Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınız oğurluq edirsə...
Uşağınız oğurluq edirsə...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 556
Səs ver:
Biz bir çox uşaqların uşaqlıq çağlarında oğurluq etmələri ilə tez-tez rastlaşırıq. Amma əgər uşaq ən azından ayda bir dəfə, yaxud daha çox oğurluq edərsə, demək həmin uşaq problemli uşaqdır. Sözsüz ki, oğurluq xoşa gəlməz bir əməldir. Odur ki, böyüklər uşağı bu əməldən yayındırmağa çalışmalıdırlar. Bəzən hətta onların hər növ maddi ehtiyaclarının ödənməsinə baxmayaraq, uşaqların bu əmələ əl atmasının şahidi oluruq. Bu əməl bəzən onları o qədər narahat edir ki, bir çox xeyirxah işləri görməkdə onların qarşısını alır. Oğurluq sözünün mənasını tam olaraq dərk etməyən uşaq bu əməlin yanlış bir iş olduğunu anlamır.
İki yaşlı uşağın düzlük və doğruluq kimi məsələlərin mənasını anlamaması, bacı və qardaşlarının icazəsi olmadan onların oyuncaqlarını götürməsi təbii bir haldır. Amma həmin uşaq on yaşındaykən sinif yoldaşlarının əşyalarını icazəsiz olaraq götürürsə, bu onun oğurluqda ittiham olunmasıyla nəticələnəcəkdir. Bu yaşda olan uşaq nəyin doğru və nəyin yanlış olmasını artıq anlamalıdır.
Uşaqların davranışına nəzarət edərkən onların bəzi əməllərinə diqqət edilməlidir:
• İcazəsiz olaraq nəyisə götürəndə;
• Sizin çantanızdan pullar yox olduqda;
• Kimsə onun oğurluq etdiyini sizə dedikdə;
• Evə əlində təzə bir şey gətirərək onu tapdığını, yaxud da kiminsə ona hədiyyə etdiyini söyləyəndə.
Burada bir məsələni də yadda saxlamaq lazımdır, o da budur ki, uşağa oğurluq etdiyini isbat etməyə çalışmayın. Çünki bu rəftarla ola bilsin ki, onu görmədiyi işə görə tənbeh etmiş olarsınız. Uşağın bu hadisədən alacağı dərs isə bu olmalıdır ki, oğurluq baş verə biləcəyi hər bir durumdan uzaq olsun. Bu kimi hallarda diqqət yetiriləsi əsas məsələlərdən biri də oğurluğun nə məqsədlə baş verməsidir. Valideyn və tərbiyəçilər uşaqlarının bu işə hansı səbəbdən əl atdıqlarını araşdırmalıdırlar.

Oğurluğa səbəb olan amillər

Uşaq oğurluq edirsə, demək ya acdır, ya pula ehtiyacı vardır (ola bilsin ki, özunə, yaxud da doğmalarından birinə nə isə almaq istəyir), ya da ki, dostları tərəfindən təsdiqlənmək istəyir. Bəzən də onların oğurluğunun səbəbi, digər həmyaşıdlarına, müəlliminə, yaxud da valideynlərinə qarşı bəslədikləri kin-küdurət hissindən doğur. Bütün bu sadaladıqlarımızdan başqa, oğurluğa səbəb olan digər amillər də vardır ki, bu da onların digərlərinin diqqətini çəkmək istəməsi və ya uğradıqları təhqirə göstərdikləri münasibətdir. Onlar tərəfindən göstərilən bu kimi münasibətlər böyükləri düşündürməlidir. Ona görə də valideyn uşağı ilə söhbət etməli ona dəyər verdiyini, onu nə qədər sevdiyini söyləməlidir. Beləcə, siz bu yolla onların "yanlış əməllərlə digərlərinin diqqətini çəkmələrinin" qarşısını almış olacaqsınız.
Uşaq gördüyü bu işin yanlış olmasını anlamalıdır. Ola bilsin ki, o, bu əməli ilə başqalarının əşyalarına zərər də vursun. Belə vaxtlarda onu etdiyi əmələ görə cəzalandırmaqdansa, yaxşı olar ki, şəxsi əşyalarından məhrum edəsiniz. Uşağa əməlin pis iş olduğunu, əşyasını itirən şəxsin narahat olduğunu deməklə yanaşı, bu işi davam etdirdiyi halda, ona bəslənilən inamın yox olacağını və onu artıq heç kimin sevməyəcəyini də başa salmaq lazımdır.

Oğurluğun müalicəsi

Oğurluq edən uşağa kömək göstərən, onu müalicə etmək istəyən şəxs uşağa hakim olan düşüncəni tam olaraq anlamalıdır. Məsələn, diqqəti cəlb etmək, cəmiyyətdə təsdiqlənmək, digərinə hədiyyə almaq məqsədi ilə oğurluğa əl atan uşağa yardım üçün ona cəmiyyətdə özünü tanıdıb sevdirməyin qanuni yollarını öyrətmək lazımdır. Əgər uşağın etdiyi oğurluq böyüklərinə, yaxud müəlliminə qarşı duyduğu kin hissindən irəli gəlirsə, bu zaman ona qarşı diqqət və qayğı çoxaldılmalı, onun fikri müxtəlif fiziki, zehni işlərə yönəldilməlidir.
Uşaqdan etdiyi oğurluğu boynuna almasını tələb etmək və ya başqalarının yanında ona töhmət vurmaq psixoloji nöqteyi-nəzərdən yolverilməzdir. Ona görə ki, məsələnin kökünü bu yolla tapmaq mümkün deyildir. Əksinə, bu metoddan istifadə etmək uşaqda yalançılıqla və ya mümkündür ki, gələcəkdə bir daha etməyəcəyi bu əmələ görə başqalarının yanında kiçilməsiylə nəticələnsin.
Valideynin diqqətindən kənarda qalmamalı önəmli məsələlərdən biri də budur ki, oğurlanan malın əvəzini pulla ödəmək lazım gəldikdə, uşağın öz əmək və zəhmətindən istifadə edilməlidir.
Böyüklər uşağın oğurluğa meyilli olmasına əmin olarlarsa, oğurluğa şərait yaratmamaq məqsədiylə pul və qiymətli əşyaları ondan gizlətməlidirlər. Eyni zamanda, bu məsələni həddən artıq böyütmək də lazım deyil. Çünki böyüklərin sərt rəftarına cavab olaraq, uşaq həmin əməli yenidən təkrarlaya bilər.
Sonda, bunu qeyd edək ki, valideyn və müəllimlərin uşaqlarla davranışı, onların şəxsiyyət kimi formalaşmalarında önəmli rol oynayır.


Şərhlər:
Baxılıb: 556
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz