Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oyuncaqların uşaq psixologiyasına təsiri
Oyuncaqların uşaq psixologiyasına təsiri
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 647
Səs ver:
Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir

Bu gün oyuncaq mağazalarında həddindən çox oyuncaqlar, cizgi film qəhrəmanlarının heykəlcikləri, gəlinciklər, arabalar və s. mövcuddur. Bəzən körpə üçün hər qonaq gediləndə fərqli oyuncaqlar alınır. Lakin bunların heç biri onun sevimli oyuncağı ola bilir. Bu qədər oyuncaq çoxluğu isə evdə əlavə yer tutmaqdan başqa bir işə yaramır.

Psixoloqlar bu fikirdədir ki, hər körpə individualdır və onun necə deyərlər, "damarını" tutmaq lazımdır. Hər bir oyuncaq məqsədli alınmalı, körpəni əyləndirməli, anaya isə kömək etməlidir. Uşağı psixoloji yükləyən, mənəvi incidən oyuncaqlardan isə uzaq durmaq lazımdır.

Psixoloq Emil Behrudinin sözlərinə görə, oyuncaqlar körpənin həyatının ayrılmaz bir hissəsi olmalıdır. Onlarla oyuncaq almaq uşağın heç biriylə maraqlanmamasına səbəb olur. Bu isə həm valideynin, həm də uşağın işini çətinləşdirir: "Bəzən analar narazılıq edir ki, uşağımın oyuncaqlara marağı yoxdur. Nə qədər oyuncaq alsaq da, 1 saatdan sonra kənara atır. Paltar sancaqları, pultlar, kibrit və bu kimi əşyalarla oynayır. Bu hal əksər analar üçün bir problemdir. Buna səbəb isə uşağın oyuncağının çox olmasıdır. Uşaq oyuncağa dostu kimi baxmır. Onu qırır, sıxıldığı zaman kənara atır, maraqlanmır".

Uşağın çox oyuncağı ola bilər, amma əsas oyuncaqdan sonra. Bunu isə valideyn təşkil etməlidir. Körpəlikdən daimi olaraq eyni oyuncaqla yatırtmaq, yedirtmək, gəzməyə aparmaq körpədə oyuncağa bağlılıq yaradacaq. Bu, əslində idarəetmə üçün əladır. Məsələn, dilsiz körpəni yatağına uzadıb məcbur edirlər ki, yatsın. O, hələ yarım saat əvvəli unudacaq qədər həssas olduğundan onu nə üçün uzatdıqlarını anlamır və qorxaraq ağlamağa başlayır. Analar üçün körpə yatızdırmaq zülm olur. Oyuncağa bağlı olanlar isə yatağına uzandırıldığı zaman "dostu"nu da yanında görür və qorxu hissinə qalib gəlir. Yuxuya keçmə də asanlaşır. Oyuncaq uşaq həyatında onu əyləndirməkdən çox yaşamını sadələşdirməli, rahatlaşdırmalıdır.

Psixoloq deyir ki, alınan oyuncaqlara diqqət yetirmək lazımdır. Uşağa fərdi oyuncaq seçmək olduqca çətindir. Mağazadan hər hansı bir personajı alıb uşağa onu dost etmək mümkün deyil. Gərək eləsi seçilsin ki, körpənin zövqünü oxşasın: "Mütləq rəngli olmalıdır. Olduqca yumşaq və orta ölçüdə olan oyuncaqlara üstünlük verilməlidir".

Oyuncaq uşaq üçün yalnız əyləncə deyil. O, körpənin əqli və fiziki inkişafında böyük rol oynayır. Oyuncaq seçərkən mütləq uşağın inkişaf səviyyəsini və yaşını nəzərə almaq lazımdır. Ömrünün ilk ilində oyuncaq uşağın davranışı, müşahidəsi, dinləməsi, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin, oyuncaq, rəngləri fərqləndirməyi, əşyaların formasını və materialını müəyyən etməyi, uşağın nitqinin formalaşmasına kömək edir.

Bəzən uşaqlar yumşaq oyuncaqlardan qorxurlar. Uşağı həmin oyuncaqlara öyrəşdirmək əvəzinə, müəyyən müddət onları yumşaq oyuncaqlardan uzaq saxlamaq lazımdır. Uşağa yeni oyuncaq təqdim edəndə gərək valideyn onun işləmə mexanizmini, onunla necə rəftar etməyi ona öyrətsin. Belə ki, uşaq oyuncağı müəyyən müddət valideyninin əlində görəndə onda da həmin oyuncağa qarşı maraq yaranır. Çünki uşaqlar böyüklərdə gördüklərini əldə etməyə can atırlar.

Bu gün oyuncaq mağazalarında kiçiklər üçün nəzərdə tutulan müxtəlif növ əyləncə vasitələrinə də rast gəlmək mümkündür. Amma məsələnin narahatverici tərəfləri də var. Söhbət bəzi növ oyuncaqların balacaların psixoloji durumuna mənfi təsirindən gedir. Belə ki, bu gün satışda kifayət qədər qorxulu oyuncaqların olduğu hər kəsə bəllidir. Məsələn, qəribə mutantları təcəssüm etdirən oyuncaqlar daha çox dəhşət saçır. Yaxud saqqalı əsgər oyuncaqları daha çox terrorçuları xatırladır. Psixoloqlar da bu cür oyuncaqların sonradan uşaq psixikasında mütləq mənfi fəsad verəcəyini deyirlər.

Əsasən, küçələrdə satılan, ucuz qiyməti olan Çin istehsalı oyuncaqlar mənəviyyatı korlamaqla yanaşı, uşaqların sağlamlığı üçün də ciddi təhlükədir. Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir. Azərbaycanda hər bir istehlakçının oyuncağın sertifikatını tələb etmək hüququ var. Övladınızın sağlamlığını düşünürsünüzsə, hüququnuzdan mütləq yararlanın.


Şərhlər: 9
Baxılıb: 647
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Oyuncaqların da uşaq psixologiyasına təsiri çoxdur. Silah və s. kimi oyuncaqların uşaq psixikasına mənfi təsir göstərdiyini düşünürəm.

bundan əlavə oyuncaqların sağlamlığa da təsiri var. Keyfiyyətsiz oyuncaqlardan uzaq durmaq lazımdır! xüsusən də Çin malı olan oyuncaqlardan.

...666...
3 avqust 2015 18:58
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Bizde atasi alir qizlara oyuncaqlari, ancaq elede oynayan deyiller, ancaq yazmaq renglemeyi cox sevirler,
3 avqust 2015 07:19
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
...AdaDunyam``
valideynler diqqetli olsunlar
2 avqust 2015 23:12
# 7
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
KRALİCEM
Qizim boyusun ona hersey alacam
2 avqust 2015 23:03
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
VIP
Mənim oglum cox hallarda özü secir oyuncagı.Burda uşag oyuncaglarıdı,paltarlarıdı xüsusi önəm verildiyinə görə narahat deyiləm.Bizimkilərdi öz millətinə puldan ötrü zərər verirlər.
2 avqust 2015 21:29
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Usaqlara ancaq qorxusuz ve tehlukesi olmayan oyuncaqlar almaq lazimdir. Oyuncaqlar Usaqlarin psixologiyasini poza biler. Onlara qorxulu cirkin oyuncaqlar almaq olmaz
2 avqust 2015 21:25
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
heee hetta o oyuncaqlarin usaqlarin istiofade qaydasida onemlidi
2 avqust 2015 20:20
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
vipbetul
usaqcin temiz olan oyuncaqlar almaq lazimdir hem psixikaya hemdeki saqlamliqa xeyri olmalidir
2 avqust 2015 19:57
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
Indiki zemanede heqiqetende tesiredici oyuncaqlar var.Hemde qeribe cizgi filimleri var
2 avqust 2015 19:52
# 1
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz