Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda yalan problemi
Uşaqlarda yalan problemi
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 542
Səs ver:
Ey valideyn, sizin uşağınızın yalan danışma kimi problemi varmı? Siz bu problemi aradan qaldırmaq üçün hansı tədbiri görürsünüz? Psixoloqlar uşaqlarınızda belə bir şeyi aşkar etdiyiniz təqdirdə onu mümkün qədər tez aradan qaldırmağa çalışmanızı məsləhət görürlər.
Əgər uşağınız beş yaşına çatıbsa və hələ də həqiqəti söyləmək əvəzinə xəyali, uydurma hekayələrdən istifadə edirsə, nə etməlisiniz?
Müxtəlif vaxtlarda hadisəni təkrar-təkrar soruşmaq həqiqəti öyrənmək üçün ən yaxşı üsuldur. Yalanın nəticəsini izah etmək üçün isə heyvanlara aid hekayələr danışaraq – (məsələn, dovşanın anasına yalan danışmasını) bu yolla yalanın pis iş olduğunu övladınıza başa salın.
Uşağınız 8 və ya 9 yaşına çatdığı zaman şübhəsiz ki, hansı əhvalatın həqiqət olduğunu dərk edir. Yalanın cəmiyyətdə pis qarşılandığını da, məhz bu yaşda olarkən uşağa aşılamaq lazımdır.

Yalanın cəzası necə olmalıdır?

Əgər uşağınızın sizə yalan danışdığını hiss etsəniz və hər hansı bir yolla ondan həqiqəti öyrənə bilməsəniz, cəzanı yüngülləşdirməyə və ya yalanı görməməzliyə vurmağa çalışmayın. Çünki uşaqlar bizim düşündüyümüzdən daha zəkalıdırlar. Onlar cəza yollarını öyrənmək üçün öz üsullarından istifadə edirlər. Söylədiyi yalandan gözlənilən nəticəni ala bilməyən uşaq, təbii olaraq bu əməli tərk edəcək. Lakin o, az da olsa məqsədinə nail olsa, yalanı tərk etməyəcək. Ona görə də yalan kiçik olduqda, cəza bəsit, yalan böyük olduqda isə cəzası ona uyğun olmalıdır.
Digər tərəfdən cəzanın növü və müddəti də aydın olmalıdır. Belə ki, cəza növü olaraq bu kimi vasitələrdən istifadə etmək olar: uşağa bir müddət televizorda hər hansı bir proqramı izləməyi, gəzintiyə çıxmağı qadağan etmək, xərclərindən məhrum etmək və s.

Yalan artıq bir problem olarsa

Uşaqlar bəzən yalan danışarsa, bundan narahat olaraq başqalarına şikayət etməyə tələsməyin, bu təbii bir haldır. Lakin əgər uşaqlar davamlı surətdə yalan danışarsa, artıq bu məsələnin problemə çevrildiyindən xəbər verir.
Uşaqların yalan danışma səbəbləri dörd növdür:
1. Həqiqəti gizlətmək üçün deyilən yalan. Məsələn, uşaq kitabını özü cırdığı halda, bunu sinif yoldaşının boynuna atır. Yaxud xərcliyini itirdiyi halda, başqa bir şəxsi oğurluqda ittiham edir. Əslində, belə bir yalana müraciət edən uşağın problemini anlamaq çətin deyil. O, cəzadan, atasından və s. qorxaraq bu yalanı söyləyir. Əgər uşaqlar cəzadan, ya da atasının qorxusundan yalana müraciət edirsə, bu işin səhvi təkcə uşaqda deyil. Bu davranış ataların uşaqları ilə münasibətdə göstərdikləri sərtlik və şiddətdən irəli gəlir.
2. Öz mənlik və şəxsiyyətini sübut etmək məqsədi ilə deyilən yalan. Bəzi uşaqlar belə bir yalana tez müraciət edirlər. Bu, onların özlərini isbat etmək və valideynin tərif və minnətdarlığını qazanmaq istəyindən irəli gəlir. Məsələn, uşaq yalandan dərsdən əla qiymət aldığını söyləyə bilər. Valideynləri yekun cədvəlini istədikdə isə uşaq həqiqəti gizlətməyə çalışaraq – «Cədvəl hələ verilməyib» – kimi başqa bir yalanı uydurar.
Bəs, bu növ yalanın müalicəsi nədir?
Bunun müalicəsi bəsit və sadədir. Bu növ yalana müraciət edən uşağın mehribanlıq və məhəbbəti hiss etməyə ehtiyacı var. O, daha çox davamlı surətdə mükafatlandırılmalı və ruhlandırılmalıdır.
3. Şər və incidici yalan. Burada uşağın əvvəlcədən planlaşdırdığı yalan nəzərdə tutulur. O, əvvəlcədən bu yalanın digər şəxsə ziyan verəcəyini bilir, lakin bunu edir. Məsələn, özü etdiyi işi başqasının üstünə yıxır, ona böhtan atır.
Bu problemi, uşaqların diqqətini daha faydalı işlərə yönəltməklə, həll etmək olar.
4. Təqlid etməklə deyilən yalan. Uşaqlar digər bir səbəbdən də yalana müraciət edə bilərlər. Məsələn, valideynlərini təqlid eləməyə çalışa bilərlər. Kiçik ailələrdə böyüyən uşaqlar daim diqqət mərkəzində olmağa alışdıqları üçün böyüdükdə və cəmiyyətdə əlaqə dairələri genişləndikdə yalana müraciət edirlər.
Ona görə də uşaqların yanında yalan danışmaq olmaz. Onlar bunu özlərinə qayda edərək digərləri ilə də belə rəftar edəcək və ya da üzləşdikləri hər hansı problemdən xilas olmaq üçün ilk növbədə bu yola əl atacaqlar.

Uşaq səhv edərsə, valideyn onunla necə davranmalıdır?

Əgər sizin uşağınız qonaqların yanında səhv hərəkət edərsə, onun üstünə dərhal qışqırmağa və tənbeh etməyə çalışmayın. Bu, bir neçə baxımdan düzgün hərəkət deyil:
1. Sizin bu hərəkətiniz qonaqlarınıza pis təsir edə bilər və onlar gəlişlərindən narazı olduğunuzu və narazılığı uşağı cəzalandırmaqla göstərdiyinizi düşünərlər.
2. Digər tərəfdən, bu uşağın davranışına da ziyan vurar. Belə hallarda cəzalar və bu məqsədlə edilən işlər nəinki nəticəsiz qalar, hətta əks təsir göstərər. Cəzanı digər bir vaxta saxlayaraq, uşaqla təklikdə qalanda səhvini başa salmaq, tənbeh etmək daha düzgün üsuldur.


Şərhlər: 6
Baxılıb: 542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Oglumda bu problem yoxxdu en piside odurki neyi nece var elede deyir gizletmir
24 avqust 2015 18:29
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
sadecə mən
Valideynlər uşaqlarının yanında yalan danışıb,sonrada yalan danışma deyə bilməzlər.Ona görə ilk öncə özləri yalanı buraxsınlar.Validen övladın güzgüsüdür.Ona görə də valideyndən aslıdır.
24 avqust 2015 13:21
# 5
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Dosta_inam
Usaqlara gerek usaq iken yalanin yaxsi bir sey olmadigini oyretmek lazimdir, yalanla cox uzun getmek olmaz.yalanin bir yerde direnen acilan zamani var.
21 avqust 2015 14:39
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
yalani duydunuz anda usaqi sakit sekilde utandirmadan etrafi yaninda basa salmaq lazimdir ne qeder pis emel olduqunu usaqla yaninda hormetden dushduyunu bu hereketine gore sevile bilinmeyegeyini
21 avqust 2015 13:59
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Hər uşaq yalan danışır. amma hər şeydə yalan danışmaq da olmaz. Uşaqlara lap kiçik yaşlardan yalanın pis bir şey olduğunu başa salmaq lazımdır.

...666...
21 avqust 2015 00:24
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Usaq vaxtinnan usaqlara yalan danismamagi oyretmek lazimdir. Yalana gore cezalandirmaq lazimdir
20 avqust 2015 19:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz