Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südünün davamlılığını necə tənzimləməli?
Ana südünün davamlılığını necə tənzimləməli?
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 8
Baxılıb: 676
Səs ver:
Bəzi hallarda uşaq ana südündən doymur. Bunu dəqiq təyin etmək üçün xüsusi üsullar var (bu haqda "Uşağa ana südü çatırmı?" məqaləsində məlumat ala bilərsiniz).

Bir çox hallarda bunun səbəbi əmizdirmənin düzgün təşkil edilməməsindədir.

Laktasiyanın gücləndirilməsi üçün mütəxəssislər bu kimi məsləhətlər verir:

- Bir çox hallarda uşağın doymamasının səbəbi ondadır ki, uşaq ananın süd vəzisini düzgün tutmur və nəticədə ona lazım olandan az süd əmir. Beləliklə uşaq ac qalır. Ananın orqanizmi isə "siqnal" alır ki, südü daha az miqdarda ifraz etmək lazımdır. Vaxt keçdikcə süd daha az miqdarda ifraz olunur ki, bu nəticədə laktasiyanın tamam dayanmasına səbəb ola bilər. Uşağın normal əmməsi üçün onun ağzında tək döşün giləsi deyil, gilə ətrafında olan dairə da olmalıdır.

- Uşaq rejimlə deyil, özü istədiyi vaxtda əmizdirilməlidir. Rejimlə əmizdirilmə südün azalmasına səbəb ola bilər. Süd azdırsa, uşağı daha tez-tez əmizdirmək lazımdır. Bunun nəticəsində ananın süd vəzilərində süd daha çox miqdarda "istehsal olunur" ki, laktasiya da güclənir. Ana südü uşaq orqanizmi tərəfindən çox asan mənimsənilir və bu səbəbdən əlavə qidalandırılmalar ona heç bir mənfi təsir etmir.

- Süd azdırsa, əmizdirmələr arası südü sağın. Bunun nəticəsində ananın orqanizmi daha çox miqdarda süd ifraz etməyə başlayır. Nəzərinizə çatdıraq ki, südü o vaxta qədər sağmaq lazımdır ki, onun miqdarı lazım olan səviyyəyə qədər artsın. Əks halda hiperlaktasiya inkişaf edə bilər.

- Laktasiyanın normal olması üçün gecə əmizdirmələri (gecə ərzində 2 dəfədən az olmayaraq) çox vacibdir. Məsələ burasındadır ki, laktasiyanın hormonu olan prolaktin məhz gecə və səhər saatlarında (xüsusən saat 3.00 - 8.00 radələrində) daha çox miqdarda ifraz olunur.

- Hər əmizdirmədə uşağa bir döşünüzü verin və digərini yalnız körpə birincisini tam "boşaltdıqda" verin. Süd yağsız və daha yağlı "hissələrdən" ibarətdir. Əmdikcə uşaq əvvəl yağı daha az olan südün hissəsini alır, daha sonra isə süd daha yağlı olur ki, nəticədə uşaq doyur. Əgər uşaq yağlı südünə çatmamış ana onu digər döşünə qoyarsa, bu halda uşaq doymayacaq və bundan əlavə onun mədə-bağırsaq sistemində problemlər yaranacaq.

- Uşaq bir döşü tam boşaltdıqdan sonra ona mütləq digər döşünüzü verin.

- Əgər uşaq yalnız ana südü ilə qidalanırsa, ona su, çay və digər mayeləri (ciddi zərurət  olmadığı halda) verməyin. Bütün əlavə mayelər uşaqda yalançı "doyma" hissini yaradır ki, uşaq daha az miqdarda ana südünü əmir.

- Ana südü ilə qidalanan uşağa əmzik verilməməlidir. Əmziyi əmən uşaq ananın döşünü də düzgün götürmür ki, nəticədə daha az süd əmir.

- Laktasiyanı gücləndirmək üçün müxtəlif otlar və otlar qarışıqları istifadə olunur. Lakin mütəxəssislərin rəyinə görə, bu vasitələr daha çox müalicəvi deyil, psixoloji effeekt verir. Bundan əlavə mayenin normadan çox artıq qəbul edilməsi anada hətta südün azalmasına səbəb ola bilər.


Şərhlər: 8
Baxılıb: 676
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Seher
Ana 2 yasina qeder usaga ana sudu vermelidi. 2 yasinan sonra haramdi.
1 avqust 2015 16:31
# 8
1
Catwoman666
Mən bildiyimə görə valideynlər uşaqlara 2 yaşına qədər gündə heç olmasa 2 stəkan ana südü verməsi şərtdir.

...666...
29 iyul 2015 20:08
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
1205
Allah butun analara uwagini doyunca emizdirmeye sud versin.amin
24 iyul 2015 17:07
# 6
vipbetul
annelciklercin maraqli melumat olar
23 iyul 2015 22:56
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
Ewitdiyime gore 2 yasina qeder usaga sud verilmelidir.
23 iyul 2015 22:49
# 4
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
BARBI
En azi 6 ay ana sudu usaga verilmesi mutleqdir.
23 iyul 2015 21:43
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Lazimli meslehetdir yeni korpesi olan xanimlara, menim qizlarim yaxsi yeyirdiler, doyurdular yeqin sakit olublar, doymasa idi aglayardilar, ancaq quru emzik goturmedi, ele yaxsi ki, goturmediler, tesekkur.
23 iyul 2015 20:33
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Gul_Konul
Heyifki indi bilirem.. cemi 3ay sud vere bilmiwem, duzgun qidalandirmagi oyrenseydim doyunca sud vermiw olardim..
23 iyul 2015 19:49
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz