Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə danışmalıyıq ki, uşağımız bizi dinləsin?
Necə danışmalıyıq ki, uşağımız bizi dinləsin?
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 9
Baxılıb: 1026
Səs ver:
"Necə danışmalıyıq, ki uşaq bizi dinləsin?” və "Necə dinləməliyik ki, uşaq bizə hər bir narahatçılığını anlatsın?” bu kimi suallar valideynləri çox düşündürür.  

Bəzən, biz valideynlər uşağın hisslərinə fikir vermirik. Məslən, ata futbol verilişini izləyir və bu zaman oğlu narazı halda ona müraciət edir:

 - Ata, Orxan məni vurdu, məndə onu vurdum, sonra o məni...

Ata gözlərini televizordan çəkməyərək uşağa deyir:

- Davam elə!

- Yox, sən məni dinləmirsən.

- Mən həm səni dinləyirəm, həm də futbola baxıram. Davam elə!

Bu zaman uşaq başını aşağı salır və deyir:

- Yaxşı, bu o qədər də vacib deyil.

Razılaşın ki, bu vəziyyət sizə də tanışdı. Çoxumuz uşaqlıda bununla üzləşmişik. Buna baxmayaraq, uşaqlıqda valideynlərimizin bizi dinləməsinə, dərdimizə şərik olmasına   ehtiyacımız olub. Ona görə də hər bir valideyn öz övladına hisslərini anlatmağa imkan yaratmalıdır.

Bunun üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:

- Uşağı diqqətlə dinləyin;

- Onun anlatdıqlarını bu cür sözlərlə təsdiqləyin: "Bəli”, "Aha”, "Başa düşürəm” ;

- Ona hisslərini izah edin. Məsələn, "Sən yorulmusan, ona görə belə danışırsan” və yaxud "Sənə maraqlı deyil, ona görə də məni başa düşmədin” və s.;

- Uşağa hiss etdirin ki, siz onun arzularına şəriksiniz. Bunu fantaziya üsulu ilə etmək olar. Məsələn, "Mən istərdim ki, indi sənin üçün göydən bir dənə banan düşsün”;

- Heç vaxt onun sözünü yarımçıq kəsməyin.

Bu qaydalara valideyn dərk edərək əməl etməlidir. Çünki uşaqlar səmimiyyət, kömək, özlərinə dayaq və müdafiə tələb edirlər. Uşaqları adətən onların sözlərini təkrarlamaq qıcıqlandırır. Məsələn:

Anar: Mən daha Raufla danışmıram. O, pisdir.
Ana: Sən daha Raufla danışmırsan!
Anar: Axı niyə təkrarlayırsan? O sözü mən dedim.

Valideynin düzgün reaksiyası bu cür olmalı idi:
- Yəqin, Rauf sənin xətrinə dəyib, ona görə də sən onunla oynamaq istəmirsən.

Həssas uşaqlar isə kədərlənən zaman sadəcə susmaq və valideynlərinin yanında olmasını istəyirlər. Belə bir səhnəni təsəvvür edin: 10 yaşlı bir qız uşağı divanda uzanaraq ağlayır. Ana onu belə görüb sadəcə qucaqlayır və pıçıldayır: "Nə isə olub?” Onlar bir qədər susurlar. Nəhayət, qız deyir: "Çox sağ ol, ana”. Anaya balasının sakitləşməsi bəs edir. Uşaq isə bir müddət sonra öz otağında mahnı zümzümə etməyə başlayır...

Bəzən elə olur ki, uşaqlar laqeyd və tənbəl olmaqla yanaşı özlərinə təhqiredici sözlər də deyirlər. Məsələn, "Mən səfehəm, ona görə də dərsi anlamıram!” Bu zaman valideyn uşağa səfeh olmadığını izah etməli və ona dəstək olmalıdır.


Şərhlər: 9
Baxılıb: 1026
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aynur00
çox gözel meslehetdi tşk
19 fevral 2016 23:24
# 9
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
dilefruz
Uşaq olandanolar onada fərdi insankimi baxmaq dərdini,sözünüdinləmək kazımdı
19 iyun 2015 01:06
# 8
Sevgi insani yasadan en xosbext duygudur
vipbetul
valideyinler bilmek lazimdir
18 iyun 2015 23:32
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cimbom Nilay
Allah twm anne babal sowu ara savbir versin!
18 iyun 2015 23:23
# 6
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Tomris Müslümova
cox dogru yazilib.sebrnen adam kimi... 5 yasa kimi sen usagin kolesi olmasin 5 yasdan 15 yasa kimi usaq senin koeln olmalidi 15 yasdan sonra ise dost olmalisan.bunu bacarmaq lazimdi
18 iyun 2015 23:21
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Beli tamamiyle raziyam uwagi dinlemek bawa salmaq lazimdi hetta herden o qeder daniwirlar ki dayanmadan eyni sozu tekrarlayirlar ama yenede dinleyirem
18 iyun 2015 22:41
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Her zaman usagi dinlemek ona qaygi gostermek onunla danismaq lazimdir.
18 iyun 2015 21:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Çox gözəl yazıdır Tamamilə razıyam. Valideynin mühüm vəzifəsi övladını müxtəlif sahələr üzrə düzgün tərbiyə etməsidir. Tərbiyə məsələsini müxtəlif inkişaf mərhələlərinə uyğun həyata keçirmək lazımdır.Valideyn və ailədəki mühit uşaq üçün ən yaxşı tərbiyəçi və müəllimdir. Uşaq atasına və yaxud da anasına derdin danışdıqda izah etdiyi vəziyyəti kiçik hesab etməmək və lağlağaya salmaq olmaz.Bizimçün kiçik sadə problemlər ola bilər Ama uşağ üçün çətin və kompleksli problemlərdir. Uşaq danışarkən başqa işlə məşğul olmamaq ona diqqətlə qulaq asmaq lazımdır.Ona ayırdığımız 5 10 dəyqə onu çox xoşbəxt edəcək və valideynlədə əlaqəni gücləndirəcək. Gözəl mövzu üçün tşklər Narınc xanım
18 iyun 2015 19:49
# 2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Dosta_inam
Çox doğru qeyd edilib,tami tamina raziyam,uşaqlari dinlemek,onlarin fikirlerine hörmet etmek lazimdir,uşaqla ele davranmaq lazim ki,o derdini sevincini demeye çekinmesin.
18 iyun 2015 19:36
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz