Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq tərbiyə edən anaların səhvləri
Uşaq tərbiyə edən anaların səhvləri
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1052
Səs ver:
Bəzən valideynlərə çox məsum görünən davranışlar, uşağı üçün faydalı hesab etdikləri hərəkətlər onlar üçün zərərli ola bilər.

Əksər analar uşaqlarından ayrı düşə bilmirlər, hər işi birlikdə görürlər. Məsələn, "İmtahandan yaxşı qiymət aldıq, atamız bizi tətilə aparacaq" kimi cümlələr quran analar uşaqların bir fərd olduğunu bəzən unudurlar. Bu vəziyyət uşağın daxili intizamının və məsuliyyət duyğusunu inkişaf etdirməsinə mane olur. Sonrakı vaxtlarda mənfi nəticələr doğurur. Məsələn, universitet təhsili üçün başqa bir şəhərdə yaşamağa başlayanda pula qənaət edə bilmirlər, ev səliqəsiz və dağınıq olur,  artıq gənc olan şəxs nə edəcəyini bilmir, doğru qərar verə və ya təkbaşına qərar verməkdə  çətinlik çəkirlər.

Uşağa davamlı "sən mükəmməlsən" demək, ümumiyyətlə, bu cür münasibət uşaqlarda özünə vurğunluğun inkişafına zəmin hazırlayır. Gələcəkdə başqalarının fikirlərinə əhəmiyyət verməyən şəxs kimi yetişəcək, layiq olmadığı halda hər zaman diqqət mərkəzində olmaq istəyəcək. Ətrafına kifayət qədər diqqətli olmayan bu insanlar  uğurlu olmadığı zaman özlərini hədsiz dərəcədə bədbəxt hiss edəcəklər.

Uşaqları cinsi ayrı-seçkilik mühitində yetişdirmək  valideynlərin ən çox etdiyi səhvlərdən biridir. Qız uşaqlarının çox qorunaraq yetişdirilməsi, oğlan uşaqların isə sərbəst yetişdirilməsi olduqca yanlışdır. Bir çox ictimai problemimizin əsasında bu davranış tərzinin yatdığını deyə bilərik. Həmçinin çox mühafizəkar mövqe tutan valideynlərin uşaqlarında özünə inamsızlıq yüksək səviyyədə müşahidə edilir.

Uşaq yeməyini yemədiyi zaman əlində yemək qaşığı uşağın dalınca qaçmaq uşağın öz ehtiyaclarını ödəyə bilməməsinə yol açır. Zorla yemək yedirdilən uşaqlarda bəzi qüsurları ortaya çıxa bilər. Uşaq aclıq hiss etmir, ya da hədsiz iştaha kimi problemlərlə qarşılaşırlar.

"Geyinməsən xəstə olarsan, qaçsan yıxılarsan, zərər görərsən" kimi yanlış qurulan cümlələr erkən yaşda uşağın yaddaşına həkk olunur. Cümləni belə qurmaq lazımdır: "Bayır soyuqdur, üşüyərsən".

Kompüter, televizor, planşet və cib telefonu kimi texnoloji alətlərin istifadəsinə nəzarət etməmək, onlar məhdudlaşdırmamaq valideynlərin tez-tez istifadə etdiyi səhvlərdən biridir.  Texnologiyadan asılı olmaq həm də əsrimizin ən böyük problemlərindən biridir. Həmçinin texnoloji alətlər uşağın təhsilinə mənfi istiqamətdə təsir edir və ya sosial mühitlə olan əlaqəsini iflasa uğradır.


Şərhlər:
Baxılıb: 1052
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz