Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balaca yalançı
Balaca yalançı
Göndərən: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 527
Səs ver:
Valideynlərdə çox vaxt sual yaranır ki,niyə uşaqları düz danışmırlar.Ümumiyyətlə 6 yaşlı uşaq aldada bilər? Əgər,bilərsə,niyə uşaq beynində belə fantaziyalar yaranır?

6 yaşlı uşaqlar bir çox səbəblərdən yalan danışır.Əksər hallarda bu onunla bağlıdır ki,uşaqlar böyüyür,inkişaf edir,ola bilər ki,stressə görə yalan danışırlar.6 yaşlı uşağın yalanı yaşlı insanın yalanına bənzəmir.6yaşda uşaqlar ədalət və əxlaq hissini inkişaf etdirirlər,ona görə də valideynlərin həqiqət və uydurma üzərində bu eksperimentlərə anlayış və diqqətlə yanaşmaları vacibdir.

Uşaqlar nitqin onların həyatına necə təsir etmələrini mənalandırmağa çalışırlar.Məlumdur ki,sözlər vasitəsilə çox şey etmək olar:heç kimin gözləmədiyi bir şeyin şəklini çəkmək,kiminsə xətrinə dəymək və ya öz hisslərin,fikirlərinlə bölüşmək………..bir dünya yaratmaq olar.Uşaq bunu anlayan kimi sualın bütün dərinliyini aydınlaşdırmağa çalışır.

Uşaqlar çox yaradıcı şəxsiyyətlərdir.Onlar yuxuya bənzər əhvalatlar qoşurlar:onlardan bəzi hissələr həqiqətdir və ya reallıqdan götürülüb,digərləri isə onların qarşısıalınmaz təxəyyülü üçün məkandır.Balacalar onların əhvalatlarında nəyin doğru,nəyin fantaziya olduğunu çətinliklə ayırırlar.Böyüyərək,nəyin həqiqət,nəyin isə uydurma olduğunu haqq-hesab edirlər.Burda artıq digər suallar yaranır.

"Baş verən hadisə haqqında kiminsə fikrini dəyişə bilərəmmi?”, "Keçmişdə baş verən hadisələri həqiqətən olduğundan fərqli şəkildə dəyişə bilərəmmi?”,”Anamı inandıra bilsəm ki,peçenyeni stolun üstündən mən götürməmişəm,bu yalan olar?”

Uşaqlar təkcə ona olan cəzadan qaçmaq istəmirlər.Yalanı danışanda həqiqətin yalana keçdiyi sərhədi aydınlaşdırmağa çalışırlar.Biz onlara güclü,tamhüquqlu,əxlaqi-sabit şəxsiyyətlər kimi böyüməyə kömək etməliyik.

Uşaqların yalan deməklərinin bəzi səbəbləri.

Uşaq:

-özünü təhlükədə hiss edir;

-həqiqəti deməyin nəticəsindən qorxur,ona görə də özünü(və ya başqalarını) müdafiə edərək yalan danışır;

-həqiqətən kim olduğunu açmaq istəmir;

-həqiqət vasitəsilə diqqət cəlb edə bilmir,ona görə yalana qaçır;

-hesab edir ki,əgər onu yalançı adlandırırlarsa,onda bu onun roludur,ona görə də ondan gözləniləni yerinə yetirməyə çalışır;

-yalanla həqiqət arasındakı fərqi bilmir(axı ona izah olunmayıb),ona görə də reallığı uydurmadan ayıra bilmir.

Uşağı "həqiqət yoluna”necə yönəltmək olar.

Ona izah edin ki,həqiqət sizin üçün vacibdir.Uşaq sərhədləri yoxlamağa başlayanda,ona deyin ki,siz ondan hətta etiraf etmək çətin olsa belə ancaq həqiqət gözləyirsiniz.Axı həqiqət-insanların bir-birinə etibar etməyə imkan verir,siz də ona həmişə etibar etmək istəyirsiniz.

Dürüstlük nümunəsi göstərin.Uşaqlar bizi diqqətlə izləyirlər,hətta biz situasiyanı daha yaxşı idarə etmək üçün informasiyanı bir qədər dəyişsək belə.Siz onların televizora baxmaqlarını istəməyəndə deyirsiniz ki,televizor sınıb.Amma ümid etməyin ki,uşaqlar bu kiçik yalanı hiss etməyəcəklər.

Uşağınıza "yalançı” damğasını vurmaqdan qaçın.Hətta əgər uşağınızın uydurmaları zamanı siz dəhşətə gəlsəniz belə.Bu adətən dəqiqliyi ilə əksinə işləyir.

Asta,amma düzgün fəaliyyət göstərin.Uşağın aldatdığını biləndə özünüzü qorxmuş,satılmış,hirsli hiss edə bilərsiniz.Xatırladığınız kimi hər ikisi üçün bu həqiqiliyin vacibliyini bilmək üsuludur.”Deyirsən ki,peçenyeni götürməmisən?Axı çarpayının ətrafında çoxlu qırıntılar var!Başa düşürəm,bəzən mənə doğru olanı danışmaq qorxulu olur,amma bu çox,çox vacibdir.”

Qəddar,ciddi cavablar uşaqlara ancaq qorxudan düz söz danışmağı öyrədəcək.Sonralar düşünəcəklər ki,əgər onların yalanlarını tutmayıblarsa,aldatmaq olar.Digər tərəfdən,sakit,yumşaq cavablar onları düzünü demək qorxusundan azad edəcək və situasiyanı adekvat qiymətləndirməyi və öz hərəkətinin nəticələrini düşünməyi öyrədəcək.”Çox sag ol ki,peçenye haqqında dedin.Bilirəm ki,bu sənin üçün elə də asan deyildi,amma çox şadam ki,sən düzünü dedin.İndi isə sənən peçenye götürməyinin nəticələrini aydınlaşdıraq.Düşünürəm ki,bir də mən şirniyyatı gələn həftə alacağam.

Uşaqlarla düz sözü danışmaq çətin olan səbəbləri müzakirə etmək olar.”Həqiqəti ona olan reaksiyanı bilməyəndə danışmaq qorxuludur.” ”Bilirəm ki,elədiyini boynuna almaqda bəzən utanırsan,amma biz hamımız səhvlər edirik.” "Bəzən elə şeylər edirəm ki,sonra peşman oluram,bunu etiraf etmək mənə çətindir,amma həmişə bu haqda danışaraq özümü yaxşı hiss edirəm.”

Mənəvi sualları müzakirə edin.Uşağa yad insanlar haqqında danışaraq məsələnin mənəvi tərəfini izah etmək daha yaxşıdır.Şəxsən situasiyaya cəlb olunmayanda ona reaksiya göstərmək asandır.Məs,”De mənə görüm,əgər uşaq digərindən albom götürürsə,necə fikirləşirsən,bu düzgündür?O biri uşaq da ki,hiss eləməyib ki,onun albomunu götürüblər.Bu hələ də pisdir?”

Uşaqlara düzəlməyə imkan verin.Siz situasiyanı aydınlaşdıranda və müzakirə edəndə hər ikiniz vəziyyətdən çıxış yolunu düşünməlisiniz.Bu oğlunuzu sadəcə olaraq"bağışla” deməyə məcbur etməkdən daha faydalıdır.”Dünən yatmağa dişlərini yumamış getmisən?Bəs mənə yuduğunu demişdin.Necə düşünürsən,bunu necə düzəltmək olar?” "Necə düşünürsən,qonşu mağazadan götürdüyün saqqızı neyləyək ?


Şərhlər: 9
Baxılıb: 527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Uşaqlar yalan danişmağa öyrense elede gedecek,ona göre valideyinler uşaqlara yalan danişmağin pis bir şey olduğunu başa salmalidir.
31 may 2015 08:36
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Luna-90
Oglum hec yalan danisa bilmir ne is gorur o deq gelirki men elemisem dehsetdi
30 may 2015 23:39
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
boyukler yalan danishsalar usaqdaki bilse bu yalan dedi ele bilegeyki yalan yaxsidi ilk once boyukler usaqlara ornek olmalidi usaqsa yalan danishanda yayqinkiqorxudan olar onuda basa salmaq lazimdi
30 may 2015 22:12
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hec usaqliqda yalan danisan olmamisam . Usaqlara yalan danismagi meslehet gormurem calisdiqca yalannan uzaq olsunnar
30 may 2015 21:04
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
medine yusif
Cox pis verdiwdi.inwallah ki bu agir iwin ohdesinden layiqince gele bilerem ki uwaglarim yalan daniwmasinlar
30 may 2015 20:58
# 5
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Catwoman666
her kes yalan danisa bilir daha dogrusu herr bir usaq yalan danisir amma eleleri de var ki valideyni yalan demeye qadaga qoyub ve valideynin qorxusundan yalan danismir. tebii ki cox yalan danismaq pis seydi amma hec yalan danismamaq da iyi bir sey deyil 126
30 may 2015 20:37
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Uşaqlar böyüdükcə ətraf aləmi öyrənməyə maraqlı olurlar, eləcədə yalan danışa da bilirlər ancaq doğru və ya yalnış olduğunu bilmədən ,buna görə də öyrəndikləri şeyin doğru olub olmaması haqqında valideynlər diqqətli və anlayışlı olub nəyin necə olduğunu başa salmalıdırlar.
30 may 2015 19:54
# 3
tek umidim sen
Cox gozel xeberdi...Paylasdiginiz ucun tesekkur
30 may 2015 19:36
# 2
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
bir nece il bundan one TV den usaqlara terbiye xarakterli bir verlsi vardi cox gozel ornekler verirdiler valideyinlere elecede usaqlarin decelliyinin cozulmesi,yalan danismamasi,duzgun yatmasi haqqinda derin praktike kecirdiler o verlisi cox beyenirdim ve ozumde nelerise orgenirdim gelecek ucu.
usaq yalan danisirsa demeli terbiye temelinde bosluq var ve bunu aradan qaldirmaqda,o boslugu yaran valideyin cozmelidir.doymekle soymekle qaranliq otaga heps etmekle onlarin terbiyesi duzelmir eksine qorxur ve yalanlarda ele burdan basliyir!!
diqqetle oxunulub riayet edilse ders goturulse eslinde cox gozel xeberdi tesekkurler:)
30 may 2015 19:35
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz