Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərin uşaq tərbiyəsində yol verdiyi 4 böyük səhv
Valideynlərin uşaq tərbiyəsində yol verdiyi 4 böyük səhv
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 1356
Səs ver:
Nənələrin əsas istəyi nəyin bahasına olursa-olsun uşağı yedirtməkdir. Elə analar da uşağını kökəltməyə can atırlar. Və bunun üçün daim müxtəlif hiylələr fikirləşirlər.

1. Nəyin bahasına olursa-olsun yedirtmək
Bir yaşdan yuxarı olan uşaqlar üçün yemək birinci yerdə dayanmır. Bu dövrdə uşaq aclığını öldürməyi düşünmür, o, ətraf aləmi öyrənməyə çalışır. Bundan başqa, bu dövrdə uşaqlar yemək məsələsində çox seçici olurlar. Onda böyüklər kiçikləri yedirmək üçün aldatmağa çalışırlar. Valideynlər yemək istəməyən uşaqları məcburi şəkildə yedirə bilmək üçün nağıllar oxuyurlar, gülməli səslər çıxarırlar  və  kuklaların köməyi ilə tamaşa göstərirlər, müxtəlif personajların dili ilə onları qorxudurlar, bir sözlə, yemək saatı gələndə bütün ev əhli səfərbər olur. Analar əlində boşqab və qaşıqla uşaqların dalınca qaçırlar. Sonda, əlbəttə ki, analar öz arzusuna çatırlar.
Amma nəticədə həm yemək mədəniyyəti pozulur, həm də uşağın sağlamlığına zərər dəyir. Belə ki, körpənizin fikrini daim yayındırdığınızdan, onun orqanizmi qida qəbuluna hazırlaşmır. Nəticədə uşaq yeməyin dadını hiss etmir və həzm prosesi, o cümlədən maddələr mübadiləsi pozulur. Əgər uşaq həmişə belə qidalansa, onda bu, gələcəkdə mədə-bağırsaq sistemində müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.
Yeməyin yaxşı həzm olunması üçün iştahalı olması lazımdır, onda orqanizm də qidanı qəbul etməyə hazır olacaq. Əgər uşaq sağlam və fəaldırsa, ancaq yemək istəmirsə, onda o, sadəcə olaraq aclıq hiss etmir. Onun orqanizmi yemək tələb etsə, özü bu barədə onsuz da deyəcək. Amma əgər o, yeməkdən imtina edir və xəstə görünürsə, onda gərək həkimə müraciət edəsiniz.

2. Son tikəsinə qədər yeməlisən
Çox vaxt valideynlər tələb edirlər ki, uşaq hər şeyi son tikəsinə qədər yeməlidir.  Bu zaman analar tikələrin uşağın ardınca ağladığı haqqında hekayələr uydururlar. Lakin bu yalnız uşağın iştahasını pozur. Bu, həmçinin uşaqda orqanizmin qida tələbatını və doymaq qabiliyyətini poza bilər. Beləliklə körpədə çox yemək vərdişi yarana bilər. O, yeməyi ac olduğu üçün deyil, sadəcə zövq üçün yeyəcək. Əgər uşaq boşqabda daim yemək saxlayırsa, bəlkə də ona yarım porsiya vermək lazımdır. Həmin qızıl ortanı taparaq yavaş-yavaş sayını artırmaq da olar.

3. Müxtəlif xörəklər
Adətən, uşaqlar sıyıq yemirlər, amma makaronu çox iştaha ilə yeyirlər. Sonra isə hər gün yalnız  makaron hazırlamağı tələb edirlər. Ona görə də analar bir neçə yemək seçimi təklif edərək özlərini daha da çətinliyə salırlar. Beləliklə, onlar uşağı daha çox əzizləyirlər. Bunu etməyə dəyməz. Əgər uşaq ona təklif olunan yeməyi yemək istəmirsə, deməli, o, kifayət qədər  acmayıb. Sadəcə uşağın acmağını gözləmək lazımdır.

4. Qonaqlıqda yemək mədəniyyəti
Böyüklər evdə uşağın xörəyi necə yeməsinə, süfrə arxasında özünü necə aparmasına, adətən, fikir vermirlər, yemək davranışını və mədəniyyətini ona öyrətmirlər. Amma uşaqla birgə harasa qonaq gedəndə süfrə arxasında özünü apara bilməyən uşaq danlamır. Uşaq başa düşmür ki, nə olar, nə olmaz... Əgər uşağın masa arxasında özünü yaxşı aparmasını istəyirsinizsə, onda ilk növbədə ona süfrə mədəniyyətini öyrədin və ona düzgün nümunə olun. 


Şərhlər: 7
Baxılıb: 1356
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
2. Son tikəsinə qədər yeməlisən

bunu bütün valideynlər deyir. amma doyandan sonra son tikəsinə qədər yedizdirib işgəncə etmək olmaz uşağa.

...666...
11 avqust 2015 15:48
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
annelercin hamisini bilmek lazimdir
10 avqust 2015 11:42
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
4 cü fikirlə razıyam.Elələri coxdu.Mənim uşagım süfrədə yemək yeyərkən hərdən uzanır yeyir,oturub yeyir.Mən bu zaman ona deyirəm günahdı,bilirəm o yaşda uşaga günah yazılmır,yenədə deyirəm Allah baba baxır acıgı gəlir,sonra durub oturur yeyir.Öyrətməy lazımdı
10 avqust 2015 00:11
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
rəmsə
2.ci yazılanlarla çox razıyam,həqiqətən də çox valideynlər uşaqların o qədər yedizdirirlərki,nəticədə uşağın mədəsi böyüyür və şişman olur.Bu məsləhətlərə qulaq asmaqda fayda var,tşk xəbər üçün.
9 avqust 2015 23:27
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
Nəyinki bu 4 nüansa bütün hərəkətlərinə diqqət etmək lazımdır ki uşağın tərbiyəsində səhvə yol verilməsin sonrada demiyək bu uşaq kimə oxşadı belə?
9 avqust 2015 21:48
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Bezi valideyinler var ki qonaq gederken uwaq sakit olsun deye onun sufreni darmadagin etmesine goz yumur lijbi Uwaq anani incitmesin bu medeniyyetsizlikdi
9 avqust 2015 20:15
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Valideynler bezen usaq terbiyesinde boyuk sehvler edir. Her zaman valideyn usaqa terbiye vererken hereket ve danisiqlarina fikir vermelidir
9 avqust 2015 19:44
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz