Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda qorxu hissi
Uşaqlarda qorxu hissi
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 956
Səs ver:
Qorxu təbii bir hissdir. Yersiz qorxu insan üçün naqislik sayıldığı kimi, heç nədən qorxmayan insan da xəstə hesab olunur. Əslində qorxu insanın özünü müdafiə etməsi üçün zəruri bir hissdir. Bu mənada qorxunu iki hissəyə bölmək olar:
1. Səbəbli, ağlabatan qorxu.
2. Yersiz, fikir- xəyalda süni şəkildə yaradılan qorxu.
Elm adamları bildirirlər ki, insan düşünə bildiyi hər şeydən (hətta qorxunun özündən də) qorxa bilər.
Xüsusilə uşaq vaxtı insanın keçirdiyi qorxu və həyəcanlar bütün ömür boyu öz izini saxlayır. Uşaq təmiz vərəq kimidir, orada yaxşı işlər də, pis işlər də həkk olunur. İbrahim Əmini "Tərbiyə üsulları” kitabında valideyn və tərbiyəçilərə bu məsələyə dair aşağıdakı məsləhətləri verir:
• Qorxu hissinin yaranmasının qarşısını almaq, onu müalicə etməkdən daha rahatdır. Çalışın ki, qorxu hissinin səbəbini aradan qaldırasınız. Psixiatrların fikrincə, qatar və ildırım səsləri kimi uca səslər, həmçinin uşağın üstünə çığırmaq qorxu hissinin yaranmasına səbəb olan amillərdəndir. Uşağınızı belə səbəblərdən uzaq saxlayın, onun üstünə qışqırmayın, ona hirsli-hirsli baxmayın.
• Uşağın ata-anası və ətrafındakılar qorxaq olsalar, o da qorxaq olar. Valideynlər yersiz qorxaqlıqdan çəkinməlidirlər.
• Cinayət filmlərinə baxmaq, televiziya, radio və başqa vasitələrdə verilən qorxulu verilişlərə baxıb və ya qulaq asmaq uşağın incə əsəblərinə təsir qoyaraq onda qorxu və iztirab yaradır. Onları belə şeylərdən uzaq tutun. Heç zaman cin və şeytandan danışmayın. Uşaq başqa vasitələrlə bu barədə eşidibsə, ona başa salın ki, onlardan qorxmaq lazım deyil. Cinlər, Qurani-Kərimdə buyurulduğu kimi, Allahın məxluqudurlar və insana ziyan yetirmirlər.
• Uşağı heç vaxt hədələməyin. Onları xortdan, damdabaca, iblis və s. ilə qorxutmayın. Belə qorxutmağın zərəri faydasından qat-qat çoxdur.
• Uşağınız nəyə görəsə qorxaq olubsa, bunu əhəmiyyətsiz məsələ saymayın. Onun ruhunu sakitləşdirməyə, qorxaqlığını aradan qaldırmağa çalışın. Uşaq ayrı-ayrı hadisələrin həqiqi səbəbini öyrəndikdə bir sıra qorxular öz-özünə aradan gedər. Uşağı danlamaq və başqalarının yanında istehza etmək çıxış yolu deyil. Bu işlə onu ruhən incitmiş olarsınız. Sadəcə qorxduğu şeyin qorxulu olmadığını ona başa salın. Xortdandan qorxursa, belə şeyin mövcud olmadığını bildirin. Ev heyvanlarından qorxursa, onlara yaxınlaşın, toxunub əlinizə alın.Qaranlıqdan qorxursa, özünüz uşağın yanında olanda hərdən qısa müddət ərzində işığı söndürün. Sonra bu müddəti artırın. Sonra isə eyni otaqda, bir az aralı olduğunuz vaxt bu işi təkrar edin.
Valideynlərin düşünmədən uşaqda qorxu halları yaratması da tez- tez baş verir. Məsələn, uşaq aşağı qiymət alanda valideyn çox sərt reaksiya verirsə, uşaq hər dəfə aşağı qıymət alanda qorxu, narahatçılıq hissi keçirir. Universitetə qəbul imtahanından kəsilmək onun üçün həyatın sonu demək olur. Uşağın təhsil alması nə qədər mühüm olsa da, onun psixi rahatlığı daha zəruridir. Ona görə hər bir halda onu sevəcəyinizi bildirin, aşağı qiymətə görə ifrat reaksiya verməyin.
Ümumiyyətlə, övlada sevgi bəsləmək (ərköyünlük səviyyəsində olmasa) bir çox psixi xəstəliklərin dərmanıdır. Valideynin öz məhəbbətini uşaqdan gizlətməsi uşaqda sevgidən məhrum olmaq qorxusu yaradır ki, bu da uşağın bütün gələcək həyatında ən dəhşətli izini qoyur. Cinayətkarlar, adətən, uşaqlığı belə keçən insanlardan ibarət olur. Fransız yazıçısı Balzakın sözüylə desək, zülm və qorxu həmişə qol-qola gedir.
Yeniyetməlik dövründə bədəndə baş verən dəyişikliklər də yeniyetmələrin qorxu mənbəyinə çevrilə bilər. Ona görə də atalar oğullarına, analar isə qızlarına bu barədə məlumat verməli, bunun təbii hal olduğunu izah etməlidirlər.
Uşağın qorxusunu zor tətbiq etmək və hədələməklə aradan qaldırmaq mümkün deyil. Yalan vədlər verməklə uşağı aldatmaq da olmaz. Məsələn, uşaq xəstəxanada qalmalıdırsa, bundan başqa çarə olmadığını bildirin. Tez-tez ona baş çəkin, oyuncaq alıb onu sevindirin. Yalandan "Qorxma, sənə iynə vurmayacaqlar” deməyin.
Əksər uşaqların (elə böyüklərin də) əsas qorxusu ölümdür. Ona görə də uşağa ölüm barədə danışmaq məsləhət görülmür. Amma qohum-əqrabadan kiminsə ölməsi ilə uşaq bu məsələ ilə maraqlanırsa, ona başa düşəcəyi tərzdə məlumat vermək olar. Ölümlə insanın dünyasını dəyişdiyi, yaxşı və pis işlərinə görə cavab verəcəyi barədə danışmaq uşağın tərbiyəsinə müsbət təsir göstərər. Amma ölümü uşağa həddindən artıq tez-tez xatırlatmaq olmaz.
Uşağın Allahdan və axirət günündən qorxması da bu qəbildəndir. Allahın lütfü, rəhməti və sevgisindən, bəxş etdiyi nemətlərdən danışıb, Onu uşağa sevdirmək nə qədər gözəl olsa da, Allah, Qiyamət günü və günahdan qorxmaq da yavaş-yavaş uşağın ruhuna aşılanmalıdır. İman da elə həm qorxmaq, həm sevməkdən ibarətdir. İtirməkdən qorxmadığımız sevgi, sevgi deyil. Allaha sevginin içində bütöv bir qorxu, Allahdan qorxunun içərisində bütöv bir sevgi yatmalıdır. Beləliklə, uşaq pis işlərdən çəkinib yaxşı işlər görməyə meyl edər. Uşağa Cəhənnəm və oradakı əzablardan danışmaq lazım deyil. Onda uşaq Allahı bir despot kimi təsəvvür edər. Allahın mehribanlığından danışaraq Onu uşağa sevdirmək lazımdır. Eyni zamanda günahın axirətdəki əzabları barəsində də uşaq qismən məlumatlandırılmalıdır.
Səbəbli, ağlabatan qorxuları isə əksinə, uşağa aşılamaq lazımdır. Daha doğrusu, həqiqətən qorxulu, təhlükəli işlərdən uşaq xəbərdar olmalıdır. Valideynlər qaz, kibrit, elektrik və bu kimi şeylərdən düzgün istifadə yollarını uşağa öyrətməlidirlər. Nəqliyyat vasitələrinin təhlükəli ola biləcəyindən danışmalı, ümumiyyətlə, qanunları tapdamağın ağır nəticələr verə biləcəyini bildirməlidirlər. Bir sözlə, valideynlər ehtimal olunan bütün təhlükələrdən uşağı xəbərdar etməlidirlər.


Şərhlər: 12
Baxılıb: 956
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Sukur oglumda hec bir seye qarsi qorxu yoxdu bir tek hekimden basqa onuda basa salanda qorxmur.her gun ona deyiremki hec kimden hec neden qorxma kisiler hecneden qorxmur.ozunu mudafie etmeyi bacar
24 avqust 2015 18:21
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
Mən uşaqlıqda dilənçilərdən, ruhlardan qorxurdum ciyy

...666...
24 avqust 2015 15:45
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
usaqlqri qorxuzmaq olmaz ele usaqlar olurki usaq vaxti qorxudan travma yasayir budaki onun boyuyendede tesirinden cixa bilmemesine sebe olur
24 avqust 2015 13:19
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Menim qızlarım qaranlıqdan qorxurdu.indi yox qorxmurlar.başa düşecek şeyleri yavaş-yavaş başa salıram.
24 avqust 2015 09:06
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnci
her usagin 1psixologiyasi var hamsina aide etmek olmaz
24 avqust 2015 00:07
# 8
Her gulusun arxasında bır keder vardır
ulduz
menim oglum korpe iken kolgesinden qorxurdu ,indi qaranliqda qacir oynuyur qorxmur cunki qaranliqda yatirdim alisdi
23 avqust 2015 23:04
# 7
guler19
Uşaq qorxduğunu dilə gətirəndə bunun normal bir hiss olduğunu və hər kəsin bir qorxu yaşadığını ona başa salmaq lazımdır. O, bu vəziyyətin normallığını anlayandan sonra isə qorxunu necə dəf etmək yolları haqqında düşünmək olar. Bu cür yanaşma uşağın qorxu hissinə üstün gəlməsi üçün çox vacibdir.
23 avqust 2015 21:29
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
yarpaq33
Bezi weylerle razi deyilem meselen bir olum xeberi ewidende ve ya gorende uwaqlar pis olurdu hessas olduqlari ucun ona gorede bawa saliramki hamimiz oleceyik ona gore qorxmasin obiri dunyada neler olacaq axireti her weyi anlatmiwam en co baxdiqlari filimlerden ((((samanyolu kanalinda ))) verilen filimlerden anlayirlar (( bewinci boyut ))da her weyi aciq awkar gorsedilir korpe vaxti ildirimdan yagiwdan qorxurdular o da otub kecib artiq
23 avqust 2015 20:56
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Bebiw
Meselen men 15 yawim var cox qorxaq qizam ama ne menada geceler tek yatammiram :( Qaranliqda 3 ce saniye qalsam olerem ozdeki sizce neye gore o cinler zaddar vare bax onlar yadima duwur ne qeder hekime getdim ncc olmadi
23 avqust 2015 20:22
# 4
sowu
rəmsə
Necə yəni uşağa qışqırmayın,hirsli-hirsli baxmayın???Hərdən adamı elə hirsləndirirlərki qışqırmamaq,hirslənməmək əldə deyilkzgn
Qaldıkı uşağa cəhənnəmi başa salmağa,məncə uşağa elə cəhənnəmi də başa salamlıyıq ki,uşaq bəzi əməllərin günah olduğunu yavaş-yavaş anlasın.Məs.mən izah eləmişəm uşaqlara cənnəti də,cəhənnəmi də.Çox vaxtda çalışıram sırlar dünyasına baxsınlar.Allahın varlığını anlamaq üçün...
23 avqust 2015 19:57
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
xeyalperest
duzu hamisini oxumadim ordan burdan oxudum.tv baresinde dedikleriyle taam raziyam
23 avqust 2015 19:49
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Usaqlarda qorxu hissi daha cox olur. Ona gore qorxutmaq qorxulu hekayeler anlatmaq olmaz. Her zaman ona sevginizi bildirin ki qorxmasin
23 avqust 2015 19:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz