Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladlarımız, yad şəxslərlə qarşılaşan zaman, bu məsələləri bilməlidirlər
Övladlarımız, yad şəxslərlə qarşılaşan zaman, bu məsələləri bilməlidirlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 437
Səs ver:
Uşaqların oğurlanması haqqında deyilən bir çox məsləhətlərə baxmayaraq, siz yenə övladlarınızın kifayət qədər ehtiyatlı olmamasından nigaransınızmı? Yad şəxslərlə icazəsiz bir yerə getməmə, özgə şəxslərdən sizin razılığınız olmadan pul və hədiyyə götürməmə barədə, övladlarınıza verdiyiniz tapşırıqlar fayda verirmi? Uşaqlar, valideynləri yanlarında olmayan zaman, bu nəsihət və tapşırıqları xatırlayırlarmı?
Özlərini yad şəxslərdən qorumaq üçün uşaqların bilməli olduqları ən yaxşı üsulları, mütəxəssislər belə izah edirlər:
İlk öncə yadda saxlayın ki, altı və səkkiz yaş arasında olan uşaqlar, kifayət qədər təcrübəyə və düşüncəyə malik deyillər və onları oğurlamaq istəyən şəxslərdən özlərini necə qorunmasını da bilmirlər. «Övladlarınızı təcavüzkarlar və oğrulardan qoruyun» adlı kitabın müəllifi doktor Beyker hər tərəfli və təhlükəsiz bir üsul təqdim edərək, kitabında «Yad şəxslərlə söhbət etmə!» kimi bir ifadəni işlətmişdir. Yad sözü bir çox şəxslərə aid olduğundan, bu məsləhət uşaqlara çox faydalıdır. Doktor Beyker deyir: «Valideynlər belə fərz etməsinlər ki, övladları insanları tanımağı və onları bir-birindən ayırmağı bacarırlar. Adətən, altı yaşından səkkiz yaşa qədər olan uşaqlar bir çox işlərin seçimində çətinlik çəkirlər. Onları oğruların yalanları və istifadə etdikləri vasitələrlə tanış etmək lazımdır». Doktor Beykerin fikrinə görə, əgər siz övladınızla birgə parka gedib, onu bu cür təhlükəsiz şəraitdə qarşılaşa biləcəyi təhlükə ilə tanış etsəniz, məsələlərin dərki onun üçün xeyli asanlaşar. Ola bilər ki, indiyə qədər bu məsələlər onun üçün çox qorxunc və dəhşətli olduğundan, bu barədə düşünməkdən də çəkinmiş olsun.

«Anan məni göndərib»

Uşaqlara hər hansı bir mövzunu oyun və ya tamaşa şəklində çatdırmaq çox faydalıdır, çünki onlar belə rollara tamaşa etməyi çox xoşlayırlar. Əgər siz uşaq oğurluğu haqqda bir senari hazırlayıb onu kukla tamaşası və yaxud başqa bir vasitə ilə uşaqlara göstərsəniz, bu onlar üçün çox faydalı olar.
Məsələn, nümunə olaraq bir kukla digər kuklaya meyvə suyu təklif edir, digər kukla meyvə suyunu almayıb anasına tərəf qaçır və olanları anasına danışır. Yaxud böyük bir paravoza və ya avtomobilə yekəpər bir sürücü mindirərək uşağa tərəf hərəkət etdirib sürücünün dili ilə deyin: «Valideynlərin xəstədir və məni göndəriblər ki, səni onların yanına aparım». Sonra yekəpər və güclü sürücünün uşağı zorla avtomobilə daxil edib aparmasını göstərin. Baş verəcək hadisə ilə bağlı heç bir qorxu hissi yaratmadan uşağa başa salın ki, ana və atanın icazəsi olmadan, heç kimin maşınına oturmasın. Bu nəsihətləri onlara üç aydan altı aya qədər təkrar edin, çünki onlar bu yaşda güclü yaddaşa sahib olmurlar.
Amerika uşaq evlərindən birinin müdiri Piter Benkes deyir: «Övladlarımıza təhlükəsiz bir şərait qurmaq, bizim vəzifəmizdir». Bu işi etdikdən sonra siz övladlarınızı imtahan edin, görün o, nəzarətsiz olan vaxtlarını kifayət qədər təhlükəsiz keçirirmi? Məsələn, yeddi yaşında olan uşaqların əksəriyyəti məktəbə tək gedirlər. Bu zaman onlar özlərini yetərincə qorumağı bacarmırlar. (Bir çoxları yaşı ondan aşağı olan uşaqları evdə tək qoymaq və yaxud evdən tək buraxmağı məntiqsiz hesab edirlər.) Təhlükəsizlik qaydalarını öyrətmək yolu ilə övladlarınızla gözəl və etibarlı bir əməkdaşlıq yaradın.
Qorxulu xəbərlər eşidən zaman bunu uşağa biruzə verməliyikmi? Belə nəzərə çarpır ki, təhlükəsizlik qaydalarını tanıtmaq üçün ən yaxşı yol, uşaq oğurluğu haqqında bir xəbər eşitdikdə onu uşağa tez çatdırmaqdır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu «bir başa qorxutmalar» yersiz qorxu və gecə kabuslarına səbəb ola bilər. Bu zaman hansı üsul və əməldən istifadə etmək haqqında düşünürük. Uşaq oğurluğu haqqında radio və televizorda əsassız sözlər yayımlanan zaman tez onu söndürün. Bu xəbəri eşidib çox narahat olmusunuzsa, bu mövzu haqqında övladınıza qəti söhbət açmayın. Mütəxəssislərdən birinin nəzərinə görə, uşaqlar valideynlərin qorxu və iztirabını gördükdə, ixtiyarsız onun təsiri altına düşürlər. Uşaqlarınız «xəbərlər proqramından» uşaq oğurluğu haqqında bir şey eşidən zaman, sizdən ətraflı izah istəyirlər. Bu zaman siz müxtəsər olaraq danışın, cüziyyatları izah etməyin. Sadə dillə deyin ki, bir uşağı oğurlamaq istədikdə polis gəlib onu xilas, cinayətkarı isə həbs edir.

Uşaqlarınıza tapşırıq verin

Övladınız özünüz və yaxud tapşırdığınız bir şəxslə yol getməmişdən qabaq ona kiminlə, hara və necə gedəcəyini başa salın və sonra onu sorğu-sual edin. Övladınızdan nə vaxt qayıdacağı barədə soruşun və bildirin ki, əgər fikrini dəyişərsə, mütləq sizi bundan xəbərdar etsin. Övladınızla parkda olarkən, söhbət əsnasında ona təhlükəsizlik qaydalarını öyrətsəniz, bu məsələlərin həlli onun üçün xeyli asan və sadə olar. Sizin icazəniz olmadan kiminsə – hətta tanıdığı şəxs və yə qonşu olsa belə - maşınına minməyi ona qadağan edin. Qəti sizin razılığınız olmadan, bir kəsdən pul və hədiyyə almasına icazə verməyin. Əgər bir kəs ona pul və hədiyyə verməyi söz verərsə, bunu sizə bildirməsinin zəruri olduğunu bildirin.
Adətən, uşaqları oğurlamaq məqsədində olanlar, kömək etmək üçün gəldiklərini söyləyərək uşaqları aldadırlar. Uşaqlarınıza tapşırın ki, belə olan zaman kömək istəyərək qışqırsınlar, onları vursınlar və utanmadan hərəkət etsinlər. Hətta, təhlükəni hiss etdikdə tez valideynlərindən birinin və ya himayəsində olduğu şəxsin yanına qaçsınlar və ya yanında ikən özünü təhlükəsiz hiss etdiyi şəxsdən kömək istəsinlər. (Xüsusən, əgər ona deyilsə ki, heç kimə bir söz demə ha!)
Arxalana biləcək şəxslər müəllimlər (uşaqlarınız onları çox yaxşı tanıyırlar), polis və orta yaşlı, yaxud qoca xanımlar da ola bilər. Belə məsələlərə qarşı diqqətsiz olmayaq, çünki yad şəxslərlə ehtiyatlı olsaq və təhlükəsizliyi qorusaq, bir çox xoşa gəlməz hadisələrin qarşısını almış olarıq.


Şərhlər:
Baxılıb: 437
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz