Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı ərköyün böyütmə
Uşağı ərköyün böyütmə
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 937
Səs ver:
Valideynlər tez-tez aşağıdakı "məsləhətləri” eşidirlər: "uşağın hər dediyini eləmək lazım deyil, yoxsa ərköyünləşər və "başınıza çıxar”; "Tez-tez qucağına götürmə, öz yanında yatızdırma, səsi çıxan kimi yanına qaçma!
Ərköyünləşəcək!” və ya "Qoy özü eləsin! Yoxsa heç nə öyrənməyəcək!”.
Bir qayda olaraq, atanın və ya ananın uşağın ehtiyacına cavab verməsinə uşağı "ərköyün böyütmək” damğası vururlar. Axı bunun uşağa nə zərəri ola bilər? Məgər bütün bunları uşağı "ərköyünləşdirmək” adlandırmaq olarmı? Körpənin məhz istədiyi an anasının isti əllərinə və sinəsinə ehtiyacı var. Nisbətən böyük uşaq da körpə kimi qayğıya ehtiyac duya bilər. O da istəyə bilər ki, onu qaşıqla yedirsinlər və ya yorulduqda geyindirsinlər, qucağa alsınlar. Onun həqiqətən buna ehtiyacı var, yoxsa bunları tələb etməz. Deməli, məhz o istəyən an valideynin dəstəyinə ehtiyacı var. Mənə elə gəlir ki, uşaqlar ümumiyyətlə boş-boşuna qayğı tələb etməz, onların əvəzinə nəyinsə edilməsini istəməzlər. Əgər uşağın kifayət qədər gücü, enerjisi varsa, o onsuz da özü hər şeyi müstəqil şəkildə etməyə üstünlük verəcək. Lakin, əgər xahiş edirsə, deməli köməyə ehtiyacı var.
Yaxşı xatırlayıram, böyük oğlum 1,5-2 yaşlarında olanda, qarşıma məqsəd qoymuşdum – onu tərbiyə etməliyəm! Onu ərköyün böyütməkdən, ona həddən artıq kömək etməkdən qorxurdum. Bu yolla ona öz hərəkətlərinə görə cavabdeh olmağı öyrətməyə çalışırdım. Gəzintiyə çıxarkən özü ilə götürdüyü oyuncaqları evə qədər daşımasını tələb edirdim və ya paltarını özünün geyinməsini tələb edirdim – axı o bunu bacarırdı! Və ortancıl qızım 2 yaşında olanda qəfildən başa düşdüm ki, daha belə eləmirəm. Bir dəfə biz gəzintiyə çıxanda o özü ilə maşın götürmüşdü və biz hələ gəzintidə ikən onu sürməkdən yoruldu. Yadıma düşdü ki, bir vaxt oğlumdan bu maşını evə qədər daşımağı tələb etmişdim və başa düşdüm ki, indi belə eləmək istəmirəm. Körpəyə kömək etmək istəyirəm, axı o hələ balacadır və necə tez yorulacağını əvvəlcədən bilmir. Və buna görə məsuliyyəti mən daşıyıram – bu maşını gəzintiyə çıxarmağa icazə vemrişəmsə, ona kömək də eləməliyəm. Və mən artıq bununla onun ərköyünləşəcəyindən qorxmuram. Əksinə, inanıram ki, o özünü daha inamlı hiss edəcək, çünki biləcək ki, onun arxasında duran, dəstək verən anası var.
Mən daha uşaqların valideynlərini manipulyasiya etdiyinə inanmıram. Uşaqlar – xeyirxahdırlar, nə özlərinin, nə də bizim düşmənimiz deyillər. Südəmər körpənin və ya daha böyük uşağın bu cür xahişlərinin yerinə yetirilməsi, onların ətraf mühitə güvən hissinin formalaşması, ehtiyaclarının diqqətsiz qalmayacağına əmin olmaları üçün zəruridir. Bu həqiqətən də uşağın normal inkişafı üçün vacibdir. Axı məlumdur ki, inkişaf yalnız rahatlıq nöqtəsindən törəyir. Uşaq daim öz ehtiyacları uğrunda mübariazə aparmalı olacaqsa və ehtiyaclarını heç kimin ödəməyəcəyi və hər şeyi özü eləyəcəyi ilə barışmalı olacaqsa özünü necə rahat hiss edə bilər?
Əlbəttə ki, bəzən uşağın istəklərini qəbul etməməyə vadar oluruq. Lakin, mən bunu tez-tez yox, həqiqətən də onun istəyini yerinə yetirmək üçün gücüm və imkanım olmayanda edirəm. Lakin, uşaqdan-uşağa fərq var. O sizin rədd cavabınıza dözəcək, sizin sevgi dolu qucağınızda ağlayaraq zəruri vəziyyətlə barışa biləcəkmi?
Əks halda, aranızda ayrılma baş verə və uşaq sizə qarşı emosional cəhətdən qapana bilər.
Həmçinin zəruri ehtiyacı ayırd etməyi bacarmaq vacibdir. Əgər məsələn uşaq mağazada şirniyyat tələb edirsə və ya yenə cizgi filminə baxmaq üçün zəhlənizi tökürsə – çox güman ki, bu onun zəruri ehtiyacından qaynaqlanmır. Belə olan halda valideynin vəzifəsi uşağın nə vaxt həqiqətən ehtiyacı olduğunu, nə vaxt isə ehtiyacı olduğunu düşündüyünü görməyi bacarmaqdır. Bəzən bunu anlamaq çox çətin olur. Ən əsası isə, uşağın hər hansı istəyini yerinə yetirməyi lazımi bilmədiyiniz halda ona etiraz etməyi bacarmaqdır. Bəzən valideynlər, əsasən də nənə və babalar uşağı ağlatmamaq üçün nəyə desən razı olurlar! Bax bu zaman həqiqətən ərköyünlük başlayır: uşaq sərhəd tanımır, həyatda bəzi şeyləri dəyişməyin və bu şeylərə təsir etməyin mümkün olmadığını anlamaq imkanı olmur. Əgər uşaq xoşagəlməz vəziyyətlə qarşılaşmayıbsa, qaçılmaz halla barışmalı olmayıbsa, cizgi filminin söndürülməsi ilə dünyanın dağılmadığını və hər kəsin hələ də yaşadığını dərk etmə imkanı olmayıbsa, o inkişaf və yetişmə üçün zəruri olan psixoloji uyuşqanlıq qazanmayacaq.
Belə çıxır ki, sevgi, ehtiyacların diqqətə alınması, kömək təklif etmək, təmas və yaxınlıqdan doymaq istəyi – uşağı ərköyün böyütmək demək deyil.
Uşağı ərköyünləşdirmək – heç bir vəchlə onun əhvalının pozulmasına imkan verməmək, istənilən xoşagəlməz vəziyyətdən qorumaqdır. Belə olan halda uşaq dünyanın onun ətrafında fırlandığını və istəklərindən hər hansı yerinə yetirilməzsə dünyanın sonu olacağını düşünür.


Şərhlər: 15
Baxılıb: 937
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
men decal erkoyun usaqlari sevmirem umumiyyetle usaqlari sevmirem hele erkoyunleru azz qaliram cirpim oldurum mehvv edimmm. amma mence men ozum de erkoyunem ve eger nee vaxtsaaa menim usagim olsa onu da erkoyun boyudecem. ne qeribedir ele deyilmi?)) ozum basqa usaqlarin decellliyinden, erkoyunluyunden niffffrett esteem de ozume sira gelende cox sevirem erkoyunluyu))
29 may 2015 14:36
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Melissa
erkesoyun usaqlari hec sevmiremde hec eseblesikrem)))) men usagi ele boyutmurem. sevmirem
29 may 2015 12:11
# 14
gulka azeri
beli son fikirlerle tam raziyam.usagin her dediyini etmek olmaz.mende usagi calisiram erkesoyun boyutmeyim.yox olmaz deyende qiwqirib aglasada etmirem lazim olmayan weyi,sonda ozu gelir aglaya aglaya qucagima mende onu sakitlesdiriem ve basqa 1weyle basini qatiram.indiki usaglar cox ters olur coxu isdeyirki onalrin dediyi olsun hemise.bele olsa eyer sonda iplerni yiga bilmerik ona gore indiden tedbir gormek lazmdi.Allah butun valideynlere sebr versin insallah butun balalri isdediyimiz kmi boyudek olmayanlarada insallah tezlikle qismet olsun dadini gorsunler
29 may 2015 01:56
# 13
FISTIK
En sevmediyim seydi ərköyün usaq calisiram olmasinlar amma qaynanam biraz eliyib boyuk oglumu.
29 may 2015 01:20
# 12
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Luna-90
Biz cox calisiriqki erkoyun olmasin heleki tekdi diye herdenbir erkoyunluk edir ancaq o qederde yox cox agilli usaqdi oglum
28 may 2015 23:55
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Marta
Meni atam erkoyun boyutmeye calisib ama anamda bir terefden ərköyün boyumeyimi istemiyibki qiz usagidi:)yaziq canim:) mekteb yaslarimda etmisem boyudukce avtomatik duzeldim arada tutur ama:) boyuk insanlarin erkoyunlukleri cekilmez olur...
28 may 2015 23:23
# 10
Немного терпения, и у тебя все получится..
BARBI
Men cox erkoyunem o da ailemin balaca qizi oldugumcun. Ama hec yaxsi xususiyyet deyil. Oz usagimi ele boyutmerem
28 may 2015 22:38
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
konka84
mənim qızımda ərköyündür.
28 may 2015 22:11
# 8
vipbetul
meni erkoyun boyutmuyubler bununla yanashida her isdediyim edibler yeyqinki men ozum erkoyunluk etmemishem,etseydimde hesh ne demezdiler eksine nazimla oynayardilar
28 may 2015 22:09
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
KRALİCEM
Menim qizim cox erkoyundu olsunda neyniyim balacamdi
28 may 2015 21:28
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
guler19
Uşağın ərköyün olması valideyndən aslıdır. Valideynlər uşaqlarına ifrat dərəcədə sevgi göstərəndə uşaq da, daim arxayinçılıq, məsuliyyətsizlik, ərköyünlük və ən pisidə odur ki, heç nəyin qədrini bilən olmur.. Burada uşaqda heç bir günah yoxdur.
Çünki uşağı ana və ata tərbiyyə edir. Uşaq ailədə nə görür onuda öyrənir.Uşağı həyata elə hazırlamaq lazımdır ki, o sabah dara düşəndə çətinlikdən çıxa bilsin.
28 may 2015 21:25
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Ərköyünlük düzdür xoş deyil uşağın inkişafı üçün ancaq bəzən çox hallarda valideyn uşaqları ərköyün böyüdür buda uşağın özü üçün sonradan çətin vəziyyət yaradır. Məndə ərköyün olmuşam ancaq uşaq vaxtı məktəbdən sonra vəziyyət düzəldi lakin elə insanlar var ki, ömür boyu ərköyün olurlar bu da çəkilməzdi ona görə vaxtında tərbiyə düzgün verilməlidir.
28 may 2015 20:26
# 4
GünƏşimƏ_AiD_
Men ilk neveyem amam meni hele bular erkoyun boyudubler aaaa...men beleyem..cox decel olmusham nesilde hamiya od qoymusham cidd menadaa..bashlarina acmadiqim ish qalmiyim uje.heqiqeten amma bunanna bele atam deyirki seni hemishe bele decel erkoyun boyutmushuk sen niye bele nece deyim ciddimi deyim tam yox.(yerinde) erkoyun ushaqlarin coxusu dehshet olurlar.atamda ilk olub mende biz eyniyik amma gorursenki ikimizde ciddi olanda mamaa deyir de bashladilar ciddileshmeye.

Ushaqlari ekroyun boyutmek olmaz zennimce.ushaq ushaqliqin etmelidi amma bu daha onun her sheyini elde ede bilemesi demek deyil.sora heyatda cox cetin olacaq ona nese elde etmeyende cox eziyyet cekecek.
Hemde Ushaq onda heyati basha dushmuyecek.insanlari tanimiyacaq valdeyinker ushaqlarin qoruyur vezifeleridi amma bu shex lap nece deyim six deyimde olanda olar pis cixmasin tamamlanmamish insan kimi olurlar.zennimce.mence sevgi veren qeder onu heyata hazirlamaq lazimdi.hec olmasa gekevekde iz ayaqlarin ustunde dura bilsin.
28 may 2015 20:22
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Tomris Müslümova
indiki bezi ailelerin bir bomreli problemidi bu..ya evin tek usagi erkoyun olur,ya gec dogulan usaq,yada evin sonbesikleri...
28 may 2015 20:21
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
Menim fikrimce usagin her istediyini etmek onun erkoyunlesmesinde en boyuk rol oynayan amillerdendi..ve men bunun tam olaraq eleyhineyem...
28 may 2015 20:11
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz