Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların tərbiyəsi nədən korlanır?
Uşaqların tərbiyəsi nədən korlanır?
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 683
Səs ver:
...Həyətə çıxmaqla bayırdan eşitdiyim sözlərə elə diksindim ki, mat-məəttəl qaldım. On dörd-on beş yaşında oğlan uşaqları hündür səslə elə tərbiyəsiz sözlər danışırdılar ki, eşidən qulaqlarına inanmaq istəməz. Amma neyləyəsən ki, bu həqiqətdir və ətrafımızda bu cür övladının tərbiyəsindən bixəbər nə qədər valideyn var. Qarşıdan yeni təhsil ilinin başlaması ilə bağlı yazı yazmaq fikrim olsa da, düzü mövzunun belə istiqamət alacağını bilmirdim. Axı uşaqlarımız məktəbə təlimlə birgə, həm də tərbiyə almaq üçün yollanırlar. Amma söyüşlərini, yaşlarına uyğun olmayan dəhşətli sözlərini eşitdiyim uşaqlar artıq neçə ildir ki, parta arxasında əyləşirlər. Onlar həm evdə, həm də məktəbdə tərbiyə almalıdırlar, amma…

...Deyəsən, biz heç dəyişməyəcəyik. Nə təlim, nə tərbiyə bizlik deyil. «Uşaq mənimdir əgər oxutmuram əl çəkin» deyən böyük Sabirin sadə dillə söylədikləri bu gün də öz təravətini itirməyib. Biz elə bir ailə çərçivəsində yaşayırıq ki, uşaqlarımız sanki anadan alverçi, oğru və qəddar doğulur. Çünki elə yenicə dil açmağa başlayan körpəmizi biz belə əzizləyirik: «Söy atanı, əmini söy görüm, gör ata sənə nə alacaq».
Bir dəfə belə bir söhbətə görə hətta bir ailədə dava-dalaş düşməsinin şahidi olmuşam. Belə ki, yenicə ailə quran xanımın həyat yoldaşı qardaşının uşağını məcbur edirdi ki, gəlinin bacısını söysün. Özünə görə əxlaqı olan xanım isə buna etirazını bildirirdi ki, onun bacısının nə günahı var ki, kimsə onu söyməlidir.

Beləcə, qanımıza işləyən bu cür tərbiyəyə bizim ailələrdə rast gəlmək adi bir hala çevrilib. Bununla da uşağın nitqini, söz ehtiyatını «formalaşdırırıq». Həmin uşaq böyüyəndə birinci elə öz valideynini söyür və hələ ona əl qaldırmağa da hazır dayanır. Necə ki, bu gün belə hadisələri kriminal xəbərlərdə az eşitmirik. Günahı isə onda-bunda axtarırıq. Və yaxud da azyaşlı oğlan uşağına atası deyir ki, hə, daha balam böyüyüb kişi olub, mənimlə içə bilər. Beləcə, uşağın mədəsini zəhərləyirik. Sonra da istəyirik ki, övladımız güclü-qüvvətli olsun. Özümüz ona başa salırıq ki, özündən zəifləri döyməmiş evə gəlməsin. Cibinə də xeyli pul qoyub və heç maraqlanmırıq ki, uşaq, yeniyetmə hara gedir. Ayılanda, əgər ayılası olsaq, görürük ki, biz heç də övladımızla fəxr edə bilmirik, əksinə, deyəsən, həmişə onlara görə üzümüz danlanıb, qanımız qaralası olacaq.

   Bəs görəsən, bu gün uşaqların tərbiyəsi ilə bağlı psixoloq qənaəti necədir. Odur ki, Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayevə müraciət etdik. Psixoloq da məsələ ilə bağlı vəziyyətin həqiqətən də acınacaqlı olduğunu bildirdi. Və bunun birbaşa ailədən, valideynlərin yaratdığı mühitdən asılı olduğunu söylədi. İlk olaraq bildirdi ki, uşağa beş yaşına qədər «yox» sözü deyilməməlidir. Onda uşaq daha sərbəst, komplekssiz böyüyür və bu onun gələcəyinə təsir edir. Bəs onda məktəb bu məsələdə nə dərəcədə rol oynayır, sualına isə D.Rzayev belə cavab verdi: «Əgər müəllim özü şagirdin yanında nalayiq ifadələr işlədir, kobud sözlər danışır, hətta söyüş söyürsə, onda uşağı necə qınamaq olar?

Evdə, məktəbdə, küçədə, dayanacaqda, avtobusda, metroda… böyüklərdən söyüş eşidən azyaşlının psixologiyasına bu təsirsiz ötüşmür. Əlbəttə, əgər Rusiyada söyüş söymək, bəzi nalayiq sözlər işlətmək adi hal kimi qəbul edilirsə, bizdə əksinədir. Bu bizim mentalitetimizə, mədəni səviyyəmizə yaddır. Ancaq təəssüf ki, bu gün ictimai yerlərdə böyüklərlə yanaşı, azyaşlılar da nalayiq sözlər işlədir, hətta söyüş söyürlər».

Hər hansı tikilinin bünövrəsi olduğu kimi, övladın tərbiyəsi də körpəlikdən bina olmalıdır. Bu tərbiyənin bünövrəsi hətta övlad dünyaya gəlməmiş ana bətnində olarkən qoyulmalıdır. Günümüzün reallıqlarına baxmayaraq, aqillərin təbirincə desək, yenə də əxlaq gözəlliyi insan üçün böyük nemətdir.  
Zər qədrini zərgər bildiyi kimi, insan cəmiyyətdə həm də əxlaqına görə sayılıb-seçilir. Möminlərin ən yaxşısı əxlaqı gözəl olandır, söyləyib Həzrəti Əli.

...Qarşıdan yeni dərs ili gəlir. Hərə öz büdcəsinə uyğun övladını geyindirib-keçindirib sevinə-sevinə məktəbə yola salacaq. Kaş bu sevinc ömrü boyu Sizi tərk etməyəydi, əziz atalar, analar… Buna görə Sizdən uşaqlarınıza xeyli diqqət və məhəbbət tələb olunur. Övladınıza bu böyük qayğını əsirgəməyin. Unutmayın, bu Sizin həm də vətəndaşlıq borcunuzdur.
   
Mina Rəşid


Şərhlər: 10
Baxılıb: 683
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
terbiyesisz usaqlara nifret edirem. usaqlari lap kicik yaslarindan terbiyelendirmek lazimdir!! ozde duzgun terbiye!
16 iyul 2015 20:08
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
GünƏşimƏ_AiD_
nene baba bele oyretse hecne demerem.amma qiraqda aqzin ustune ele qoyaramki birde qelet elemez soyish soymez.
en nifret etdiyim shey biride oduki ana usjaqi vurur sorada gedib qucaqlayir ushaqsa uje quduuru sifetinede baxmaram qoy cezasin ceksin...birde oki nene qarishir ushaqin terbiyesine sorada deyire men qarishmamishamki onda deli oluram....pis ya yaxshi ushaqin terbiyesini ana verir ne olsa onun bashina vurulacaq ushaqin ushaq vaxti 1defe deyesen bashka dushmur vur gorek ikinci defe edecek ya yox.Hele ustelik boyuyende tshkde edecek mene ki yaxshi meni bele boyutmusen 02 tek doymek yox gitler deyilem ezizlmekde olar amma arada bir 122
15 iyul 2015 04:29
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Mrs.Pianist
Usaqlari terbiyeli de terbiyesizde eden valideynlerdi.ne gorur onuda goturde bu usaq
14 iyul 2015 23:17
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
indi usaqlaraq usaqken soyus oyredilir usaqim filan soyusu soyur deyerekde bir fexrde edilir daha bilmirki bu gun onlara gulmeli gorunen soyusler sabah facieleri olagey

indi usaqlaraq usaqken soyus oyredilir usaqim filan soyusu soyur deyerekde bir fexrde edilir daha bilmirki bu gun onlara gulmeli gorunen soyusler sabah facieleri olagey
14 iyul 2015 23:15
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ell.nell
Etraf muhitinde rolu boyukdur terbiyede
14 iyul 2015 22:00
# 6
aLoNe AnGeL
Men hec vaxt usagin pis soz oyrenmesine izn vermeyeceyem .. eger ona o sozleri oyredeni tapsam cezasini vereceyem!!!!!!!!!! dv
14 iyul 2015 21:47
# 5
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
yaz_yamuru
Usaqlara "terbiye edirem" şüarı altinda nalayiq sozler oyreden valideynler teessuf ki az deyil)) övladlarina hele ana betninde olanda terbiye vermeli, yaxsi sozler oyretmeli ve esl mömin olmasina muhit yaratmalidilar
14 iyul 2015 21:15
# 4
Dosta_inam
Usaqlarin terbiyesi ele usaqliqdan verilse daha yaxsi olar, valideyin ele terbiye etmeki ki, ovladini gelecekde terbiye etdiyi ovlada baxib fexr ede bilsin, ovladindan utanmasin, tesekkur.
14 iyul 2015 20:31
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
my_angel
Uşaqların tərbiyəsi həm valideynlərindən,həm də ətraf mühitindən,yəni sosial proqramından asılıdır. Valideynlər məsuliyyət daşıyıb,övladlarının çevrəsini tərbiyə görməyən uşaqla doldurmamalıdır,məncə. Fikirlərə qarşı hörmətlə...
14 iyul 2015 20:19
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Usaqlarin terbiyesi valideynlerinin diqqetsizliyi ve mesuliyetsizliyinnen pozlur
14 iyul 2015 19:40
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz