi ilə məşğul olmaq ən çox atanın işidir" fikrinin mənimsədilməsi əsl müdrik qadının işidir. Övladın tərbiyəsi ilə məşğul olmaq üçün onun 3-4 yaşında olmasını gözləmək lazım deyil, bu iş uşaq doğulduqdan həmən sonra başlamalıdır. Ata vəzifəsinin müvəffəqiyyətlə yerinə yetirilməsinin əsas şərti, sizin yoldaşınıza olan dəstək və inamınızdan asılıdır. Uşaq balaca olan zaman atasının onunla sıx münasibətdə olmasına səbəb olacaq  təşəbbüslərə əl atın. (məsələn-uşağın birlikdə çimizdirilməsi, tez-tez övladın ataya tapşırılması). Bütün şübhə və qorxularınıza qalib gələrək ata ilə uşağı bacardığınız qədər baş-başa qoyun və onun nəyisə düzgün etməyəcəyindən narahat olaraq onları kontrol etməyin, belə olunca ata övladından uzaqlaşa bilər. Övladı ilə baş-başa qalan atada bu zaman, instiktiv olaraq məsuliyyət hissi yaranır.

Oğlan uşaqları böyüdükcə anadan çox ata ilə ünsiyyətdə olmalı, imkan daxilində birlikdə oynamalı, hətta atasına kömək edərək əylənməlidir. Oğlan uşaqları 5-6 yaşından etibarən atası ilə balıq tutmağa, futbol oynamağa, hətta çimərliyə belə gedə bilər.

Oğlanın tərbiyəsində;ana-oğul münasibətləri...
Oğul anası olmaq hər bir xanımın arzusudur. Çünki oğlan övladı olunca analar daha şıltaq olmağa -uşaqlaşmağa başlayırlar. Ana olmağınıza baxmayaraq baxımlı olmağa daha çox üstünlük verin. Oğlanlar üçün anaları əsl qadın idealıdır. Məhz ananın obrazıyla oğlan uşaqlarında qadın idealı haqqında təsəvvür formalaşır. Buna görə də müntəzəm olaraq baxımlı və gözəl görunməyə çalışın.

Bir çox qadınlara görə nümunəvi ana övladını yedirdib-geyindirməli, ona qulluq etməlidir. Bütün bunlarla yanaşı ana oğlu ilə oynamağa vaxt ayırmalı, onunla tez-tez fikirlərini bölüşməli, ona böyük kimi yanaşmalı, oğlunun bütün arzu-istəklərini nəzərə almalıdır. Övladına yaxın olmaq üçün ana hər zaman yaxın dost, böyük qardaş olmağı bacarmalıdır. Uşaqların gözündə nümünəvi ana-onların köməyinə ehtiyac duyan, onunla bərabər alış -verişə gedən, birlikdə maraqlı olan cizgi və ya uşaq filmlərini izləyən, tez-tez söhbətləşib-məsləhətləşən və hər nə olursa olsun övladına vaxt tapan qadındır. Oğul üçün ana olmaqdan öncə yoldaş olmağa çalışan ana hər bir övladın arzusudur.

Günel Şəfiyeva


Şərhlər:
Baxılıb: 869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz