Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara "bağışla" deməyi məcbur etməyin!
Uşaqlara
Göndərən: emis
Şərhlər: 8
Baxılıb: 602
Səs ver:
Tez-tez oyun meydançalarında, bağçalarda və məktəblərdə bu hadisənin şahidi oluruq: böyüklərdən biri, bir uşağın elədiyi hərəkətə görə digərindən (və hətta böyüyün özündən) üzr istəməsi üçün israrla təkid edir.

Buna evlərdə də rast gəlmək olur: ata və ya ana bir övladının digərindən üzr istəməsi üçün az qala dəridən-qabıqdan çıxır. Əlbəttə ki, onlar bunu övladlarının tərbiyəsi istiqamətində mühüm bir addım kimi dəyərləndirirlər. Lakin, məsələnin əslinə baxsaq, əslində bunun yalnış bir üsul olduğunu anlayarıq. Uşaqların beyninin yeni qabığı bəzi həqiqətləri dərk edəcək qədər kifayət dərəcədə inkişaf etməyib. Odur ki, uşağı üzr istəməyə məcbur etməzdən əvvəl bəzi məsələləri diqqətə almaq lazımdır.

İlk öncə onu yadda saxlamalıyıq ki, uşaqlar səbəbsiz yerə heç bir pis davranışa yol vermir. Odur ki, məsələnin kökünü araşdırın. Uşağınızla söhbət edin, onu bu hərəkətə nəyin vadar etdiyini müzakirə edin.

Qarışıq hisslər keçirmək, uşağın inkişafında mühüm rol oynayır. Bu, uşağın vəziyyətə adaptasiya olunması üçün ən vacib amillərdən biridir. Odur ki, siz uşağınıza gülümsəyərək "Səhər qardaşınla (bacınla) nə yaxşı oynayırdız, indi isə dalaşırsız” deyərək, qarışıq hisslər keçirməyin normal olduğunu ona bildirin. Çünki, hər bir normal insan kimi, uşaqlar da vəziyyətdən asılı olaraq öz qəzəblərini və ya öz sevinclərini büruzə verə bilərlər. Sadəcə olaraq ona bu qəzəbini büruzə verməyin təhlükəsiz və alternativ yollarını təklif edin: məsələn, ürəkdən qışqırmaq, yastıqları yumruqlamaq və s. Uşaq özü qəzəbli ikən, qəzəbi soyumamış, onun başqasından üzr istəyəcəyini gözləməyə dəyməz. Özümüzü belə bir vəziyyətdə təsəvvür edək: hətta haqsız olduğumuzu bildiyimiz halda, biz böyüklər qəzəb anında üzr istəməyi təkəbbürümüzə sığışdırmırıq.

Psixoloq Laura Marxam hesab edir ki, uşaqlara bir-birilə ünsiyyət qurmağa, öz istək və ehtiyaclarını ifadə etməyə, bir-birinin sözünü dinləməyə onlara kömək etmək lazımdır. Psixoloqun sözlərinə əsasən, "qaydaları pozmuş” uşağın hirsi soyuduqda, ona öz bacı-qardaşı ilə münasibətlərini düzəltməsi üçün müəyyən üsullar da təklif etmək olar. Həmçinin psixoloq hesab edir ki, bir uşağı məcburən digərindən üzr istəməsinə vadar etmək, onu yalana öyrədə bilər. Çünki, həmin an uşaq üzr istəməyi ürəkdən və səmimi şəkildə istəmədiyi üçün, "məni bağışla” deməklə yalan danışmış olur.

Uşaqlar sərgilədiyi bütün davranışları bizdən öyrənir. Əgər biz böyüklər bilərək və ya bilməyərək bir-birimizi və ya uşağımızı incitdikdə, qəlbini qırdıqda üzr istəsək, uşaq da təbii olaraq bu davranışı nümayiş etdirəcəkdir. Odur ki, övladımızdan gözlədiyiniz bütün gözəl davranışlara məhz özümüz nümunə olmalıyıq.


Şərhlər: 8
Baxılıb: 602
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
valideynlər diqqət etməlidir bu kimi şeylərə və oz hərəkətlərinə uşaqlar böyüklərdən görüb götürməlidir.))
7 avqust 2015 16:31
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
lili)
menim usaqlarim uzr isdemeyi bacarirlar sefleri varsa
5 avqust 2015 20:26
# 7
ALESSANDRA
Həyatda hec kimseden üzr istemmeisem
bunun cunde hec kimi mecbur etmey olmaz
en esasi haqqlari yoxdur!!!
tsk...
5 avqust 2015 12:16
# 6
Don't trust anyone ∆
efsane..
usaq neyi nece gorerse ele de oyrener ona gore demekle deyil gostermekle terniye vermek lazimdi valideyn dediyini ozu etmezse usaqda etmez
5 avqust 2015 00:06
# 5
Catwoman666
üzr istəməyi heç sevmirəm! amma üzr istəmək pis bir şey deyil. günahın və ya səhvin varsa üzr istəməlisən. (amma bu qaydalar mənim üçün keçərli deyil 02 )

...666...
4 avqust 2015 20:22
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Valideyn tərbiyəni özü bilmədən öz hərəkətləriylə verir, uşaq nə görürsə təkrar edir və öyrənir mənfiləri və müsbətləri bilmədən sadəcə öyrənir. Ona görə valideyn birinci özünə öz hərəkətlərinə baxsın sonra uşaqdan nəyisə tələb etsin. Və nəyisə tələb edərkən onun niyə edildiyi mütləq başa salınmalıdır ki, uşaqda qavraya bilsin..
4 avqust 2015 20:06
# 3
vipbetul
usaq uzurude basa dusherek isdemelidirki men neycin uzr isdeyirem ne sehvi etmisem

usaq uzurude basa dusherek isdemelidirki men neycin uzr isdeyirem ne sehvi etmisem
4 avqust 2015 19:49
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Usaqlara her zaman uzr istemeyi oyretmek lazimdir. Uzr istemek alcalmaq deyil eksine daha da boyuklukdur. Gunahin varsa uzr istemeyi bacarmalisan
4 avqust 2015 19:46
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz