Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstedadlı övlad böyütməyin asan yolları
İstedadlı övlad böyütməyin asan yolları
Göndərən: Catwoman666
Şərhlər: 9
Baxılıb: 828
Səs ver:
Bütün valideynlər uşaqlarının bacarıqlı və əməksevər olmalarını istəyirlər. Bəs buna necə nail olmaq olar? Təəssüf ki, bunu hamı bilmir. Bu sirri Yaponiyada çoxdan aşkar ediblər. Nəticənin uğurlu olması üçün ənənəvi tərbiyə və müasir metodlardan istifadə edərək erkən yaşlarından uşaqda bacarıqlar formalaşdırmaq lazımdır. Hər bir verilən tapşırıq "sadədən mürəkkəbə doğru” prinsipinə əsaslanmalıdır.

Bu Yaponiyada əsas tərbiyə prinsipidir. Belə yanaşmanın nəticəsi əla olur− uşaqlar qısa müddət ərzində tədris vərdişlərinə yiyələnir və uğurla təhsillərini davam etdirirlər.

1. Uşaqlara kiçik yaşlarından inkişaf etməyə kömək edin.
Filadelfiya alimlərindən Qlen Domanın insanın potensial inkişafı araşdırmalarında müəyyən edilib ki, insan qəbul etdiyi informasiyanın 80% -ni erkən uşaqlıqda alır. Məktəbəqədər dövrdə bu proses sürətlənir. Əgər valideynlər bu dövrdə uşağa istiqamət versələr – verilən tədrisi qavrama qabiliyyəti inanılmaz dərəcədə artır.

2. "Addım-addım” metodundan istifadə edin.
Bu kiçik uşaqlara lazım olan şeydir. Əgər valideynlər uşaqda konkret vərdişlər formalaşdırmaq (uşağa karandaşı düzgün tutmağı, düz xətt çəkməyi, yazmaq, saymaq, kəsmək və s.) istəyirsə, hazır inkişaf proqramlarından istifadə edə bilər. Məhz bu metod Yaponiyada zehni inkişaf etdirməyin əsasında durur. Bu metod bir il əvvəl Rusiyaya gətirildi və sürətlə yayılmağa başladı. Hal-hazırda 47 ölkədə 4 milyon uşaq bu metod əsasında inkişaf etdirilir.

Bu tapşırıqlar eyni tipli çalışmaların dəfələrlə təkrarlanmasına, tədricən çətinləşməsinə əsaslanır. Bu uşağa çətinlik çəkmədən öyrənilənləri dərk etməyə və yadda saxlmağa kömək edir. Irəliyə atılan kiçik addımlarla sizin körpəniz mütləq uğur əldə edəcək. O, sadəcə öyrənilənləri yadda saxlamayacaq, həm də daha diqqətli olacaq, özünüidarəetmə və özünə inamı artacaq. Məşğul olduğu tapşırıqlar özünün də xoşuna gələcək.
 
3. Ən kiçik nailiyyəti belə tərifləyin.
Ən kiçik nailiyyət- uğura gedən yolda böyük bir addımdır. Uşağı tərifləməyi və yönləndirməyi unutmayın. Əksər inkişafetdirici kitablarda qiymətləndirmə və ya ballar sistemi var. Məsələn, bütün tapşırığı yerinə yetirdikdən sonra xüsusi sertifikat verə bilır və ya parka apara bilərsiniz. Ya da çoxdan istədiyi oyuncağı alaraq onu motivə edə bilərsiniz. Bu uşaqda motivasiyanı artırmaqla yanaşı özünü qiymətləndirməyədə müsbət təsir göstərir.

4. Məşğuliyyətlər maraqlı və oyun xarakterli olmalıdır.
Heç kimə sirr deyil ki, biz adətən bizə maraqlı olanları daha tez yadda saxlayırıq. Ona görə də hər hansı məşğuliyyət uşaqda maraq oyatmalıdır. Uşaqlar əsas məlumatları oyun vasitəsilə qəbul edirlər. Tapşırıqların oyun xarakterli və interaktivliyi çox vacibdir. Məsələn, zaman, vaxt, saat haqqında uşağa sadəcə danışa bilər və ya saatın əqrəbləri ilə oynayaraq öyrənməyi əyləncəli hala gətirə bilərsiniz. ikinci halda uşaqda daha çox maraq oyanacaq və özü bunu davam etdirmək istəyəcək.

5. Uşaqda müstəqilliyi inkişaf etdirin.
3 yaşında uşaqda müstəqillik, "mən özüm” anlayışı inkişaf etməyə başlayır. Ona mane olmayın, tam əksinə onun cəhdlərini inkişaf etdirməyə çalışın. Oynayanda, şəkil çəkəndə, yapışdıranda mane olmayın, xüsusilə nəsə düzəliş verməyə çalışmayın. Hər müstəqil atılan addım hətta səhv olsa belə, gələcəkdə uğura aparan yol ola bilər. Bunlar uşaqlarda vərdişlərin formalaşmasına və sistemli öyrənməni formalaşdırır, bu da uğurlu təhsil almağın əsasında durur. Uşağa çox şeyi sərbəst etmə güvənliyini verir. Buna görə də uşaq yenə də və yenidən uğur əldə etməyə cəhd edir.


Şərhlər: 9
Baxılıb: 828
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mənim valideynlərim heç belə şeylərə əməl etməyib (daha doğrusu heç fikir də verməyib 122 ), amma mən çox istedadlı qız olmuşam. Uşaqlıqdan indiyə kimi 02

...666...
7 avqust 2015 19:25
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
gələcəkdə əməl edərik inŞAAllah
7 avqust 2015 16:26
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
usaq vaxdinnan coox istedadliyam
valideynlerim yazilanlara emel edib...
7 avqust 2015 15:59
# 7
Don't trust anyone ∆
Dosta_inam
Maraqli meslehetdir, cox sukur usaqlarin her halinden raziyam heleki, inden bele de bele olar Insaallah.
7 avqust 2015 06:56
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Turkan Abbasova
Insallah oğlumla məşğul olacam. Allah analara sebr versin. Usaqlarada agil qabiliyyet savad versin insallah
6 avqust 2015 23:07
# 5
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Canavar sevgisi
Bizde uwaq olan kimi tel veriller eline : l yada kompda mutik qoyullarki uwaq baxsin valideyininde bawi dinc olsun muasir dovurde bir cox analar bele eliyir bu da uwaqlara zerer verir. Sorada deyiller uwaq niye keydi day key olarda kompa baxmaxdan : l bu meslehetler cox deyerlidir:) xeberi beyendim tebii ki
6 avqust 2015 22:34
# 4
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
aziz a
Yarali yerimdi,qizima sebrim catmirki nese oyredim, mektebde yaxinlasir artiq...
6 avqust 2015 20:52
# 3
Qelbim doludu !!!!
BARBI
Istedadli usaq boyutmek cun usaqla coxlu mesgul olmalisan. Her daim ustunde durmalisan derslerine nezaret yetirmelisen
6 avqust 2015 20:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
qeseng tekliflerdir
6 avqust 2015 20:13
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz