Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideyn uşağa yox deməyi bacarmalıdır!
Valideyn uşağa yox deməyi bacarmalıdır!
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 625
Səs ver:
Uşağın formalaşmasına ölkədə olan sosial-iqtisadi vəziyyət, aldığı təhsil əhəmiyyətli dərəcədə təsir göstərir.
Lakin bu faktorlarla yanaşı duran ən mühüm amil valideynin uşağı düzgün tərbiyələndirməsidir. Əgər məktəb və valideynlər birlikdə bu istiqamətdə fəaliyyət göstərirsə, onda uşağın tərbiyəsində müsbət nəticələr əldə etməyə olan inam, şübhəsiz, reallaşacaq. Deməli, uşağın psixoloji durumu da dayanıqlı olacaq və bu onun dəyərli bir vətəndaş kimi formalaşmasına da yardım göstərəcək.
Qeyd edim ki, uşağa təkcə sözdə demək kifayət etmir, həm də real sevgi sərgiləmək lazımdır. Çünki dünyanı hələ tam dərk etməyən körpələrin bizdən başqa nə istəyi ola bilər? Məgər körpələrlə diqqət, qayğı və sevgini bölüşmək çətindirmi?
Lakin sevgi heç də "hər şey olar” demək deyil. Lazım gələrsə uşağa "yox” deməyi də bacarmaq lazımdır. İstərdim sizə tövsiyyələr verim. Hər bir valideynə məsləhətdir ki, bu tövsiyələri yerinə yetirsin.

1-ci qayda
Siz "yox” sözünü hər zaman işlətməyin, çünki o, öz dəyərini itirə bilər. Əgər ana uşağı tez-tez danlayaraq "Yox, eləmə, olmaz! Bəsdi!” kimi ifadələr işlədərsə, az sonra bu uşaq tərəfindən qəbul edilməyəcək. "Yox” sözü o zaman işlədilməlidir ki, uşaq ona reaksiya versin. Məsələn, uşağın oynadığı otağa tez sınan bahalı güldan qoyulubsa və uşaq ona tez-tez toxunursa, siz uşağa "yox” deməkdənsə, əşyanı otaqdan kənarlaşdıra bilərsiniz. Beləliklə, siz əvvəlcədən təhlükəni uzaqlaşdıraraq "yox” sözünü də işlətməmiş olacaqsınız.

2-ci qayda
Əgər siz "yox” sözünü işlətmisinizsə, ardınca onu "hə” ilə əvəz etməyin. Müəyyən bir situasiyada "yox” cavabını demək lazımdırsa, siz əvvəlcədən bir də fikirləşin, bu sözü işlətmək nə dərəcədə məqsədə uyğundur. Ola bilsin ki, siz sonra fikrinizi dəyişib "hə” deyəzsiniz. Ona görə də əvvəlcədən bir də götür-qoy etmək məsləhətdir. Biz uşaqlarımıza ağı qaradan seçməyi öyrədəndə heç vaxt ağı qara ilə əvəz etmirik. Onda nə üçün "yox”u "hə” ilə əvəz etməliyik? Bunun düzgün olmadığını anlamalıyıq.

3-cü qayda
Əgər siz artıq "yox” demisinizsə, onda böyük və çətin işə hazır olun. Yadda saxlayın ki, müəyyən bir qadağa uşaqda daha çox maraq oyadır və o, əksini edir. Çünki siz onun azadlığına məhdudiyyət qoyursunuz. Bu nəinki uşağın, hətta böyüyün belə xoşuna gəlmir. Ona görə də "yox” sözünü uşağın qəbul etməməsinə hazır olmalısınız. Məhz bu zaman çətin iş başlanır. Əvvəlcə uşaq özünü müdafiə etməyə başlayacaq və hər vasitə ilə çalışacaq ki, sizi sözünüzdən döndərsin. Valideyn bu məqamda səbrlə, heç bir aqressiv cümlələr işlətmədən öz sözünün üstündə durmalıdır. Artıq situasiyanı siz idarə edəcəksiniz və uşaq sizinlə razılaşmağa hazır olacaq. Siz isə bu çətin işi davam etdirməlisiniz. Bu zaman siz uşağı tərifləyərək, "yox”u müsbət emosiyalarla qəbul etdirməlisiniz. Hətta onu mükafatlandıra da bilərsiniz. Bu böyük və çətin bir iş, sınaq və tərbiyədir.
Digər tərəfdən yaddan çıxartmayaq ki, valideynlər uşaqlarına qoyduğu qadağalara özləri də riayət etməlidirlər. Məsələn, siz uşağa şirniyyat yeməyə qadağa qoymusunuzsa, özünüz də bundan imtina etməlisiniz. Bizə elə gəlir ki, qadağa qoymaq heç də çətin deyil. Əslində isə bu uşağı mənəvi təzyiq altına salır. Ona görə də başasalma, razılaşma yolu ən optimal və effektiv yol sayılır.

4-cü qayda
Siz öz qadağanızı, yəni "yox” sözünü nəyə görə dediyinizi uşağın dərk edə biləcəyi zaman izah edin. Məsələn, ana iki yaşlı körpəsinin üstünə qışqıraraq deyir: "Tez ol, əlini ağzından çıxart!”, "Mən sənə neçə dəfə deyirəm ki, onlar çirklidir!”. Və ana üzünü o yana çevirən kimi uşaq təkrar əlini ağzına aparır, hətta bir barmağını yox bütün əlini ağzına soxur. Çünki uşaq bu zərərli vərdişin gələcəkdə hansı fəsadlar, xəstəliklər törədəcəyini anlamır. Ancaq ananın fikrincə, bu balaca nəinki anlamalı, hətta yadında saxlamalıydı ki, bunu eləmək olmaz. Məsələnin təhlükəli məqamı ondadır ki, ana öz anlaşılmaz ifadələri ilə nəinki uşağı başa salır, əksinə, hətta çaşdırır. Ona görə də uşağa nəyisə başa salanda onun şüurunun inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əks halda biz onu anlaşılmaz qadağalarla təkbətək qoyuruq.
Uşağın yaş həddi və intellektual səviyyəsi bu cür qadağaları izah etməyə imkan vermirsə, qadağanı nə iləsə əvəz etmək lazımdır. Əgər siz uşağınıza nəyisə başa salırsınızsa, siz bu anlayışı uşağın dilində, onun başa düşəcəyi tərzdə edin. Və söhbətinizi elə qurun ki, o, özü sizə nəyi necə anladığını desin.

5-ci qayda
"Yox” sözü neytral emosiyasız deyilməlidir. Çünki onu münasibətlərin aydınlaşmasında deyil, tərbiyə prosesində istifadə etmək lazımdır.


Şərhlər: 8
Baxılıb: 625
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
uşağa yox sözünü elə demək lazımdırki uşağın pisixologiyasına təsir etməsin.. şirin dillə başa salmaq lazımdır hər şeyi.
31 iyul 2015 18:12
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
Mənə heç kim Yox deye bilməz!!! Nəsə istədimsə alacağım cavab Hə olmalıdır. Valideynimin mənə yox deməsini sevmirəm.

...666...
30 iyul 2015 18:14
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Mrs.Pianist
Menim ana olmaq yasim deyil) amma dayim usaqlari ve yaxud qohumlarin usaqlari olsun onlara analari yox deye bilmir usaqdi deye aglayar deye,amma men yox deyirem aglasada axiri diyacanaqda.Mence valideyn usaqa yox demeyi bacarmalidir.
29 iyul 2015 15:00
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
tatyana
Yoxxx demeyi bacariram,esas odurku usagi yox,olmaz sozunu anlamaga oyredesen
29 iyul 2015 09:34
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
VIP
Yox deməyi bacarıram
29 iyul 2015 01:19
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
yoxuda ele demek lazimdirki usaq basa dushsun ki bu olmaz daha eseble demek dzugun deyil

yoxuda ele demek lazimdirki usaq basa dushsun ki bu olmaz daha eseble demek dzugun deyil
28 iyul 2015 21:21
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gul_Konul
Yox deyende ele edirlerki deyiwib he diyirem)))
28 iyul 2015 21:17
# 2
BARBI
Valideyn usaga yox demezse gelecekde cix boyuk fesadlar tarana biler. Ona gore her zaman yox demeyi bacarmaliyiq.
28 iyul 2015 20:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz