Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqda mütaliə həvəsini necə yaratmalı
Uşaqda mütaliə həvəsini necə yaratmalı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 603
Səs ver:
Bir çox valideynlər övladlarının qətiyyən kitaba yaxın gəlmək istəmədiyindən şikayətlənirlər. Onlar heç cür başa düşmürlər ki, bu nədən irəli gəlir; axı həm kitabın özü, həm də şəkilləri çox maraqlıdır!

Belə rəftarın çox sadə səbəbi vardır: uşaqlar sadəcə olaraq onlarda rahat alınan şeyləri xoşlayırlar və özlərini zəhmətə salmaq istəmirlər. Tez bir zamanda sürətli mütaliəyə alışmaq hər uşaqda alınmadığından, əziyyətlə hərfləri sözlərə bir-bir əlavə etməkdənsə, onlar rahatca televizor və kompüter qarşısında əyləşməyəüstünlük verirlər. Axı burada hər şey rahat anlaşılır və aydındır. Kitabda isə oxuyana qədər, maraqlı yerə çatana qədər...

Öz uşaqlarında mütaliə sevgisini yaradacaqlarına ümidlərini itirməmiş valideynlər mütəxəssislərin məsləhətlərinə qulaq asmalıdırlar. Mütəxəssislər isə bildirirlər ki, əsas olan kitabın oxunma müddətinin uzunluğu deyil, mütəmadiliyidir. Yəni mütaliə uzun müddətli yox, qısa fasilələrlə və tez-tez olmalıdır. Çünki insan yaddaşı uzun müddət gözün qarşısında duran məlumatı yox, gözün önündən çəkilən və yenidən görünən məlumatı daha yaxşı yadda saxlayır. Övladınıza sürətli mütaliəni öyrətmək üçün onunla kiçik fasilələrlə (bir məşğələni 5 dəqiqəlik hissələrə bölərək) məşğul olun. Onu iki saat ardıcıl olaraq kitab arxasında oturmağa vadar etməyin, bu, uşaqda kitab oxumağa qarşı nifrət yaradacaq.

Çox vaxt valideynlər televizor və kompüterin rolunu düzgün qiymətləndirmirlər. Onlar belə hesab edirlər ki, bu əşyalar öz işlərini görüblər və uşağın oxumaq həvəsini həmişəlik öldürüblər. Valideynlər belə düşünərək uşaqlarında kitab oxumaq vərdişini yaratmağa cəhd də etmirlər. Belə yanaşma tərzi kökündən səhvdir: səbrlə, məcbur etmədən, uşaqda kitab oxumağa həvəs yaratmaq lazımdır. Uşağa kitabın məzmunu barədə bir qədər maraqlı məlumat verib marağını oyatmaq, amma tam məzmununu danışmamaq yaxşı üsuldur. Əgər onda maraq oyansa, çox ehtimal ki, özü kitabı götürüb əvvəldən axıra qədər oxuyacaq.

Amma valideynlər görsələr ki, uşaq əvvəlki kimi yenə də oxumağa meyl göstərmir, onda qənaətli oxuma rejiminə keçmək lazımdır. Bu, o deməkdir ki,hər 2-3 sətirdən sonra bir qədər dincəlmək lazımdır. Burada silsilə şəkillərin çox xeyri ola bilər. Uşaq qısa mətni oxuyub şəklə baxar və dərhal növbəti mətnə keçər. Hətta qısa mətnləri valideyn və uşaq növbə ilə də oxuya bilərlər.

Uşağı sürətli mütaliəyə alışdırmaq üçün əla nəticə verən üsullardan biri də yatmazdan öncə kitab oxumaqdır. Məsələ ondadır ki, emosional yaddaş günün sonunda baş vermiş hadisələri ayırır və insan yatdığı zaman hələ də bu hadisələrin təsiri altında olur. Buna görə də beyin sürətli oxunuşu ayıracaq və tədricən ona alışacaq.

Uşağın nə oxuduğu da çox önəmlidir. Pis kitab uşağın zövqünü korlaya bilər. Halbuki bu müddətdə uşaq yaxşı kitab oxuya bilərdi. Məhz bu məqamda uşaqların kitab seçimində valideyn nəzarəti çox vacibdir. Bu seçimi asanlaşdırmaq üçün sadəcə müəllimənin yay tətilində oxumaq üçün tapşırdığı kitabların siyahısını əldə etmək kifayət edər. Belə siyahılar ədəbiyyatşünaslar tərəfindən tərtib olunur və uşaqların yaşları nəzərə alınır. Valideynlər rahatlıqla orada qeyd olunan kitablardan istifadə edə bilərlər.

Çox yaxşı olar ki, valideynlər həmçinin uşaqla kitabın məzmunu barədə müzakirə aparsınlar. Bu iş həm nitqin inkişafına, həm də məzmunun düzgün anlaşılmasına kömək edir və mühüm tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqların sürətli oxu qabiliyyətinə yiyələnmələri və kitaba sevgi bəsləmələri üçün valideynlərdən böyük səbr və dözüm tələb olunur.


Şərhlər:
Baxılıb: 603
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz