Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarınızı daha yaxından tanıyın
Uşaqlarınızı daha yaxından tanıyın
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 821
Səs ver:
Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir.

Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır.

Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir.

Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.

Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir.

Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim «ata», «müdir», «komandir» rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.

Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.


Şərhlər: 8
Baxılıb: 821
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
tamamilə razıyam.oyunlar uşaqla valideynlərin arasında bir-birini anlama bağı yaradır.təşəkkür.
3 iyun 2015 12:24
# 8
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Melissa
usagin her hereketine diqqet yetirmek lazimdi
3 iyun 2015 12:11
# 7
Catwoman666
xeberin fon seklindeki usaq da cirkin dusub.... usaqlarin dusunceleri lap kicik yasdAN baslayir. valideynler de usaqlarin saglam dusunceli boyutmeye nail olmalidrlar
3 iyun 2015 00:18
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
usaqlara icaze verilmelidirki ozleri oyunlar fikirlesib beyin inkisafina komek olsunlar
2 iyun 2015 21:58
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Valideynler usaqlarinin her hereketinden bilirki nece olacaq
2 iyun 2015 21:19
# 4
Acısı çox olan qizların guluşu gozel olur.!
Tomris Müslümova
usaqlar kicik yaslarinda nelere meyil edirlerse bu artiq gelecekde kim olmasina isare vere biler.ama fon sekildeki usaqdan otru şişdim ne gozeldi :)

usaqlar kicik yaslarinda nelere meyil edirlerse bu artiq gelecekde kim olmasina isare vere biler.ama fon sekildeki usaqdan otru şişdim ne gozeldi :)
2 iyun 2015 20:09
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Uşaqların kiçik yaşda nələrəsə maraq göstərməyindən anlamaq olur əslində necə bir xarakter inkişaf edir və nəyə meyilli olur)
2 iyun 2015 19:49
# 2
BARBI
her bir valideyn usagin danisiginnan hereketinnen onun xarakterini mueyyen etmeldir
2 iyun 2015 19:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz